Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Büdcədə gizlədilən neft gəlirləri və şişirdilən özəl sektor
Parlament 2012-ci ilin büdcə icrasına dair qanunu may ayının sonuncu günü müzakirəsiz təsdiqlədi. Büdcə hesabatlarının təsdiqinin formal prosedura çevrilməsi büdcənin formalaşması və xərclənməsi problemləri ətrafında ictimai debatların təşkili imkanlarını aradan qaldırır. “İcra olunmuş büdcənin müzakirəsi heç nəyi dəyişməyəcək” yanaşması doğru sayılmaz. Çünki ayrı-ayrı tədiyyələrin icrasında və xərcləmələrdə olan problemlər, büdcə siyasətinin nəticələri məhz icra hesabatının təsdiqi zamanı müzakirə olunmalıdır.

Ötən ilin icra olunmuş büdcəsinin geniş müzakirəsi üçün imkan yaradılsaydı, vətəndaş cəmiyyəti hansı problemlərin ictimailəşdirilməsində maraqlı olardı? Bu yazıda məhz həmin problemlərə diqqət yetirilir.


Neft gəlirlərinin büdcədə real payı gizlədilir

Rəsmi məlumata görə, ötən il dövlət büdcəsinin 12643,8 milyon manatı və ya 73,1 faizi neft sektorunun hesabına təmin olunub. Lakin büdcənin icrasına dair hesabatda və həmin sənədə Hesablama Palatasının verdiyi rəydə təqdim olunan məlumatların təhlili göstərir ki, hökumət aşağıdakı üç mənbədən olan vergini büdcənin neft gəlirlərinə aid etmir:

Dövlət Neft Şirkətinin (ARDNŞ) gəlir vergisi üzrə daxilolmaları. Bu mənbədən 2012-ci ildə dövlət büdcəsinə təxminən 87,6 milyon manat vəsait daxil olub;

Hasilatın pay bölgüsü sazişləri üzrə podratçı və xarici subpodratçı şirkətlərin muzdlu işə görə gəlir vergisi. Bu mənbədən 2012-ci ildə dövlət büdcəsinə təxminən 242,2 milyon manat vəsait daxil olub;

Hasilatın pay bölgüsü sazişləri üzrə xarici subpodratçı şirkətlərin mənfəət vergisi. Bu mənbədən 2012-ci ildə dövlət büdcəsinə təxminən 120,7 milyon manat vəsait daxil olub.

Göründüyü kimi, 2012-ci ildə bu mənbələr üzrə birgə daxilolmaların həcmi 450,5 milyon manat təşkil edib. Əgər bu məbləği nəzərə alsaq, ötən il üzrə dövlət büdcəsinin birbaşa neft gəlirlərinin məbləği 13094,3 milyard manat, məcmu büdcə gəlirlərində real payı isə 75,8 faiz olacaq.

Bu mənbələrdən daxilolmaların büdcənin neft gəlirləri kimi təsbit olunmamasını bir neçə dəlillə sübut etmək mümkündür. Hesablama Palatasının rəyində göstərilir ki, 2012-ci ildə büdcənin neft gəlirlərinin 9905 milyon manatı transfert formasında Dövlət Neft Fondundan (ARDNF) daxil olub, 2738,8 milyon manat isə vergi formasında ARDNŞ və xarici neft şirkətləri tərəfindən ödənilib. Transfertlərin məbləği aydındır və bu məbləğ mübahisə doğurmur. Rəydəki məlumatlara görə, 2012-ci ildə hasilatın pay bölgüsü sazişləri çərçivəsində ödənilən mənfəət vergisi 1401,5 milyon manat, ARDNŞ-nin icmal vergiləri isə 1337,3 milyon manat olacaq. Amma Hesablama Palatasının rəyində qeyd olunur ki, ARDNŞ-nin konsolidə olunmuş vergilərinə fiziki şəxslərin gəlir vergisi daxil deyil. Şirkətin nə qədər gəlir vergisi ödədiyini isə tapmaq çətin olmadı. ARDNŞ-nin rəsmi orqanı olan “İki sahil” qəzetinin internet səhifəsində 2013-cü ilin yanvar ayının 15-də yayılan rəsmi məlumatda bildirilir ki, şirkət 2012-ci ildə dövlət büdcəsinə 1425,1 milyon manat vergi ödəyib. Bu məbləğ Hesablama Palatasının ARDNŞ-nin icmal vergi ödənişlərinə dair təqdim etdiyi məbləğdən 87 milyon manat çoxdur.

Rəydəki məlumatların təhlili göstərir ki, ARDNŞ 2012-ci ildə ƏDV üzrə 211,7 milyon, aksiz vergisi üzrə 436,9 milyon, neft məhsullarının ixracından qiymət fərqinə görə 350,5 milyon, mədən vergisi üzrə 120,8 milyon, mənfəət vergisi üzrə 173,3 milyon, əmlak, torpaq və yol vergisi üzrə birlikdə təxminən 44,1 milyon manat ödəyib. Göründüyü kimi, şirkətin, fiziki şəxslərin gəlir vergisi üzrə ödənişlər istisna olmaqla, ayrı-ayrı tədiyyələri üzrə ödəmələrinin cəmi Hesablama Palatasının ARDNŞ-nin konsolidə olunmuş vergi ödənişlərinə dair məlumatlarına tam uyğun gəlir.
  
Beləliklə, məlumatların araşdırılması aşkar göstərir ki, dövlət büdcəsinin məcmu vergi ödənişləri rəsmi mənbələrdə göstərildiyi kimi 2737,4 milyon deyil, 3187,9 milyon manat təşkil edir.


