Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Gözəllik salonları və çörəkbişirmə sahibkarlıq fəaliyyətləri ilə bağlı ciddi problemlər var
Yanvarın 29-da ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsindəSahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu  “Gözəllik salonları və çörəkbişirmə sahibkarlıq fəaliyyətləri üzrə mövcud problemlər və onların həlli yolları” mövzusunda dəyirmi masa  müzakirələri təşkil edib. Müzakirədə dövlət qurumlarının, sahibkarlar, müstəqil ekspertlər və yerli QHT-lərin təmsilçiləri iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan və tədbir iştirakçılarını salamlayan Sahibkarlığa və Bazar İqtisasiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov “Kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində həyata keçirilən tədbirlər və araşdırmalar barədə məlumat verdi. O bildirdi ki, göstərilən sahibkarlıq fəaliyyətlərinə dair qanunvericiliyin problemləri bu sahədə də çalışan sahibkarların fəaliyyətinə ciddi maneələr yaradır. O qeyd etdi ki, bu cür tədqiqatlar problemin həllinə yardımçı olmaq məqsədi daşıyır.

S.Bağırov bildirdi ki, problemin həlli istiqamətində təklif və tövsiyələrin hazırlanması üçün ABŞ BİA-nın dəstəklədiyi “Kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində “Gözəllik salonları və çörəkbişirmə sahibkarlıq fəaliyyətləri üzrə mövcud problemlər və onların həlli yolları” mövzusunda araşdırma aparılıb. Bu günki dəyirmi masada həmin araşdırmanın nəticələri və hazırlanan tövsiyələri sizlərə təqdim edilir. Burada səslənən təkliflər nəzərə alınmaqla araşdırmanın təkmilləşdirilmiş variantı və tövsiyələr hökumətə təqdim ediləcək.

Sonra İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti, araşdırmanın müəllifi Rövşən Ağayev “Gözəllik salonları sahibkarlıq fəaliyyəti üzrə mövcud problemlər və onların həlli yolları” mövzusunda təqdimatla çıxış etdi.

R.Ağayev çıxışında tədqiqatın məqsədi barədə məlumat verərək, ölkədə gözəlllik salonu biznesinin mövcud durumu, bu sahə üzrə ixtisaslaşan sahibkarlar üçün hüquqi şərtlər və inzibati maneələr barədə məlumat verdi. Araşdırma nəticəsində məlum olub ki, bu sahə üzrə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi prosesində sahibkarların işini çətinləşdirən xeyli problemlər var. Məsələn, nəzarət-kassa aparatlarının tətbiq olunmadığı kiçik obyektlərdə adətən vergi orqanların öz baxışları ilə vergi öhdəliyi müəyyən etməyə çalışırlar ki, bəzən təyin olunan məbləğ sahibkarların real vergi potensialından xeyli yüksək olur.

Ekspert kommunal xidmət orqanları ilə münasibətdə də kiçik sahbkarların problemlərinə də toxunub. Bu xidmətlərin əldə olunması üçün texniki sənədlərin verilməsilə bağlı şərtlərin kiçik sahibkarlıq subyektləri üçün əlverişli olmamsı xüsusi vurğulanıb. R.Ağayev bildurub ki, texniki şərtin əldə olunması üçün uzun müddət (bəzi hallarda 1 aydan çox) və çoxlu sayda qurumlardan sənədlər tələb olunur, sayğacların quraşdırılması üçün qeyri-rəsmi ödənişlər tələb olunur.

Sonda R.Ağayev əksərsalonlarda çalışanların bilavasitə özlərinə və onların istifadə etdiyi avadanlıqlara, materiallara qarşı qoyulan texniki tələblərdən və qanunvercilik normalarından tam xəbərsiz olmasına diqqət çəkib.

Sonra İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Rəcəb İmanov çörəkbişirmədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan kiçik müəssisələrin mövcud problemləri haqqında ümumi məlumat verərək, bu sahə ilə bağlı təqdimatla çıxış etmişdir. O, son dövrlər böyük çörəkbişirmə müəssisələrinin yaradılması səbəbindən kiçik çörək sexlərinin bazardan sıxışdırılıb çıxardığını bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün başlıca problem olduğunu çıxışında bildirmişdir. Belə ki, böyük çörəkbişirmə müəssisələrinin dövlət və qeyri dövlət qrumlarından güzəştli kreditlərlə təmin olunduğu halda, bu işlə məşğul olan kiçik sahibkarların belə imkanlardan məhrum olması onlara dəyən ən böyük zərbə olmuşdur. Maliyyə imkanları zəif olan kiçik çörəkbişirmə sexləri öz maddi-texniki bazalarını müasir standartlara uyğun qura bilməmələri bir tərəfdən onları rəqabətdə uduzmağa gətirib çıxarırsa, digər tərəfdən həmin sahibkarların cərimələnməsinə səbəb olur. R. İmanovun sözlərinə görə apardıqları tədqiqat nəticəsində məlum olmuşdur ki, bu işlə məşğul olan sahibkarlar işlərinin zəifləməsinin səbəbini onları mütamadi cərimələyən dövlət orqanları deyil, maddi imkanlarının zəif olması ilə əlaqələndirmişdirlər. Başqa sözlə desək, maliyyə imkanlarının aşağı olması səbəbbindən tələb olunan müasir standartları tətbiq edə bilmirlər və nəticədə cərimə olunurlar.

Təqdimatçı çörəkbişirmə sahəsində kiçik sahibkarların qarşılaşdıqları digər bir əsas problem kimi bu müəssisələr üçün nəzərdə tutulan xüsusi təyinatlı qaz sayğaclarının baha olmasını bildirmişdir. Bu sayğaclar yeddi min manat civarındadır və sıradan çıxdıqda müəssisənin illik gəlirini təqribən 50% azaldır. Sonda R.İmanov ölkədə fəaliyyət göstərən təxminən min belə çörəkbişirmə müəssisəsini bu acınacaqlı vəziyyətdən çıxarmaq üçün güzəştli kredit imkanlarının yaradılmasının vacibliyini vurğulamışdır.       

Tarix: 10 Fevral 2014  |  Baxış sayı: 972




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV