Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Əməyimizə verilən minimal haqq
Prezidentin sərəncamı ilə ölkədə minimum əmək haqqı sentyabrın 1-dən 105 manat və ya 134 dollar olacaq. Buna qədər əmək haqqının minimal məbləği 93,5 manat təşkil edib. Bu artımı əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından müsbət qiymətləndirməklə yanaşı bir məsələyə diqqət yetirmək istəyirəm.

Məlumdur ki, minimum əmək haqqı (MƏH) qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Bu, o deməkdir ki, ölkədə bütün işəgötürənlər öz işçilərinə ən azı 105 manat məvacib verməlidir.

MƏH-in həddinə görə, Azərbaycan keçmiş SSRİ ölkələri arasında 8-ci yerdədir. Bu ölkələrdə MƏH-in artımı həddindən çox sürətli aparılır. Son artıma qədər Azərbaycan yeganə ölkə idi ki, 2013-cü ildə MƏH-i artırmamışdı. Baltikyanı ölkələr minimal maaşları Avropa standartlarına çatdımağa müvəffəq olublar. Bu göstərici Litvada $380, Latviyada $425, Estoniyada isə $422-yə bərabərdir. Azərbaycan MDB ölkələri arasında Rusiya ($157), Ukrayna ($144), Türkmənistan ($150) və Belorusdan ($155) geri qalır. Bizdən sonra gələn Qazaxıstanda $121, Ermənistanda $111, Moldovada $110 minimal məvacib müəyyənləşdirilib. Ukraynada dekabrın 1-dən etibarən MƏH $153-ə, Ermənistanda isə isə gələn ilin əvvəlindən $124-ə qaldırılacaq.

Ən aşağı MƏH Qırğızıstanda ($17), Tacikistanda ($52), Özbəkistanda ($52) verilir.

Qonşu Gürcüstanda MƏH dövlət qulluqçuları üçün $77, özəl sektorda isə $12-a bərabərdir.

Avropaya üs tutduqca MƏH-lər daha da artır. Türkiyədə əmək haqqının minimum məbləği $540, Bolqarıstanda $211, Rumınyada $415, Çexiyada $407, Macarıstanda $440, Slovakiyada $450, Polşada $490, Xorvatiyada $530 təşkil edir.

Qərbi Avropa ölkələrinə getdikcə fərq daha da böyüyür. Portuqaliyada işgötürənlər öz işçilərinə ayda ən azı $750, Yunanıstanda $910, Maltada $925, İspaniyada $1000, Sloveniyada $1040, İngiltərədə $1550, İrlandiyada $1685, Fransada $1740, Hollandiyada $1815, Belçikada $1820, Lüksemburqda $2040 ödəməyə borcludurlar. ABŞ-da isə minimal maaş $1275-dir.

Müşahidələr göstərir ki, minimum əmək haqqı (MƏH) Azərbaycanda getdikcə rolunu itirir. Bir vaxtlar minimum maaşların artımı ümumilikdə ölkə üzrə əmək haqlarının artımını şərtləndirirdi. Bu gün maaşların MƏH-dən asılılığı aradan qaldırılıb. Hətta Vergi Məcəlləsinə edilmiş son dəyişiklik nəticəsində vergidən azad olunan məbləğ MƏH ilə yox, yaşayış minimum əsasında müəyyənləşdirilməyə başlanıb.

Azərbaycanda insanların MƏH-dən yararlanma imkanları çox məhduddur. MƏH-lərin artımından yeganə olaraq minimal məvacib alanlar faydalanır. Yerdə qalanlar, xüsusən də işəgötürənlər üçün bu artım baş ağrısına çevrilir. Təsəvvür edin MƏH-in artımı avtomatik olaraq sosial sığorta ödənişlərinin həcmini artırır. İşəgötürənlər isə əlavə xərcə salır.

Azərbaycanda bu gün MƏH-ə yanaşma dəyişməlidir. İlk növbədə, vahid MƏH məbləğindən imtina edilməli, əksər ölkələrdə olduğu kimi əməyin ödənişin minimal məbləğinin sahəvi sisteminə keçilməlidir. Yəni ayrı-ayrı sektorlar üzrə MƏH-in məbləği fərqli olmalıdır. Təhsil sektorunda işləyənlərlə kimya sənayesində çalışanların MƏH-i fərqlənməlidir.

İkincisi, minimum əmək haqqının aylıq yox, dünyada tətbiq edilən saatlıq müəyyənləşdirilməsi sisteminə keçilməlidir.

Üçüncüsü, MƏH-in məbləği əhəmiyyətli dərəcədə artırılmalıdır. Azərbaycanın da qoşulduğu Avropa Sosial Xartiyasına görə, minimum əmək haqqı orta aylıq əmək haqqını 60%-ni təşkil etməlidir. Nəzərə alsaq ki, hazırda orta maaş təxminən 411 manatdır. Bu halda minimum məvacib 247 manat olmalıdır.

Tarix: 01 Sentyabr 2013  |  Baxış sayı: 1105




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV