Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Mərkəzi Bank bankları post-neft mərhələsinə hazırlayır
Son günlərdə Mərkəzi Bankın kommersiya banklarına verdiyi tövsiyələrə əsasən kreditlərin arayışsız verilməsi dayandırılmışdır və ümumiyyətlə kredit şərtlərinin sərtləşdirilməsi gözlənilir. Baş verən proseslər adi istehlakçılar arasında da ciddi narahatlıq yaradır Bütün bunları nəzərə alaraq, iqtisadçı ekspert Samir Əliyevə suallarımızı ünvanlamaq qərarına gəldik.  

Samir müəllim, Azərbaycanda problemli kreditlərlə bağlı vəziyyət nə dərədəcə kritik idi və həqiqətən də kreditlərin arayışsız verilməsini məhdudlaşdırmağa ehtiyac vardımı?

Təbii ki, Mərkəzi Bank bu addımını ilk öncə bunu problemli kreditlərinin həcminin artması ilə əsaslandırır. Mərkəzi Bankın açıqladığı statistik rəqəmlərə baxsaq, bu elə də təhlükəli hədd deyil, ümumi kreditlərin təxminən 5,2%-i qədərdir. Bu isə o deməkdir ki, iqtisadiyyata yönəldilən hər 100 manatın 5 manat 20 qəpiyi geri qayıtmır, problemli kreditlərin həcmi haradasa 800 milyona yaxındır. Yəni rəsmi statistikaya əsasən rəqəmlər elə də qorxulu və ya kritik deyil. Beynəlxalq təşkilatlar isə açıqlamalarında bildirirlər ki, bu göstərici haradasa 10% həddindədir. Konkret olaraq Fitch-dən danışmaq olar, o öz açıqlamasında bu rəqəmin 10% olduğunu bildirib. Bizim öz müşahidələrimiz və öz araşdırmalarımız isə göstərir ki, problemli kreditlərin payı ümumi kredit portfelinin təqribən 15%-nə gəlib çatır. Bu onu deməyə əsas verir ki, problemli kreditlərlə bağlı vəziyyət rəsmi statistikada olduğundan daha kirtikdir. Bu baxımdan da Mərkəzi Bankın qərarını düzgün kimi qiymətləndirmək olar.

Mərkəzi Bank son addımı ilə banklara tövsiyə edir ki, kredit verərkən müştərinin maliyyə vəziyyətini daha düzgün qiymətləndirsinlər. Əslində bu qadağa çoxdan var idi və özünü kreditlərin verilməsi qaydalarında da göstərirdi. Sadəcə banklar son vaxtlar bu məsələyə ciddi yanaşmırdı. Xüsusi ilə də istehlak kreditlərində son zamanlar güclü rəqabət müşahidə olunurdu. Bilirsiniz ki, bu bazarda əvvəlcədən güclü oyunçular da var idi, hansılar ki, məhz istehlak kreditləri üzrə ixtisaslaşmışdı. Son dövrlərdə isə iri banklar biznes kreditlərindən nisbətən ayrılaraq, istehlak kreditləri bazarına daxil olurdu. Söhbət böyük miqdarda pul vəsaiti olan iri banklardan gedir. Belə ki biznes kreditlərinin özünü riskli tərəfləri var və həmin risklərlə çox da üzləşmək istəməyən banklarda istehlak krediti bazarına maraq artırdı. Bu da istehlak krediti bazarında rəqabəti gücləndirirdi.

Yeri gəlmişkən Bank sektorunda birinci rəqabət əgər əmanət bazarında idisə və diqqət yetirirdinizsə, bu da getdikcə əmanət faizlərinin yüksəlməsinə gətirib çıxarırdı. Çünki rəqabət var idi və güclü resurs cəlb etmək lazım idi. İkinci rəqabət nöqtəsi isə artıq istehlak krediti bazarında formalaşmışdı. Yəni ümumi kredit bazarında deyil, məhz istehlak krediti bazarında daha güclü rəqabət hökm sürürdü

Bunun nəticəsi olaraq, kredit faizləri bir neçə faiz bəndi aşağı düşmüş, kredit şərtləri sadələşdirilmişdi: arayışsız, evdar qadınlar, pensiyaçılar kimi müxtəlif güzəştli qruplara kreditlərin verilməsi nəzərdə tutulurdu.  Bu ona gətirib çıxardı ki, istehlak kreditlərinin payı sürətlə artmağa başladı.

Təsəvvür edin, əgər təxminən üç il bundan qabaq istehlak kreditlərinin payı 30% idisə, 2013-cü ilin sonuna bu rəqəm 40% gəlib çıxmışdı. Bu Azərbaycan üçün olduqca təhlükəli bir rəqəmdir. Nəyə görə təhlükəlidir? Çünki, Azərbaycan kimi ölkələrdə istehlak kreditləri iqtisadiyyatı stimullaşdırmır. Tutaq ki, Amerikada və Avropada, diqqət yetirsəniz, kredit faizləri aşağı salınır və krediti dövriyyəyə buraxılar ki, əhalinin xərcləri artsın. Əhalinin xərcləri artanda bu iqtisadiyyatı stimullaşdırır. Çünki onlar faktiki olaraq kredit vasitəsi ilə tələb yaradırlar. Yəni tələb real təklifə uyğun olmayanda, onda tələb yerindəcə qalır. Bununla süni tələbat yaradıb vəziyyəti dəyişirlər. Amma Azərbaycan kimi ölkələrdə istehlak kreditlərinin yüksək artımı effekt vermir. Çünki bizim əhali istehlak kreditləri vasitəsi ilə daha çox, demək olar ki, əksər hallarda xarici mallar alırlar. Bəlkə tək-tük yerli mal adı çəkmək olar ki, o  kreditlə alınsın. Qalan bütün mallar, avtomobillər, məişət texnikası və s xaricdən alınır.

- Sizcə bu qərar daha çox müştərilərin mənafeyini qorumağa istiqamətlənib, ya bankların mümkün zərərlərdən qorumaq məqsədi daşıyır?

Mən hesab edirəm ki, bu daha çox bankların qorunması məqsədi daşıyırdı. Çünki beynəlxalq təşkilatlar və reytinq şirkətləri də Azərbaycanda iqtisadiyyata yatırılan pulların və kreditləşmənin artımını müsbət hal kimi qiymətləndirsə də, qeyd edirdilər ki, kredit qoyuluşunda risklər düzgün qiymətləndirilməyib banklar arasında.  Bu da bir tərəfdən problemli kreditlərin yaranmasına səbəb olur, digər tərəfdən isə istehlak kreditlərinin artmasını stimullaşdırır. Hər halda mən bu addımı daha çox bankların qorunmasında görürrəm. Onsuz da bu sektorda kifayət qədər problemlər var .

Bilirsiniz ki, Azərbaycan neft ölkəsidir və dünya bazarında neftin qiymətinin dəyişməsi bir başa öz təsirini büdcədə göstərir. Mənim fikrimcə Mərkəzi bank artıq bankları post-neft dövrünə hazırlayır. Hazırda neftin qiyməti büdcədə 100 dollar nəzərdə tutulub, bazarda isə neft 105-107 dollara satılır. Qiymətin o həddən aşağı düşməsi büdcədə problemlər yaradır. Bizdə isə iqtisadiyyat əsasən büdcə üzərində qurulub, investisiya xərcləri və s hamısı büdcədən qaynaqlanır. Qiymət aşağı düşürsə, bütün bunlar gələcəkdə problemlər yarada bilər. Neftin ucuzlaşması ilk növbədə zərbəni ölkənin bank sektoruna vura bilər.MB-nin addımı da sektoru qorumağa yönəlib. Özəl sektor onsuz da yox dərəcəsindədir. Burada digər məsələ isə konsolidasiya məsələsidir. 43 bank var və bu bizim ölkə üçün həddindən çoxdur. Milli Bank hələ də banklların sayının azaldılması niyyətindən əl çəkməyib.

Samir bəy, bəllidir ki, ölkədə əhalinin böyük bir qismi öz gəlirlərini rəsmi şəkildə təsdiq edə bilmir və arayış əldə etmək demək olar ki, müşkül məsələdir. Sizcə belə bir müştəri seqmentinin kreditsiz qalması onların durumuna necə təsir edəcək?

Əslində bu addımın bir məqsədi bank sektorunu düşdüyü böhrandan xilas eləməkdir, mən daha çox bunu Mərkəzi Bankın preventiv tədbiri kimi qiymətləndirirəm, gözlənilən problemin qarşısını öncədən almaq metodu kimi. Bu gün əhali kredit vasitəsi ilə öz problemlərini həll edirdi. İnsanlar təkcə nəsə almaq üçün deyil, kreditdən digər ehtiyaclarını, problemlərini həll etmək üçün istifadə edirdi: Əməliyyatı üçün, toy etmək üçün, işə düzəlmək üçün, sağlamlıqla bağlı məsələlər, təhsil xərcləri və s.  

Bunun nəticəsidir ki, rəsmi məlumatlar inansaq, 2 milyona yaxın insan bu gün kredit istifadəçisidir, bir nəfərin təxminən 3-4 kredit tarixçəsi var, bu isə o deməkdir ki, elə bir ailə yoxdur ki, onun kredit götürmüş üzvü olmasın. Sizə o faktı da deyim ki, əhali gəlirlərində borclanmanın payı 20%-ə qədər qalxıb, faktiki olaraq, insanlar  qazancının 20%-ni kreditə verməli olur. Bu çox böyük bir təhlükədir və onu göstərir ki, əhali artıq kreditdən asılı bir vəziyyətdədir.

Bu vəziyyət bir tərəfdən insanların alıcılıq qabiliyyətini aşağı salacaq: toy edənlər, cehiz alanların və və s. Digər tərəfdən tələbatın azalmasına səbəb olacaq. Tələbatın azalması isə həmişə təklif edilən qiymətlərin enməsinə gətirib çıxarır. Bu də təklif edən qurumların - dükanlar, avtosalonlar, ticarət obyektləri, xidmət obyektləri və sairinin, həmçinin bankların gəlirlərin kəskin azalmasına gətirib çıxaracaq.

Bankların böyük bir qisminin, xüsusi ilə də istehlak kreditləşməsi üzrə ixtisaslaşmış bankların ciddi zərər görəcəyi söylənilir, bəzi bankların  öz filiallarını bağlaması ilə bağlı xəbərlər gəzir, bütün bunlarla bağlı fikrinizi bilmək maraqlı olardı.

Ortalama istehlak kreditlərin həcmi ümumi ölkə üzrə portfeldə  40%-dir. Amma elə banklar var ki, onların portfelinin 60-70%, hətta 80%-i istehlak kreditlərindən ibarətdir. Söhbət reklamlaırnı hər günü televiziyada gördüyümüz banklardan gedir. Sözsüz ki, böyük banklar da müəyyən zərərlərlə üzləşəcək, amma bir dövrdən sonra özlərini bərpa edə biləcək. Kiçik banklarla bağlı vəziyyət isə daha gərgindir. Bu bankların gəlirləri kəskin azalacaq, xərcləri isə kəskin artacaq, bu proses hardasa bir-iki ay sonra başlayacaq. Yəni demək ki, banklar sabah filiallarını bağlayacaq və ixtisarlara başlayacaq düzgün olmazdı. Mənim fikrimcə banklar hələ bir iki ay gözləmə mövqeyində olacaq. Artıq mart ayından sonra banklar bu sahədə konkret addım atası olacaqlar. 

Banco.az/ Könül Soltanova

 
Tarix: 08 Fevral 2014  |  Baxış sayı: 815




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV