Avropa Birliyi ölkələri arasında gəlir vergisinin ən yüksək həddi İsveçdədədir. Bu ölkənin yüksəkgəlirli vətəndaşları 56,6% dərəcə ilə vergi verməli olur. Danimarka, Niderland, İspaniya, Avstriya, Bekçika və Böyük Britaniya vətəndaşları gəlirlərinin yarıdan çoxunu büdcəyə ödəyirlər.
“İqtisadi forum” jurnalının KPMG İnternational şirkətinə istinadən verdiyi məlumata görə, ən aşağı vergi dərəcəsi Bolqarıstandadır. Bu ölkədə gəlir vergisinin ən yüksək həddi 10%-dir. Litva, Çexiya, Rumıniya, Macarıstan və Slovakiyada maksimal vergi dərəcəsi 15%-dən 19%-ə qədər dəyişir və Avropa Birliyi üzrə orta göstəricidən 2 dəfə aşağıdır.
Avropa Birliyi ölkələrində gəlir vergisinin maksimal dərəcəsi, 2012-ci il üzrə
Ölkələr
|
Faiz dərəcəsi
|
İsveç
|
56,6
|
Danimarka
|
55,4
|
Niderland
|
52,0
|
İspaniya
|
52,0
|
Avstriya
|
50,0
|
Belçika
|
50,0
|
Böyük Britaniya
|
50,0
|
Finlandiya
|
49,0
|
İrlandiya
|
48,0
|
Portuqaliya
|
46,5
|
Almaniya
|
45,0
|
Yunanıstan
|
45,0
|
Fransa
|
45,0
|
İtaliya
|
43,0
|
Lüksemburq
|
41,0
|
Sloveniya
|
41,0
|
Malta
|
35,0
|
Kipr
|
35,0
|
Polşa
|
32,0
|
Latviya
|
25,0
|
Estoniya
|
21,0
|
Slovakiya
|
19,0
|
Macarıstan
|
16,0
|
Rumıniya
|
16,0
|
Çexiya
|
15,0
|
Litva
|
15,0
|
Bolqarıstan
|
10,0
|
AB üzrə orta
|
37,4
|
Mənbə: KPMG İnternational
Avropanın əksər ölkələrində gəlir vergisinin yuxarı həddi 2012-ci ildə dəyişməz qalıb. Dəyişiklik ancaq İspaniya və Fransada baş verib. Vergi yükü İspaniyada 7%, Fransada isə 4% artıb.
Bu ölkələrin hər biri müxtəlif artım yolu tutublar. İspaniyada 2012-ci ilin yanvarından büdcə kəsirini örtmək üçün əlavə vergi tətbiq edilir. Vergi dərəcəsinin artımı vergiödəyicilərinin gəlirlərindən asılı olaraq 0,75%-dən 7%-ə qədər dəyişir. İlllik gəliri 300 min avrodan çox olan fiziki şəxslər qazanclarının 52%-ni büdcəyə verməli olacaqlar. Fransada gəlir vergisinin yuxarı həddi 41%-dən 45%-ə qaldırılıb. Bu artım gəlirləri 250 min avronu ötən rezidentlərə şamil edilib.
2012-ci ildə vergi dərəcəsini azaldan ölkələr də olub. Finlandiya vergi dərəcəsinin yuxarı həddini 0,2%, Lüksemburq isə 1% azaldıb.
“İqtisadi forum” jurnalının Vergi Məcəlləsinə istinadən verdiyi məlumata görə, Azərbaycanda fiziki şəxlərdən gəlir vergisinin yuxarı həddi 25%-dir.
|