Samir Əliyev: “Sığortalanan əmanətlərin faiz dərəcəsinin aşağı salınmalıdır”
“Mərkəzi Bank sığortalanan əmanətlərin faiz dərəcəsi aşağı salmaq və kompensasiya məbləğini artırmaq haqda fikirləşməlidir. Çünki əmanətlərin faiz dərəcələri ilə kreditlərin faiz dərəcələri arasında birbaşa asılılıq var. Əmanətlərin faiz dərəcəsinin aşağı düşməsi kreditləri də ucuzlaşdıra bilər”. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bu barədə “İqtisadi forum” jurnalına açıqlama verib.
Onun sözlərinə görə, Azərbaycanda kredit təşkilatları tərəfindən verilən kreditlərin faiz dərəcəsinin yüksək olması təkzib olunmaz bir faktdır: “Bu məsələyə ayrı-ayrı vaxtlarda münasibət bildirmişik və faiz dərəcələrinin aşağı salınması ilə bağlı mövqelərimizi çatdırmışıq. Qeyd etmişik ki, bunun günahı heç də təkcə banklarda deyil. Çünki yüksək faiz dəərəcələrinə rəğmən verilmiş kreditlərə görə bankların marjası 4-5% təşkil edir. Əsas səbəb banklar tərəfindən cəlb olunan vəsaitlərin dəyərinin baha olması və ölkə iqtisadiyyatında bankalrdan asılı olmayan risklərin yüksək olmasıdır”.
S.Əliyev hesab edir ki, bankların ucuz resurs cəlb etmək imkanlarının artırılmasında Mərkəzi Bankın da üzərinə böyük məsuliyyət düşür. “Araşdırmalarımız göstərir ki, banklarıın kredit portfelinin təxminən yarısı əhalidən cəlb edilən əmanətlər təşkil edir. Bu göstərici bəzi banklarda hətta daha yüksəkdir. Cəlb edilmiş əmanətlərin faiz dərəcəsi kreditlərin faiz dərəcələrinə təsir göstərir. Yəni əmanətlərin faiz dərəcələri ilə kreditlərin faiz dərəcələri arasında birbaşa asılılıq var”, - deyə o qeyd edib.
Onun fikrincə, Mərkəzi Bank indiki dövrdə əmanətlərin faiz dərəcəsinin aşağı salınması istiqamətində ən azı iki addım atması zərurdir: İlk olaraq dövlət tərəfindən sığortalanan əmanətlərin faiz dərəcəsinin aşağı salınmasından gedir. Hazırda 12% və daha aşağı faizlə cəlb edilən əmanətlər dövlət tərəfindən sığortalanır. Bu o deməkdir ki, konkret bank hansısa səbəbdən bağlandıqda həmin banklarda yerləşdirilmiş əmanətlər sahiblərinə tam olaraq (30 min manatdan çox olmamaq şərti ilə) qaytarılır. Mərkəzi Bankın təşəbbüsü ilə sığortalanma həddi 12%-dən ilkin olaraq 10%, sonrakı dövrlərdə 8%-ə və hətta inflyasiya səviyyəsindən asılı olaraq 6%-ə qədər endilirə bilər. Bu addım əmanətçiləri sığortalanan hədlərə üstünlük verməyə sövq edəcək və nəticədə əmanətlərin orta illik faiz dərəcəsi aşağı salınacaq. İllik 12%-lə cəlb edilən əmanətlə 6%-lə cəlb edilən əmanət arasında kifayət qədər enmə intervalı var”.
Ekspert həmçinin sığortalanmış əmanətə görə ödənilməsi nəzərdə tutulan kompensasiyanın artırılmasını təklif edib. Məlumat üşün bildirək ki, hazırda bu məbləğ 30 manat təşkil edir.
Ekspert hesab edir ki, sığortalanan əmanətlərin faiz dərəcəsinin aşağı salınması siyasəti bankların məcmu kapitalının mninimum həddini 50 milyon manata qaldırılması ilə bağlı qərardan əvvəl verilməsi addımın effektini daha da artırardı.
S.Əliyev ikinci addım kimi Mərkəzi Bankın əmanətlərin cəlb edilməsi üzrə məcburi ehtiyat normasını aşağı salmasınə təklif edib: “Bu normanı hazırki 3%-dən 1%-ə salınması bankların sərbəst vəsaitlərinin artmasına gətirib çıxara bilər”.
Sonda ekspert qeyd edib ki, bu addımların atılması ölkənin kredit bazarında həm cəlb edilən, həm də əhaliyə verilən kreditlərin ucuzlaşması gətirib çıxarar. |