Xüsusi mülkiyyətin büdcədə payı şişirdilir

Hökumətin büdcə hesabatında vergi daxilolmaları aşağıdakı dörd mülkiyyət növü üzrə təsnif edilir:

Dövlət sektoru üzrə ödənişlər. Büdcə təşkilatlarının fiziki şəxslərə görə gəlir vergisi üzrə ödəmələri istisna olunmaqla təsərrüfat hesablı dövlət müəssisə və şirkətlərinin vergi ödənişləri bura daxil edilir.

Xüsusi mülkiyyətin vergi ödəmələri. Rəsmi məlumatda bildirilir ki, bu təsnifata yalnız yerli sahibkarlar tərəfindən vergi ödənişləri daxildir.

Xarici mülkiyyət üzrə ödəmələr. Bura səhmlərində xaricilərin (qeyri-rezidentlərin) payı 100 faiz olan təsərrüfat subyektləri daxildir. Hasilatın pay bölgüsü sazişləri çərçivəsində xarici neft şirkətlərinin ödəmələri də bura aid edilir.

Birgə mülkiyyət üzrə ödəmələr. Bura Azərbaycan vətəndaşları ilə əcnəbilərin ortaq yaratdığı təsərrüfat subyektləri daxildir.   

2012-ci ildə dövlət mülkiyyəti üzrə vergi ödənişləri 1695,1 milyon, xüsusi mülkiyyət üzrə 2023,1 milyon, xarici mülkiyyət üzrə 1991,4 milyon manat, birgə mülkiyyət üzrə 316,2 milyon manat təşkil edib. Lakin Hesablama Palatasının məlumatlarının araşdırılması göstərir ki, iri dövlət şirkətlərinin (ARDNŞ, “Azərsu” ASC, Xəzər Dəniz Gəmiçiliyi, AZAL, Rabitə Nazirliyinin müəssisələri və s.), büdcədən maliyyələşən təşkilatların, hasilatın pay bölgüsü sazişləri üzrə podratçı və xarici subpodratçı şirkətlərin muzdlu işə görə gəlir vergisi, həmçinin hasilatın pay bölgüsü sazişləri üzrə xarici subpodratçı şirkətlərin mənfəət vergisi üzrə ödəmələri, nəhayət, dövlət rüsumları üzrə ödənişlər xüsusi mülkiyyətin vergi ödənişlərinin tərkibinə daxil edilir.

Ümumilikdə 2012-ci ildə bu mənbələr üzrə vergi daxilolmalarının məcmu məbləğinin 800 milyon manat təşkil etdiyini nəzərə alsaq, deməli, yerli özəl sektorun büdcə ödənişlərinin real həcmi 1200 milyon manatdan çox deyil. Bu o deməkdir ki, 2012-ci ildə yerli sahibkarlığın məcmu büdcə gəlirlərinin formalaşmasında iştirak payı təxminən 7 faiz ətrafında olub. Büdcə məlumatlarının araşdırılması göstərir ki, yerli sahibkarların büdcə ödənişlərinin təxminən 623,1 milyon manatı və ya 51 faizi ƏDV-dən, 400 milyon manatı və ya 33 faizi fiziki şəxslərin gəlir vergisi və mənfəət vergisi üzrə daxilolmalardan formalaşır.   


23 mənbədən 3-ü büdcə gəlirlərinin 84 faizini formalaşdırır

2012-ci il üzrə dövlət büdcəsinin icrasına dair qanuna görə, büdcənin gəlirləri 23 müxtəlif mənbədən daxil olub. Amma həmin mənbələrdən 3-ü – Dövlət Neft Fondu, ƏDV və mənfəət vergisi ümumi büdcə gəlirlərinin 84 faizini təmin edib. Məlumat üçün qeyd edək ki, ötən il büdcənin ümumi gəlirləri 17281,5 milyon manat, sadalanın mənbələr üzrə daxilolmaların birlikdə həcmi 14523,9 milyon manat olub. Ayrı-ayrılıqda həmin mənbələrdən gəlirlərin məbləği aşağıdakı kimidir:

ARDNF-dən daxilolma - 9905 milyon manat;
ƏDV üzrə daxilolma - 2366,9 milyon manat;
Mənfəət vergisi üzrə daxilolma - 2252 milyon manat.

Bu vəziyyət onu göstərir ki, büdcənin gəlir imkanları diversifikasiya olunmayıb və büdcənin formalaşması əsasən azsaylı mənbədən asılıdır. Daxilolma mənbələri çox olsa da, onlar məhsuldar deyil.

Beləliklə, 2012-ci ilin icra büdcəsinin gəlirlər üzrə təhlilindən çıxan əsas nəticə budur ki, büdcə gəlirlərinin hazırkı strukturu iqtisadiyyatın uğurlu diversifikasiyası, xüsusilə də sahibkarlığın inkişafı ilə bağlı rəsmi arqumentləri heçə endirir. Yerli sahibkarların büdcəyə töhfəsi həddən artıq azdır və hökumət bu sektorun büdcədə payını mümkün qədər çox göstərməkdə maraqlıdır. Qazanılan büdcə gəlirlərinin hər 10 manatından ən azı 7,5 manatı birbaşa neftdən formalaşır. Bir sözlə, Azərbaycanın neftdənkənar büdcəsi o qədər kiçikdir ki, bu büdcə ilə hökumət hətta cari xərcləri belə qarşılaya bilməz.

 
Tarix: 02 Iyul 2013  |  Baxış sayı: 927




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV