Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


JEK-lərin alternativi yaradılacaq
“Dünya təcrübəsində mənzil təsərrüfatı əsasən kondominum adı ilə tanınan qurumlar tərəfindən idarə olunur. Azərbaycanda onların analoqu MMMC-lərdir. Bunun üçün əvvəlcə belə qurumlar yaradılmalı və onların iş təcrübəsi artırılmalıdır. Çünki gələcəkdə MMMC-lər MİS-ləri əvəzləyəcək.“. “İqtisadi forum” jurnalının məlumatına görə, Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Samir Əliyev bu barədə açıqlama verib.

Media və İctimai Təşəbbüslər Mərkəzinin ictimaiyyətlə əlaqələr departamentindən verilən xəbərə görə, Mərkəz QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Çoxmənzilli binaların idarəedilməsi mexanizmləri ilə bağlı ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi” layihəsinə start verib.

Layihənin rəhbəri Samir Əliyevin sözlərinə görə, layihə çərçivəsində Binəqədi rayonu ərazisində qanunvericiliyə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin (MMMC) yaradılması nəzərdə tutulur. Cəmiyyət pilot qaydasında seçilmiş çoxmənzilli binanın sakinləri tərəfindən təsis ediləcək. Bu işdə bələdiyyələrin aktiv iştirakı təmin ediləcək və eyni zamanda əhalinin maarifləndirilməsi tədbirləri həyata keçiriləcək.

S.Əliyevə görə, layihənin məqsədi Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq çoxmənzilli binalarda mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılmasına texniki dəstək vermək və əhalinin maarifləndirilməsini təmin etməkdir. “Dünya təcrübəsində mənzil təsərrüfatı əsasən kondominum adı ilə tanınan qurumlar tərəfindən idarə olunur. Azərbaycanda onların analoqu MMMC-lərdir. Ölkədə nəhayət ki mənzil təsərrüfatının idarə edilməsi səlahiyyəti MMMC-lərə verilməlidir. Bunun üçün əvvəlcə belə qurumlar yaradılmalı və onların iş təcrübəsi artırılmalıdır. Çünki gələcəkdə MMMC-lər MİS-ləri əvəzləyəcək. Bizim məqsəd də MMMC-lərin yaxşı idarəetmə nümunələrini yaratmaq və onun ölkədə yayılmasını təmin etməkdir.“, - deyə layihə rəhbəri bildirib.

S.Əliyevin sözlərinə görə, 2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsi özəl mənzil fonduna daxil olan çoxmənzilli binanın sahə mülkiyyətçilərinin Cəmiyyətinin yaradılmasını nəzərdə tutur. Məcəllənin 141-ci maddəsinə görə, özəl mənzil fonduna daxil olan çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın idarə edilməsi üçün mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti yaratmalıdırlar. Məcəllənin qəbulundan 4 ilə yaxın vaxt keçsə də Məcəllədə nəzərdə tutulan özəl mənzil fondlarının, xüsusən də çoxmənzilli binaların idarə edilməsi mexanizmi işləmir. Hazırda ölkədə özəl mənzil fondları hələ də MİS-lər tərəfindən həyata keçirilir. Əgər sabah hökumət Məcəlləni əsas tutaraq MİS-lərin fəaliyyətinə xitam versə bu qurumları kimin əvəz edəcəyi məsələsi sual olaraq qalır. Məcəllə təklif edilən 3 üsulun heç biri formalaşmayıb. Nə mülkiyyətçilərin binaları birbaşa idarə etmək təcrübəsi var, nə də kommunal xidmət sahədə ixtisaslaşmış şirkətlər mövcuddur. Dünyada geniş yayılmış üsul – mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri isə hələ də yaradılmayıb. Üstəgəl, əhalinin bu sahədə məlumatlılığı azdır. Bu sahədə əhəmiyyətli rol oynamaq və cəmiyyətlərin yaradılmasında təşkilatçılıq səlahiyyəti verilmiş bələdiyyələrin də bu institut haqda təsəvvür yoxdur. Bütün bunlar ölkədə çoxmənzilli binaların idarəetmə mexanizmlərinin yaradılmasına texniki və informasiya dəstəyinin verilməsini və bu təşəbbüslərin ölkə üzrə geniş yayılmasını və paralel olaraq əhalinin məlumatlılıq səviyyəsinin artırılmasını zəruri edir.

S.Əliyev sonda qeyd etdi ki, layihənin işinə Binəqədi rayonu İcra Hakimiyyəti də yaxından dəstək verəcək.

Tarix: 30 Sentyabr 2013  |  Baxış sayı: 844




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV