Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Çoxmənzilli binaların idarə edilməsi ilə bağlı resurs-informasiya mərkəzi yaradılıb
Yanvarın 24-də Binəqədi rayonunda çoxmənzilli binaların idarə edilməsi ilə bağlı resurs-informasiya mərkəzinin açılışı olub. “İqtisadi forum” jurnalının məlumatına görə, Açılış mərasimində İqtisadiyyat və Sənaye Nazirliyinin təmsilçisi Elşən Əsədov, Binəqədi rayon İcra Hakimiyyətinin şöbə müdiri Ramiz Göyüşov, Avropa Birliyinin layihə rəhbəri Jerzy Fiesher, hüquqşünası Azad Talıbov, Əmlak Bazarı İştirakçıları Birlyinin rəhbəri Ramil Osmanlı, Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Samir Əliyev və digər şəxslər iştirak edib. 

Binəqədi rayon İcra Hakimiyyətinin şöbə müdiri Ramiz Göyüşov Mərkəz barədə geniş məlumat verib və qeyd edib ki, məqsəd Mənzil Məcəlləsinin tələblərinə uyğun yeni idarəetmə prinsipləri barədə əhalini məlumatlandırmaq və onlara məsləhət verməkdir. Onun sözlərinə görə, Mərkəz məsləhət xidmətləri, maarifləndirmə, ictimai məlumatlılıq işləri görəcək: “Mərkəz həftədə 5 gün fəaliyyət göstərəcək və Həmzə Babaşov küçəsində yaşayan 380 mənzil sakininə deyil, hım də digər şəhər sakinlərinə xidmət göstərəcək. Bununla bağlı bina sakinləri ilə görüş keçirilib. Onlara Resurs-informasiya Mərkəzi barədə məlumat verilib. Bu gündən başlayaraq sakinlər Mərkəzə müraciət edə bilərlər.”

İqtisadiyyat və Sənaye Nazirliyinin təmsilçisi Elşən Əsədov mənzil idarəçiliyi sahəsində dövlət siyasəti barədə danışıb. Onun sözlərinə görə, təmsil etdiyi Nazirlik qanunvericiliklə onlara verilmiş öhdəliklər çərçivəsində əhalinin maarifləndirilməsni həyata keçirirlər. Bu müddətdə əhali ilə sistemli görüşlər keçirilmiş, onlara yeni Mənzil Məcəlləsinin prinsipləri izah edilmişdir.

E.Əsədov Mərkəzin fəaliyyəti ilə bağlı əhaliyə xidmət göstərmək üçün ekspert və mütəxəssislərdən ibarət qrup yaradıldığını bildirib: “Bu qrupa Nazirliyin və Binəqədi rayon icra hakimiyyətinin mütəxəssisləri, Avropa Birliyinin layihə ekspertləri və mənzil idarəçiliyi üzrə ixtisaslaşan QHT-lərin ekspertləri daxildir. Bu ekspertlər növbəlilik əsasında Mərkəzdə əhali ilə mütəmadi görüş keçirəcək və onları maraqlandıran sualları cavablandıracaq”

Avropa Birliyinin mənzil sektorunda islahatların aparılmasında Azərbaycana dəstək layihəsinin rəhbəri Jerzy Fiszer resurs-informasiya Mərkəzinin beynəlxalq təcrübədə geniş istifadə edildiyini bildirib. “Belə Mərkəzlər ilkin addımdır. Bu Mərkəz müxtəlif qrupların əməkdaşlıq formasıdır. Gələcəkdə belə Mərkəzlərin yaradılması təcrübəsi genişləndirilməlidir. Digər yaşayış binaları da qoşulmalıdır. Bir çox ölkələrdə belə Mərkəzlər yaradılıb. İngiltərə, Polşa, Ukrayna, Baltik ölkələrində geniş istifadə edilir. ”

Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Samir Əliyevin fikrincə, Mərkəz əhalinin maarifləndirilməsi istiqamətində əhəmiyyətli rol oynaya bilər: “Apardığımız araşdırmalar göstərir ki, əhalinin yeni mənzil idarəçiliyi sahəsində bilgisi yox səviyyəsindədir. Onlar hesab edirlər ki, MİS-lər ləğv edilsə onların mənzillərinə xidmət göstərən olmayacaq. Vətəndaşlar bu səbəbdən də binanın idarəçiliyini öz üzərinə götürmək istəmirlər”.

“Əmlak Bazarı İştirakçıları” İB-in rəhbəri Ramil Osmanlı resurs mərkəzinin daha səmərəli və aktiv fəaliyyət göstərməsi üçün sakinlərə məlumatlandırıcı vərəqlərin paylanmasını, ayrı-ayrı binalarda sakinlərlə görüşlərin təşkilinin həyata keçirilməsinin təklif etdi.

 


Tarix: 24 Yanvar 2014  |  Baxış sayı: 1749




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV