Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Yeni əsginas təklifi gəldi
Samir Əliyev: "Mərkəzi Bank 2 manatlıq əsginasın dövriyyəyə buraxılması üzərində düşünməlidir"

“Mərkəzi Bank 1 manatlıq sikkələri buraxmaqla yanaşı 2 manatlıq əsginasın dövriyyəyə buraxılması üzərində düşünməlidir”. “İqtisadi forum” jurnalının məlumatına görə, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bu barədə Mərkəzi Bankın 1 manatlıq sikkələrin buraxılması ideyasına münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, Azərbaycanda 1 manatlıq sikkələrə keçməyin vaxtı çoxdan çatıb: “Hökumət 2008-ci ildən başlayaraq bu addımı atmalı idi. Çünki bütün dünyada sınaqdan çıxmış təcrübədir ki, metal pulların ömrü kağız pullarla müqayisədə dəfələrlə çox olur”.

Ekspert puldan istifadə mədəniyyətinə də toxunub: “Acı həqiqətdir ki, vətəndaşlarımızda puldan istifadə mədəniyyəti hələ də tam formalaşmayıb. Kağız pulları pul qabına qoymaq əvəzinə cibdə səliqəsiz şəkildə saxlayırlar. Mən hələ şəhər nəqliyyatında 1 manatlıq əskinasları büküb avtobusun dəlmə-deşiklərinə soxmaqlarını demirəm. Nəticədə düzgün istifadə olunmayan kağız pullar cırılmağa, əzilməyə və şalvarqarışıq yuyulmağa məruz qalır. Biz dövriyyədə kifayət qədər "skoç"lu manatlıqlara rast gəlirik.”

S.Əliyev diqqəti metal pullara yönəldərək Azərbaycanda da onların tətbiqinə ehtiyac olduğunu bildirib: “Hazırda dünyada valyutası Azərbaycan manatının məzənnəsinə yaxın olan Avropa Birliyi, Böyük Britaniya və c. kimi ölkələrdə 1 nominallı pullar sikkə şəklində buraxılır. Xatırlayırsınızsa, sovet dövründə də 1 rubl həm kağız, həm də sikkə şəklində tədavülə buraxılmışdı. Təbii ki, paralel olaraq eyni nominaldan olan kağız və dəmir pulların işləməsi müəyyən çətinliklər yaradır. İnsanlar kağız pula daha çox üstünlük verirlər. Ən azı sikkəni cibdə gəzdirmək insanda müəyyən rahatsızlıq yaradır. Ancaq buna baxmayaraq Mərkəzi Bank sikkələrə keçidə start verməlidir. Əks halda tez-tez kağız pul çap etdirməli olacaq”.

Ekspertin fikrincə, valyuta dəyərdən düşdükcə ondan istifadə sürəti artır və daha tez-tez aşınmaya məruz qalır. “Bunun üçün aşağı nominallı pulları sikkə şəklində buraxırlar. Dəmir pulun yaradacağı problem bankomatlarla bağlı ola bilər. Çünki bankomatlar ancaq kağız pul üçün nəzərdə tutulub. Bu o deməkdir ki, pensiyaçılar və sosial müavinət alan şəxslər pullarını bankomatdan tam götürə bilməyəcəklər. Bankomatlarda ən azı 4 manata qədər pul qalacaq".

Ekspert çıxış yolu olaraq yeni əsginasların buraxılmasını təklif edir: “2 manatlıq əskinasların tədavülə buraxılması bankomatlarda xırda pulun götürülməsi zamanı ortaya çıxa biləcək problemi önləyə bilər. Digər tərəfdən bu gün 1 manatlıq əskinasdan sonra 5 manatlıq gəlir. Bu isə ödəniş zamanı problemlər yaradır. Xüsusilə də şəhərarası nəqliyyatda belə problemin canlı şahidi oluruq. Dünya təcrübəsində də 2 nominallı metal pullar mövcuddur. Məsələn, 2 avro, 2 funt və s.. Hətta sövet dövründə 3 rubl nominalında əsginaslar tədavüldə olub. Buna görə də Mərkəzi Bank 1 manatlıq sikkələri buraxmaqla yanaşı yeni  2 manatlıq əsginasın və dəmir pulun buraxılması üzərində düşünməlidir”.

Tarix: 19 Iyul 2013  |  Baxış sayı: 1010




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV