Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Azərbaycan neft gəlirlərinin azalması dövrünə necə hazırlaşır?
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi "Postneft dövrünə hazırlıq və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi problemləri" mövzusunda konfrans keçirib
 
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi martın 27-də “Postneft dövrünə hazırlıq və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi problemləri” mövzusunda konfrans təşkil edib. Millət vəkilləri, dövlət qurumlarının təmsilçiləri, beynəlxalq təşkilatların və yerli QHT-lərin nümayəndələri, müstəqil ekspert və KİV təmsilçilərinin qatıldığı tədbirdə ölkənin neft gəlirlərinin iqtisadi artıma təsiri, ölkə iqtisadiyyatının neft gəlirlərindən asılılığının azaldılması, iqtisadi şaxələnmə siyasətinin həyata keçirilməsi vəziyyəti və bu sahədə olan irəliləyişlər və problemlər müzakirə edilib.

Birliyin İdarə Heyətinin sədri Azər Mehtiyev tədbir iştirakçılarına məlumat verərək bildirdi, ki, rəhbəri olduğu təşkilat son 2-3 ildə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi məsələlərini araşdırmaqla, habelə bu sahədə təşviqat və vəkillik işləri ilə məşğul olur. Tədbirdə həmin araşdırmaların nəticələri müzakirəyə çıxarılır, habelə layihə çərçivəsində hazırlanan iqtisadi şaxələnmə istiqamətində jurnalist araşdırmaları və video-roliklər barədə məlumat veriləcək.

Sonra A.Mehtiyev “Neft gəlirləri və iqtisadi artım” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Azərbaycanda neft və qaz hasilatının dinamikası, ölkənin neft-qaz gəlirlərinin dinamikası haqqında məlumatları çatdırdıqdan sonra qeyd etdi ki, 2013-cü ilin sonunadək Dövlət Neft Fonduna 81 milyard manatadək vəsait daxil olub ki, bunun da 51,2 milyard manatı yaxud 63,2 faizi artıq xərclənib. Bundan başqa 2006-2013-cü illər ərzində ABƏŞ-in xətti ilə dövlət büdcəsinə 10,1 milyard manat daxil olub. Neft gəlirləri üzrə bu iki mənbədən 2013-cü ilin sonunadək ölkəmizin əldə etdiyi 91 milyard manat vəsaittin 61,3 milyard manatı (67,3 faizi) müxtəlif məqsədlərə sərf edilib. Məruzəçi qeyd etdi ki, neft gəlirlərinin həcmi dünya bazarında neftin qiymətləri ilə birbaşa bağlıdır, lakin son illər neftin dünya bazar qiymətləri ölkəmiz üçün sərfəli vəziyyətdədir. A.Mehtiyev büdcə gəlirlərinin neft sektorundan asılılığını xüsusilə vurğuladı: son illər dövlət büdcəsinin gəlirlərinin yarıdan çoxu (55-60 faizi) Neft Fondunun transfertləri hesabına formalaşır. Bundan başqa, digər mənbələr üzrə də neft gəlirləri nəzərə alınarsa dövlət büdcəsi gəlirlərinin 75-80 faizi birbaşa neft sektoru ilə əlaqəlidir. Neft gəlirlərinin istifadəsindən danışarkən məruzəçi qeyd etdi ki, böyük neft gəlirləri ölkədə iqtisadi fəallığın yüksəldilməsində, ÜDM-in artımında, strateji valyuta ehtiyatlarının formalaşmasında və başqa sahələrdə əhəmiyyətli təsirə malikdir. Bununla yanaçı, neft gəlirləri manatın məzənnəsinin möhkəmlənməsi, inflyasiya prosesi, dövlət vəsaitlərinin istifadə edilməsində şəffaflığın olmaması və korrupsiyanın geniş yayılması kimi hallarla müşayət olunur. Qeyd edildi ki, böyük neft gəlirlərinin daxil olmağa başladığı 2005-ci ilin büdcəsi ilə müqayisədə 2013-cü ilin büdcəsində dövlət investisiya xərcləri 43,2 dəfə artdığı halda, təhsil xərcləri 3,9 dəfə, səhiyyə xərcləri 5,4 dəfə,elm xərcləri isə 4,3 dəfə artıb. Çıxışda vurğulandı ki, Azərbaycan neft hasilatının pik həddini keçib, bundan sonra hasilat azalmağa meylli olduğundan neft gəlirlərinin azalması baş verəcək. Büdcə gəlirlərinin azalmasının qarşısını almaq üçün ölkə iqtisadiyyatının qeyri-neft sahələrinin büdcəyə töhfəsini artırmaq üçün hökumət iqtisadi şaxələnmə siyasətini bəyan edib.

Sonra İTY Birliyinin sədr müavini Rövşən Ağayev “İqtisadi şaxələnmə siyasəti: iqtisadiyyatda və idarəetmədə dəyişikliklər” mövzusunda məruzəsini müzakirəyə təqdim etdi. Çıxışa iqtisadi şaxələnmə sahəsində hökumətin bəyan etdiyi prioritetlərin sadalanması ilə başlayan məruzəçi qeyd etdi ki, iqtisadi şaxələnmə sahəsində uğur qazanmış ölkələrin təcrübəsi göstərir ki, belə sahədə əməli nəticələr əldə edilməsi üçün 15-20 il müddət lazımdır. Azərbaycan hökuməti bu istiqamətdə siyasətini son 4-5 ildə bəyan etsə də, hələ də bu siyasətin dəqiq hədəflənmiş məqsəd nəticələri və çərçivələn yoxdur. Bu da həm hökumətin həyata keçirdiyi tədbirlərin sistemsizliyində, həm də yaradılan institutların işində pzünü biruzə verir.

R.Ağayev neft gəlirləri dövründə ölkə iqtisadiyyatında baş verən proseslərin statistik təhlili əsasında göstərdi ki, ölkəmiz, dəyəri 50 min dolları ötməyən dövriyyələr nəzərə alınmazsa, 2013-cü ildə 138 ölkə ilə ticarət əlaqəsi qurulub. Bu sırada neft ticarətinin olmadığı 102 ölkə ilə Azərbaycanın ticarət saldosu  mənfi olub, neft ticarətinin olduğu 31 ölkə ilə neftin payı nəzərə alınmadıqda saldo mənfi olub.

Ağayev bildirdi ki, 2007-2013-cü illər dövründə Azərbaycanda dövlət büdcəsindən investisiya layihələrinə 32,5 milyard manat xərclənib. Təhsil və səhiyyə sektoru ilə bağlı investisiya layihələrinə həmin vəsaitin yalnız cəmi 1,5 mlyard manatı (və ya 4.8%-i) xərclənib. Büdcə investisiyalarından idman layihələrinə  - 794.5 milyon, mədəniyyət və turizm layihələrinə - 1,5 milyard, aqrar sektora və melorasiya sisteminə 1,4 milyard, ARDNŞ-ə və “Azəriqaz”a - 1,1 milyard,AzAL-a - 895.0 milyon,Bakı şəhər İH-nin layihələrinə - 1,5 milyard, enerji sektoruna - 1,7 milyard, metropolitenə - 1,3 milyard, nəqliyyat layihələrinə - 7,0 milyard,Prezident Aparatına– 700.9 milyon və içməli su sektoruna - 2 milyard manat yönəldilib.

Çıxışında iqtisadi şaxələnmə siyasətini uğurla həyata keçirən Malayziya, Norveç və başqa ölkələrin təcrübəsinə istiadlar verən R.Ağayev ölkəmizdə yaradılan diversifikasiya institutlarının fəaliyyətinə də qiymət verdi, mövcud problemləri vurğuladı və yaradılması zəruri olan institutlar barədə təkliflər verdi.

Müzakirələrdə çıxış edən millət vəkili Əli Məsimli qeyd etdi ki, hökumət diversifikasiya siyasətində hədəflərini dəqiqləşdirməlidir. Bu siyasət ilk növbədə ölkədə “insan kapitalı”nın inkişafının təmin edilməsinə yönəldilməli və ölkədə innovasiyalı inkişaf modeli əsas götürülməlidir. Regionların inkişafına diqqətin artırılmasını zəruri hesab edən Ə.Məsimli idarəetmə sisteminin təkmilləşdirilməsinin zəruriliyini vurğuladı. O, Malayziya təcrübəsi əsasında Azərbaycanın da özünün milli avtomobil istehsalı perspektivi barədə düşünməsini vacib hesab etdi.

ADİU-nin İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun direktoru Rasim Həsənov iqtisadi diversifikasiyaya sahələrin proporsional inkişafı kimi deyil, ölkədə dayanıqlı inkişafın təmin edilməsi vasitəsi kimi yanaşmağı təklif etdi.

Keçmiş deputat, iqtisadçı Nazim Məmmədov bildirdi ki, hökumətin iqtisadi şaxələnmə siyasəti doğrudur. Onun fikrincə, hökumət idxalı əvəzləmə siyasətinə üstünlük verməklə doğru istiqamət götürüb.

REAL hərəkatının təmsilçisi Natiq Cəfərli qeyd etdi ki, iqtisadi şaxələnmə siyasətinin uğur qazanması üçün korrupsiyanın aradan qaldırılması, hökumətin işinin şəffaflığının və hesabatlılığının artırılması, rəqabət mühitinin və azad sahibkarlığa şərait yaradılması zəruridir.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu ölkədə kiçik və orta biznesin inkişaf problemlərini diqqətə gətirdi və məhz kiçik sahibkarlığın inkişaf səviyyəsinin ölkə iqtisadiyyatının davamlı inkişafının mühüm indikatoru olduğunu vurğuladı.

Daha sonra tədbir iştirakçılarına layihə çərçivəsində həyata keçirilən jurnalist araşdırmaları və sosial roliklər barədə məlumat verildi. Araşdırma müəllifləri iqtisadi şaxələnmə sahəsində apardıqları araşdırmalar zamanı fermer və sahibkarların məhsul istehsalı, satışı və ixracı zamanı üzləşdikləri problemlər barədə danışdılar. Araşdırmaçılar qeyd etdilər ki, ölkənin ali məktəblərində hazırda verilən təhsilin tələbəyə bilik və bacarıqlar aşılaya bilməməsi təhsil sahəsində keyfiyyət dəyişikliklərini zəruri edir.

ADİU-nun “Müəssisənin iqtisadiyyatı” kafedrasının müdiri Əli Hacıyev çıxış edərək ölkədə sənayeləşmə siyasətinə diqqətin artırılması zəruriliyini vurğuladı. O qeyd etdi ki, “insan kapitalı”nın və innovasiyalı inkişaf modelinə keçilməsinin vacibliyini qeyd etməklə yanaşı, ölkədə regional inkişaf məsələsinə fərqli yanaşmanın vacibliyini vurğuladı.

Mövzu üzrə davam edən müzakirələrdə İqtisadi Təhlil İnstitutunun rəhbəri Məhəmməd Talıblı, Azad İqtisadiyyata Yardım İctimai Birliyinin eksperti Salman Nəcəfov, İqtisadfi Tədqiqatlar Mərkəzinin eksperti Vahid Məhərrəmov, Sosiao Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin rəhbəri İlqar Hüseynli, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban, REAL hərəkatının təmsilçisi Azər Qasımlı, İnsan Hüquqları üzrə Maarifləndirmə Mərkəzinin rəhbəri İradə Cavadova və başqaları fikirlərini bildirdilər.


 

Tarix: 27 Mart 2014  |  Baxış sayı: 1230




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV