Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


“Investisiya vəsaitləri məmurların korrupsiya maraqlarına xidmət edir”
Rövşən Ağayev: «Hökumət büdcəni azaltsa da, Neft Fondunun vəsaitlərinin xərclənməsinin azaldılması istiqamətində iştahasını azaltmaq fikri yoxdur»

Növbəti ildə kommunal tariflərin və yanacağın qiymətinin artımı ilə bağlı proqnozları artıq rəsmilər də təsdiq edir. Tarif Şurası onlara hər hansı qurumdan müraciətin olmadığını desə də, maliyyə naziri Samir Şərifov artıq bahalaşmanın anonsunu verdi. Gözlənilən qiymət artımı ilə bağlı mətbuata ilk məlumatı verən Iqtisadi Təşəbbüslərə Yardım Ictimai Birliyinin sədr müavini Rövşən Ağayevin bu və növbəti ilin büdcəsi ilə bağlı fikirlərini öyrəndik. 

- 2014-cü ilin büdcə müzakirələri davam edir. Adətən rəsmilər qeyri-nef sektorunun payının ildən ilə artdığını deyir. Budəfəki büdcədə mənzərə necədir?

- Son 10 ildə yalnız 2009-cu ildə dünya bazarında neftin qiyməti kəskin azalanda, büdcənin gəlirləri 8 faiz azaldı. Qalan illərdə büdcə gəlirləri hər il kəskin şəkildə artıb. Elə illər olub ki, hətta 80 faizə qədər artım olub. Tutaq ki, ilk dəfə kəskin büdcə artımı 2005-ci ildə başladı. Böyük neft pullarının daxil olması həmin illərə təsadüf edirdi. 2004-ci ilə nisbətdə 40 faiz artmışdı. Sonrakı il birdən-birə 80,9 faiz artım oldu. Sonrakı illərdə də təxminən 60-65 faiz artdı. Nəhayət son 3 ildə, 2011-2013-cü illərdə büdcənin gəlirlərində 15-30 faiz arasında həmişə artım olub. Hökumətin proqnozları göstərir ki, gələn il büdcə gəlirlərində 4 faizə qədər azalma olacaq. Bu əsasən Neft fondunun transfertlərinin azalması ilə bağlıdır. Çünki 2 mlrd manata qədər Neft Fondunda transfertlər azalacaq. Əgər 2013-cü ildə hökumət 11 mlrd 350 mln manat Neft Fondu hesabına büdcəyə transfert etmişdisə, 2014-cü ildə bu proqnoz 9 mlrd 330 mln manata endirilir.

- Hökumətin narahatlığı nədəndir?

- Bu narahatlıqlar daha çox Neft Fondunun neft gəlirlərinin azalması ilə bağlıdır. Çünki artıq bir daha təsdiqləndi ki, neft hasilatının azalması və bundan dolayı gəlirlərin azalması proqnozlaşdırılandan bir az erkən başladı. Daha çox 4-5 il, bəlkə, 10 il əvvəl neft gəlirlərinin azalma dövrü 2015-ci ildən sonraya proqnozlaşdırılırdı. Amma hökumətlə BP arasında bir müddət əvvəl yaranan gərginlik göstərdi ki, 2011-ci ildə neftin hasilatının azalması prosesi başlandı. Bu proses davam etməkdədir. Bu il hökumət 42 mln ton civarında neft hasilatı gözləyirsə, indi parlamentə təqdim olunan büdcə sənədlərindən aydın olur ki, 2017-ci ilə qədər hökumət 5 mln tona qədər neft hasilatında azalma gözləyir.  Yeri gəlmişkən, hökumətin təqdim etdiyi orta müddətli büdcə proqnozlarından da görünür ki, 2014-cü ildə 11,6 mlrd manat Neft Fonduna vəsait gözləyirsə, 2015-ci ildə bu vəsait proqnozlara görə birdən-birə 2 mlrd manat azalacaq, 2016-cı ildə isə daha sürətlə azalmaqla 8,8 mlrd manata qədər düşəcək. Faktiki olaraq 2011-ci ilin göstəricisi ilə 2016-cı ilin göstəricisi arasında təxminən 2 dəfə fərq var. 2010-2011-ci illərdə Neft Fondunun gəlirlərinin 15 mlrd manata çatan vaxtları olub. Həm Neft Fondunun transfertlərinin azalması, həm büdcə gəlirlərinin 4 faiz azalma ilə proqnozlaşdırılması hökumətin narahatlığının ifadəsidir. 

- Ekspertlər, vətəndaş cəmiyyəti nümayəndələri, siyasilər həmişə hökuməti postneft dövrü üçün narahatlığa çağırıb və vəsaitlərdən həm səmərəli istifadə olunması, həm neftdən kənar sahələrin daha effektiv inkişaf yollarının tapılması, büdcənin neft asılılığının azaldılması məsələsini dəfələrlə qaldırıb...

- Amma hökumət bu narahatlığı çox gec anlayıb və bununla bağlı addımlar atır. Indi Neft Fondundan transfertləri azaltmaq hesabına bir qədər belə görünə bilər ki, hökumət sanki sonrakı dövr üçün yığımlar etmək niyyətindədir. Amma çox təəssüflər olsun ki, hökumət büdcəni azaltsa da, Neft Fondunun vəsaitlərinin xərclənməsinin azaldılması istiqamətində iştahasını azaltmaq fikri yoxdur. Yenə də hökumətin 2014-2017-ci illər üzrə proqnoz göstəricilərindən aydın olur ki, yaxın 3 ildə hər il Neft Fondundan 8,5-9,5 mlrd manatı xərcləməyi proqnozlaşdırır. Yəni dövlət Neft Fondundan vəsaitlərin xərclənməsini dayandırmaq fikrində deyil. 

 

“Hökumətin sosial yönümlü dediyi büdcə qətiyyən sosial yönümlü deyil”

- Eyni zamanda büdcədə sosial yönümlü xərclərin də artdığı iddia olunur. Bu dəfə vəziyyət necədir?

- Sosial yönümlü büdcə o büdcədir ki, o büdcədə sosial bölmələr üzrə xərclərin payının əhəmiyyətli çəkisi olur. Ən azı dünya praktikasında sosial xərclərin payı 40 faizdən az deyil. Inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, sosial xərclər dedikdə bura təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət və bu kimi sosial əhəmiyyətli sahələr daxildir. Gürcüstanın 2014-ci il büdcəsində təkcə sosial müdafiə və səhiyyənin payı 36 faizdir. Təhsillə bir yerdə üç vacib sosial blokun payı 46 faizidr. Hökumətin həmişə yoxsul dediyi Gürcüstanda büdcədəki hər iki dollardan biri sosial istiqamətlərə xərclənir. Azərbaycanda isə 2014-cü ilin büdcəsində sosial bloklar üzrə, təhsil, səhiyyə, sosial müdafiə və mədəniyyətə cəmi 22 faiz vəsait xərclənəcək. Yəni bizdə hər 5 dollardan yalnız 1 dolları sosial sahələrə xərclənir. Növbəti ilin büdcəsində büdcə təşkilatlarının kommunal və kommunikasiya istehlakına hökumət xərcləri 78 faiz, əmək haqqı xərcləri cəmi 7,5 faiz artır. Büdcədən 800 min nəfərə qədər insan məvacib alır. Bu qədər insanın məvacibi cəmi 212 mln manat artırılır, amma büdcə təşkilatlarının kommunal, kommunikasiya xərcləri 282 mln manat artırılır. Əgər büdcə təsnifatına, iqtisadi xərc maddələrinə baxsaq, təqaüdlər və sosial müavinətlər üzrə xərclər 70,1 mln manat artacaq. Bu da 4 faiz edir. Əmək xərcləri və sosial xərclər üst-üstə 7-8 faiz artır. Burda digər alış və xidmətlər adı altında bir xətt var, bilinmir hansı istiqamətə gedir, 1,8 dəfə artırılıb. 110 mln manatdan 300 mln manata qədər artım var. Üstəlik, hökumətin istehlakı, qurumların istehlak olunan malların alınması ilə bağlı xərclərdə 20 faizə qədər artım var. Bütün bu rəqəmlər bir daha onu göstərir ki, hökumətin sosial yönümlü dediyi büdcə qətiyyən sosial yönümlü deyil. Əksinə, 2014-cü ilin büdcə sənədindən aydın görünür ki, bu çox qeyri-şəffaf büdcədir. Hökumət elə təsnifat sistemi qurub ki, bu büdcəni normal şəkildə vətəndaş cəmiyyəti, ekspertlər oxuyub qiymətləndirə bilmir. 

Bu il 400 mln manata qədər büdcə təşkilatlarının ödənişli gəlirlərinə xərcləmələr var. Heç bir hesabat sistemində göstərilmir ki, bu ödənişli xidmətlərdən əldə olunan gəlirlər, o 400 mln manat hara xərclənəcək. Hüquq mühafizə orqanlarında büdcədən kənar xərclər 178 mln manat təşkil edir. Bu da 200 mln dollardan çox vəsaitdir. Bu qədər vəsaitin xərclənməsi ilə bağlı heç bir hesabatlılıq mexanizmi yoxdur ki, bu vəsaitlər hara gedəcək. 

 

“Büdcə qanunvericiliyi şəffaf investisiya xərcləmələrinə imkan vermir”

- Investisiya layihələrinin korrupsiya yüklü olduğu dəfələrlə deyilib. Budəfəki büdcə ilə bağlı gözləntilər necədir?

- Bu illərin investisiya xərclərində 700 mln manata qədər, yəni 10 faiz civarında azalma gözlənilir. Hökumət dövlət büdcəsi ilə bağlı narahatlıqlar hiss edir. 2014-cü ildə hasilatın pay bölgüsü sazişləri çərçivəsində şirkətlərinin mənfəət vergisinin 200 mln manata qədər azalması gözlənilir. Təkcə Neft Fondunun transfertləri məsələsi deyil. Həm də, ümumiyyətlə, neft hasilatının azalması nəticəsində artıq neft şirkətlərinin ödədiyi gəlir vergisi də azalmağa başlayır. Ona görə də hökumət ilk növbədə şübhəsiz ki, investisiya vəsaitlərinə bir qədər qənaət etmiş kimi görünür. Amma problem ondadır ki, 2014-2017-ci illər üzrə dövlət investisiya proqramının istiqamətlərinə baxanda aydın olur ki, hökumət dövlət büdcəsində investisiya xərclərini azaltmaq niyyətində olsa da, Neft Fondundan investisiya yönümlü layihələrini nəinki azaltmaq, əksinə, ən azı Neft Fondunun büdcəsi qədər sabit şəkildə xərcləməkdə davam etmək niyyətindədir. Neft Fondundan 2014-cü ildə hökumət üst-üstə 1,9 mlrd manat investisiya vəsaiti xərcləməyi planlaşdırır. 2015-ci ildə 1,6 mlrd manat, 2016-cı ildə 1,8 mlrd manat, 2017-ci ildə 1,7 mlrd manat xərclənmək planlaşdırılır. Yəni faktiki olaraq dövlət büdcəsinə transfertdən nə vəsait qalacaqsa, hökumət Neft Fondu vasitəsilə həmin vəsaitləri investisiyalara yönəldəcək. Yəni büdcənin 40 faizini təşkil edən investisiya layihələri 2014-cü ildə 32,3 faiz olacaq. Hökumət qeyri-müəyyən situasiyada bu proqnozları xeyli azaldıb. Bunun əsas səbəblərindən biri də neft gəlirlərinin azalma təhlükəsidir. 

- Investisiya layihələrində problemi nədə görürsünüz?

- Bizim yenə də fikrimiz o istiqamətdə qalır ki, büdcə qanunvericiliyi şəffaf investisiya xərcləmələrinə imkan vermir. Səmərəli xərclənmək o deməkdir ki, qoyduğun bir manatın effektivliyini ölçürsən. Indiyə qədər Azərbaycan hökuməti qoyduğu investisiya xərclərinin heç birinin effektivlik hesabatını hazırlamayıb ki, bu günə qədər ölkə iqtisadiyyatına qoyulan, istər sahibkarlığın inkişafı baxımından sərf olunan vəsaitlər, istər sosial infrastrukturun inkişafı baxımından layihələrin hər manatı ölkə iqtisadiyyatı üçün hansı qazancı gətirib. Bunun da əsas səbəblərindən biri o olub ki, o vəsaitlər məmurların korrupsiya maraqlarına xidmət edib. Dəfələrlə aparılan araşdırmalar göstərib ki, hökumət, məktəb, səhiyyə ocaqlarının, idman obyektlərinin tikintisinə qoyduğu vəsaitlərin 30-35 faizi, bəzən 45-50 faizi korrupsiyanın yeminə çevrilib. Sahibkarlığa Kömək Milli Fondu, Aqrolizinq, müxtəlif kommursiya bankları, Kənd Təsərrüfatı Inkişafı üzrə Dövlət Agentliyi vasitəsilə ayrılan vəsaitləri azad sahibkarlıq subyektlərinə çatmayıb, ayrı-ayrı iqtisadi qrupların maraqlarına xidmət edib.

 

“Ölkə iqtisadiyyatı altında inflyasiya bombası yatacaq”

- Maliyyə naziri gələn il üçün bahalaşmanın anonsunu verdi. Seçkidən əvvəl bəzi sahələrdə çalışanların əmək haqqında 10 faiz artım olsa da, bu artım inflyasiyanın yeminə çevrildi. Belə olan halda növbəti artım əhalinin həyat səviyyəsində özünü necə göstərəcək?

- Təqaüdlər və sosial müavinətlər üzrə büdcədə cəmi 4 faizlik artım var. Tənzimlənən qiymətlərin hesabına yaranan inflyasiya baza inflyasiyasıdır. Hansı ildə ki, baza inflyasiyası yüksək olur, o ildə ümumilikdə inflyasiyanın səviyyəsi əvvəlki illərdən xeyli yüksək olur. Baza inflyasiyası həmişə katalizator rolunda çıxış edir. 2007-ci ilin təcrübəsi bunu göstərdi. Baza inflyasiyası ilə bağlı hökumətin qərarlarının bir spesifik xüsusiyyəti var ki, onun təsiri bir ildə başa çatmır. Həmişə sonrakı 2-3 ildə də davam edir. 2007-ci ildə hökumət baza inflyasiyasına getdi, növbəti iki ildə Azərbaycanda ən yüksək inflyasiya illəri oldu. Son illər hökumətin təcrübəsi göstərir ki, həmişə çox kəskin artımlara gedirlər. Ötəndəfəki kimi kəskin artımlar olacaqsa, bu o deməkdir ki, artıq qarşıdakı illərdə ölkə iqtisadiyyatı altında inflyasiya bombası yatacaq. 

Sosial tərəflərinə gəldikdə, onsuz da Azərbaycanda hökumətin etiraf etmədiyi yüksək inflyasiya var. Əhalinin gəlirləri az olan, inhisarçılığın hökmran olduğu ölkələrdə 3-5 faizlik maaş artımı dərhal inflyasiyanın yeminə çevrilir. Azərbaycanda son aylarda ərzağın qiymətinin artması nəticəsində maaş artımı yeyildi. Hökumətdən baza pensiyası və müavinət alanların sayı 2 mln-a yaxındır. Hökumətin artırmaq istədiyi xərcləri bu adamların sayına böləndə belə çıxır ki, ən yaxşı halda bu adamlara bir ayda orta hesabla  10-15 manat civarında artım gözlənilir. Amma təcrübə göstərir ki, eyni vaxtda kommunal xidmətlərin artırılması bir ailə üçün bu məbləğdən xeyli yüksək əlavə xərc gətirir. Hökumət büdcə təşkilatlarının kommunal və kommunikasiya ehtiyacları üçün əlavə 300 mln manat vəsait ayırmaq istəyir. Bizim apardığımız araşdırmalar və rəsmi statistikanın məlumatları göstərir ki, kommunal xidmətlərin istehlakında büdcə təşkilatlarının payı 30-35 faizdən çox deyil. Orta hesabla 40 faiz əhalinin payına düşür. Bu o deməkdir ki, əgər 300 mln manat büdcə əlavə edilibsə, əhalinin də istehlakını götürsək, insanlara təxminən 400 mln manat əlavə vəsait lazımdır ki, hökumətin artırdığı qiymətləri kompensasiya etsin. 

 
“Miqrantlar geri qayıtsa, bunun çox ciddi sosial nəticələri ola bilər”

- Rusiyada miqrantlarla bağlı problem yaranıb. Sayı 2 mln-a yaxın olduğu deyilən azərbaycanlı miqrantların bir qisminin ölkəyə qayıdışı gözlənilir. Həmin şəxslərin ölkəyə göndərilən pullarının həcmində əhəmiyyətli azalma ola bilər. Bu hansı problemlər yarada bilər?

- Rusiya və Azərbaycan tərəfi nə qədər adamın miqrasiya etdiyini yaxşı bilir. Bu da böyük rəqəmdir. Azərbaycanın regionlarında bunu daha yaxşı görmək olur. Vəsaitlərlə də bağlı müxtəlif rəqəmlər var. Rusiya tərəfi ildə 2 mlrd, bəzi mənbələr 3 mlrd dollar vəsaitin ölkəyə gəldiyini deyir. Rusiyaya gedən insanlarımız son dərəcə aktiv olub, pis dolanışıqla barışmayıblar. Burdakı haqsızlığa, şəraitsizliyə, işsizliyə dözməyərək hər cür ağır şərtlər altında işləməyi seçiblər. O adamların ölkəyə qayıtması siyasi baxımdan hakimiyyət üçün arzuolunmazdır. Ordakı insanlarımız özlərinə burdakından yaxşı şərait qurub. O adamlar gəlib Rusiyadakı pul qazanmaq imkanlarını hökumətdən istəyə bilərlər. Iqtisadi baxımdan da ölkəmiz üçün arzuolunmazdır. Rusiyadan gələn pul hesabına yaşayan ailələr ağır duruma düşə bilər. Problem davamlı olsa, proses genişlənsə, miqrantlar geri qayıtsa, bunun çox ciddi sosial nəticələri ola bilər.

Fizzə
"Azadlıq" qəzeti
 
Tarix: 12 Noyabr 2013  |  Baxış sayı: 932




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV