Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
18.05.2017 23:21
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Mənzillərin yeni idarəetmə sisteminə keçidi niyə ləngiyir?
Media və İctimai Təşəbbüslər Mərkəzi aprel ayının 3-də Beynəlxalq Mətbuat Mərkəzində “Çoxmənzilli binaların idarəedilməsi mexanizmləri ilə bağlı ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi” mövzusunda konfrans keçirib.

Konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Çoxmənzilli binaların idarəedilməsi mexanizmləri ilə bağlı ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi” layihəsi çərçivəsində təşkil edilib.

Konfransda millət vəkilləri, dövlət qurumlarının təmsilçiləri, icra hakimiyyəti nümayəndələri, beynəlxalq təşkilatlar və QHT-lərin təmsilçiləri, bələdiyyələr və müstəqil ekspertlər iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Mərkəzin rəhbəri Samir Əliyev tədbirin məqsədi barədə məlumat verdi. Onun sözlərinə görə, layihənin məqsədi Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq çoxmənzilli binalarda mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılmasına texniki dəstək vermək və əhalinin maarifləndirilməsini təmin etməkdir. Layihənin əsas komponentinin əhalinin maarifləndirməsi olduğunu qeyd edən S.Əliyevə görə, çoxmənzilli binaların idarəedilməsinin yeni mexanizmlərin təbliği üçün media kampaniyası aparılıb. Mərkəz bundan başqa Binəqədi rayon İcra Hakimiyyətinin maliyyə dəstəyi ilə “Bizim bina: birgə idarəçilik təşəbbüsləri” adlı bələdçini nəşr edərək əhaliyə paylayıb. Mərkəz həmçinin Binəqədi rayonunda Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılmasına texniki dəstək verib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mənzil kommunal şöbəsinin rəis müavini Elşən Əsədov mənzil idarəçiliyi sahəsində dövlət siyasəti barədə danışıb. Onun sözlərinə görə, təmsil etdiyi Nazirlik qanunvericiliklə onlara verilmiş öhdəliklər çərçivəsində əhalinin maarifləndirilməsni həyata keçirirlər. Bu müddətdə əhali ilə sistemli görüşlər keçirilmiş, onlara yeni Mənzil Məcəlləsinin prinsipləri izah edilib.

Məcəlləyə görə, dövlət mənzil fondu müvafiq dövlət qurumları, bələdiyyə mənzil fondu bələdiyyələr tərəfindən idarə olunur. Özəl mənzil fondu isə mülkiyyətçinin birbaşa özü və ya onun seçimi əsasında idarəedici təşkilat tərəfindən idarə olunur.

Məcəlləyə istinad edən çıxışçıya görə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın 3 idarə edilməsi üsullarından birini seçməyə borcludur: “Bina sakinləri ya binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə, ya mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti, ya da idarəedici təşkilat tərəfindən idarə edilməsi üsulu seçməlidir. Bizim fəaliyyət də bu üsulların insanlara aşılanması məqsədi daşıyır”

Binəqədi rayon İcra Hakimiyyətinin şöbə müdiri Ramiz Göyüşov təmsil etdiyi qurumun mənzil idarəçiliyi sahəsindəki işlərdən danışdı. Onun sözlərinə görə, Binəqədi rayon İH başçısının 166 saylı, 27 may 2013-cü il tarixli Sərəncamı ilə rayon ərazisində yerləşən çoxmənzilli yaşayış binalarının idarəedilməsi üsullarını müəyyənləşdirmək və Mənzil Məcəlləsinin icrasını təmin etmək, əhali arasında maarifləndirmə işləri aparmaq məqsədilə komissiya yaradılıb.

“Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə vətəndaş cəmiyyəti institutları prosesə cəlb edilib. Media və İctimai Təşəbbüslər Mərkəzi ilə bu sahədə əməkdaşlığa başlanıb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu əməkdaşlığa dəstək verib. Aparılan təbliğat işləri nəticəsində 8-ci mikrorayon ərazisindəki İ.Dadaşov küçəsi 91 və 91a, S.S.Axundov küçəsindəki 4 saylı binaların mülkiyyətçiləri tərəfindən Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti (MMMC) yaradılıb və MMMC 30 yanvar 2013-cü il tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Bundan sonra 8-ci mikrorayonda Ə.Naxçivani küçəsi 33a nömrəli binada və 4b nömrəli binada sakinlər tərəfindən təsis olunmuş yığıncağı keçirilərək dövlət qeydiyyatından keçməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilib. Hazırda daha iki binada təsis yığıncağına hazırlıq işləri görülür.

Sonra İcra Hakimiyyəti təmsilçisi Həmzə Babaşov küçəsindəki məhəllədə yaradılmış Resurs Mərkəzi barədə geniş məlumat verib: Avropa İttifaqının “Azərbaycanda mənzil islahatlarına dəstək” layihəsinin təklifinə uyğun olaraq Resurs İnformasiya Mərkəzi yaratmışıq. Mərkəzin işində İqtisadiyyat və Sənaye Nazirliyinin təmsilçiləri, Avropa İttifaqının layihə heyəti, Media və İctimai Təşəbbüslər Mərkəzi yaxından iştirak edir. Mərkəz məsləhət xidmətləri, maarifləndirmə, ictimai məlumatlılıq işləri görür. Mərkəz həftədə 5 gün fəaliyyət göstərir və Həmzə Babaşov küçəsində yaşayan 380 mənzil sakininə deyil, hım də digər şəhər sakinlərinə xidmət göstərir. Bununla bağlı bina sakinləri ilə görüş keçirilib. Onlara Resurs-informasiya Mərkəzi barədə məlumat verilib”.

Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Samir Əliyev “Mənzil idarəçiliyi mexanizmlərinin gerçəkləşməsində vətəndaş cəmiyyətinin rolu” mövzusunda təqdimat edib. Təqdimatçı Mənzil Məcəlləsinin təcrübədə işləməməsini şərtləndirən bir sıra problemləri diqqətə çəkdi: “Məcəllə mənzil idarəçiliyinə münasibətdə yeni yanaşmanı ortaya qoyur, ancaq təəssüf ki, təvrübədə işləmir. Əsas səbəb Məcəllənin icra mexanizmlərinin olmamasıdır. Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətlərinin fəaliyyəti üçün hüquqi baza olsa da onların fəaliyyətini tənzimləyən ayrıca qanunvericilik aktı yoxdur. Halbuki bir sıra ölkələr belə Cəmiyyətlərin fəaliyyətini tənzimləyən ayrıca qanun mövcuddur. MMMC-lərin maliyyələşmə mexanizmləri aydın göstərilməyib. Çoxmərtəbəli binaların idarəedilməsi üsulunun seçilməsi müddəti dəqiq göstərilməyib və s.“

S.Əliyevin sözlərinə görə, layihə çərçivısində apardıqları müşahidələr göstərdi ki, yeni idarəetmə mexanizmlərinin tətbiqinə mane olan amillərdən biri də əhalinin məlumatsızlığının olmasıdır: “Məlumatsızlıq bir sıra neqativ hallara yol açır. Əhali yeni idarəetmə prosesinə qoşulmağa maraq göstərmir. Onların fikrincə, yeni idarəetmə üsuluna keçid qiymət artımına gətirib çıxaracaq. Cəmiyyətdə təəssüf ki, MİS-lərin alternativi olmayan qurum olması fikirləri hakimdir. Mənzil Tikinti Kooperativlərinin (MTK) özbaşına qiymət siyasəti, əhali qarşısında hesabatlı olmaması ortaya pis nümunələr qoyur. Əhali belə halların onların sosial vəziyyətinə mənfi təsir edəcəyi qənaətindədirlər. MİS-lər tərəfindən simvolik mənzil haqlarının yığılması əhalinin fərqli xidmətə marağını azaldır. Bütün bunlar həm də əhalidə inamsızlıq yaradır. Elə bunun nəticəsidir ki, onlar idarəetmə məsuliyyətini üzərinə götürmək istəmirlər”. S.Əliyev qeyd etdi ki, əhalinin maarifləndirilməsində vətəndaş cəmiyyətinin rolu əhəmiyyətlidir. Vətəndaş cəmiyyəti müxtəlif kampaniyalar aparmaqla, nəşrlər çap edib paylamaqla, ictimai müzakirələr təşkil etməklə, əhali ilə görüşməklə insanların maarifləndirilməsində əvəzsiz rol oynaya bilərlər.

S.Əliyev diqqəti həmçinin qeydiyyat problemlərinə yönəltdi: “Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin (MMMC) təşkilati-hüquqi forması ilə bağlı statusunda qeyri-müəyyənliklər var. Bu qurumlar nə kommersiya qurumudur, nə də ictimai təşkilat. MMMC-lər məqsədi gəlir götürmək olmayan qeyri-kommersiya təşkilatıdır. Onların qeydiyyatı da kommersiya qurumlarında olduğu kimi bir pəncərə prinsipi ilə dövlət qeydiyyatına alınmalıdır. Problem bununla bitmir. Əsas problem yaradılacaq MMMC-lərə məxsus əmlakın, topaq sahəsinin müəyyən edilməsidir. Çoxmərtəbəli binalara məxsus ərazinin sərhədlərinin müəyyənləşdirilməsi çox vacibdir”

Sonda çıxışçı təklifləri diqqətə çatdırdı:

- Maarifləndirmə tədbirlərinin gücləndirilməli, vətəndaş cəmiyyəti qurumları bu prosesə cəlb edilməlidir
- Çoxmərtəbəli binalar yerləşən məhəllələrdə informasiya-resurs mərkəzləri yaradılmalı, əhaliyə məsləhət xidməti göstərilməlidir
- MMMC-lərin təşkilati hüquqi statusu müəyyənləşdirilməli, qanunvericiliyə, o cümlədən Mülki Məcəlləyə müvafiq dəyişikliklər edilməlidir
- MMMC-lərin qeydiyyat prosedurlarının sadələşdirilməli və bir pəncərə sisteminə keçid təmin edilməlidir. Yaxşı olardı ki, MMMC-lərin qeydiyyatı Vergilər Nazirliyinə həvalə edilərdi.
- Bələdiyyələr çoxmərtəbəli binaların idarəedilməsi prosesinə cəlb edilməli, müvafiq reqlamentəşdirici normativ aktlar hazırlanmalıdır
- MMMC-lərin torpaq ərazilərinin sərhədlərinin dəqiq müəyyənləşdirilməsi, habelə ümumi istifadədə olan sahələrin dəqiq uçotunun aparılması üçün elekton kadastrların yaradılması təmin edilsin.

 
Tədbirdə mövzu ətrafında müzakilərə aparılıb.
 

Tarix: 05 Aprel 2014  |  Baxış sayı: 979




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV