Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Manatın yeni tərtibatı haqda yalan məlumat maliyyə bazarına təsir edə bilərmi?
“Yeni dizaynda əsginasların dövriyyəyə buraxılacağı haqda yalan məlumatın məhz bu ay, yəni Azərbaycanda müstəqilliyin bərpasından sonra ilk milli pul nişanlarının dövriyyəyə buraxılmasının növbəti ildönümündə yayılmasını təsadüfi saymaq olmaz”. “İqtisadi forum” jurnalının məlumatına görə, İqtisadçı ekspert Samir Əliyev “Media forum” saytına açıqlamasında belə deyib.

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra ilk milli valyuta (1, 10 və 250 manatlıq əsginaslar) 1992-ci ilin avqustunda dövriyyəyə buraxılıb.

2013-cü il avqustun 15-də sosial şəbəkələrdə belə bir məlumat yayılıb ki, Azərbaycanda yeni dizaynda əsginaslar dövqiyyəyə buraxılır. Elə həmin gün Mərkəzi Bank bunu təkzib edib. Mərkəzi Bank bildirib ki, bu məlumatlar heç bir reallığı əks etdirmir və sosial şəbəkələrdə yayılan, üzərində Azərbaycanın mütəfəkkirlərinin, tanınmış dövlət və elm xadimlərinin əksləri olan 1, 5, 10, 20, 50, 100 manatlıq əsginasların şəkilləri qeyri-müəyyən şəxslərin təxəyyülünün məhsuludur. Bank göstərilən dizaynda əsginasların tədavülə buraxılmasının planlaşdırılmadığını vurğulayıb.

Samir Əliyev “Media forum”a deyib ki, ola bilsin, uydurma məlumatı və şəkilləri yayanların məqsədi heç də ölkənin maliyyə sisteminə zərər vurmaq deyil: “Ancaq hər bir halda nəzərə almalıyıq ki, milli valyuta ölkənin əsas atributlarından biridir. Onun qorunması dövlətlə yanaşı vətəndaş olaraq bizim də borcumuzdur. Çünki bu, birbaşa milli təhlükəsizlik məsələsidir. Bu addımın ölkənin maliyyə sisteminə hər hansı zərər vuracağını, manatın məzənnəsinə təsir edəcəyini güman etmirəm. Çünki burada söhbət ancaq dizaynın yeniləşməsinə aid yalan xəbərdən gedir. Bu xəbərlər manatın devalvasiyası haqda olsaydı, böyük həcmdə saxta pullar dövriyyəyə ötürülsəydi, onda düşünmək olardı ki, bu, maliyyə bazarına mənfi təsir göstərəcək. İndiki situasiya isə fərqlidir. Ən azı bu gün manata zərbə vuracaq daxili və xarici amillər mövcud deyil.

Dünyada baş verən valyuta təlatümləri belə manatdan yan keçir. Çünki valyuta ehtiyatımızın çoxluğu imkan verir ki, manatı müvəqqəti də olsa xarici təsirlərdən qoruyaq. Daxili proseslər isə iqtisadi qanunlarla tənzimlənmir. Bu baxımdan narahatlığa əsas yoxdur. Ancaq onu qeyd edim ki, milli valyutanın taleyi ölkəni təhlükəsuzliyinin vacib elementlərindəndir. Valyuta başqalarının əlində istənilən ölkənin maliyyə sistemini sarsıtmaq qüvvəsinə malik bir silah ola bilər. Corc Sorosun 1992-ci ildə Britaniya funtuna vurduğu zərbəni xatırlayın. Müxtəlif qiymətləndirmələrə görə, Soros bu əməliyyatdan 1-1,5 milyard dollar qazandı. Böyük zərbəni isə Britaniya aldı. Bu gün dünyada valyuta müharibələri gedir. Bunlardan sığortalanmaq üçün ölkə iqtisadiyyatı güclü olmalıdır”.

 
Tarix: 15 Avqust 2013  |  Baxış sayı: 1272




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV