Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Fermerlər məhsul istehsalında müstəqil qərar verməlidir
"Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması: real imkanlar və yaxın dövrə baxış" mövzusunda Konfrans keçirilib.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi Oxfam GB ilə birgə aprelin 9-da Kempinsky otelində “Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması: real imkanlar və yaxın dövrə baxış” mövzusunda Konfrans keçirib.

Konfransda millət vəkilləri, müvafiq dövlət qurumlarının təmsilçiləri, beynəlxalq təşkilatların və yerli QHT-lərin nümayəndələri, müstəqil ekspertlər iştirak ediblər.

Konfransı giriş sözü ilə açan İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev çıxışında dünyada ərzaq təhlükəsizliyi sahəsində baş verən tendensiyalar, ölkədə ərzaq təhlüksizliyin vəziyyətinə ümumi nəzər salıb və aqrar sektorun mövcud vəziyyəti və təmsil etdiyi təşkilatın bu sahədə gördüyü işlər barədə qısaca məlumat verib.

Oxfam GB-nin proqram rəhbəri Orxan Əliyev təmsil etdiyi qurumun dünyada yoxsulluğun azaldılması istiqamətində gördüyü işlər barədə danışdı, layihə barədə geniş məlumat verdi, layihənin məqsədini, hədəflərini, nəticələrini və fəaliyyətlərini iştirakçıların diqqətinə çatdırdı. O.Əliyev eyni Ərzaq Təhlükəsizliyi Strategiyası üzrə Əməkdaşlıq çərçivəsində dövlət qurumları ilə iş prinsipi barədə və onların layihəyə cəlb edilməsi imkanlarını qeyd etdi.

Ərzaq Təhlükəsizliyi Alyansının əlaqələndiricisi Nizami Qarayev “Azərbaycanda ərzaqla təminatın mövcud durumu: problemlər və resurslar” mövzusunda təqdimat edib. Təqdimatçı ilk növbədə ərzaq normasına toxunub. Onun sözlərinə görə, insanların normal şəkildə yaşaması və fəaliyyət göstərməsi üçün ərzaq məhsulları ilə etibarlı təmin edilməsidir. Normal qidalanma üçün gündəlik 2600 kkal tələb olunduğu halda 1800 kkal qidalanma aclıq həddi hesab olunur. Dünya Səhiyyə Təşkilatının (DST) normasına görə, zülalın adambaşına sutkalıq istehlakı 100 qram olduğu halda Azərbaycanda bu göstərici 2010-cu ildə 75,4 qram olub. Bu dövrdə yağların istehlakı 72,8 qram, karbohidratların istehlakı isə 460,5 qram olub. Halbuki DST normasında uyğun göstəricilər 75 qr və 425 qr təşkil edir. Yəni ölkədə insanların qidasında karbohidratlar üstünlük təşkil edir.

Dünya aclığın coğrafiyasına diqqət yetirən təqdimatçının sözlərinə görə, dünyada 852 milyon insan aclıqdan əziyyət çəkir. Onların sayı son 10 ildə 18 milyon nəfər artıb. Aclıqdan əziyyət çəkən insanların 815 milyon nəfəri inkişaf etməkdə olan, 28 milyon nəfəri isə keçid dövründə olan ölkələrin payına düşür. 1,2 milyard adam gündə cəmi 1$ -la yaşayır. Dünyada 5 yaşlı uşaqların 1/3 lazımınca qidalanmadan əziyyət çəkir. Azərbaycan aclığın coğrafi sərhədlərinə yaxın ərazidə yerləşir.

Kənd təsərrüfatına yararlı torpaq sahəsinin azalması, enerji daşıyıcılarının qiymətinin qalxması, dünya əhalisinin artımı (hər il 90 milyon), qlobal istiləşmə (hər 10 ildə temperatur 0.2-0.3 dərəcə artır) dünyada ərzaq çatışmazlığını şərtləndirir.

Təqdimatçı hesab edir ki, zəif iqtisadiyyat, təbii resursların tükənməsi, istehsalın azalması, iri miqrasiyalar və s. amillər ərzaq təhlükəsizliyini daim təhdid edir.

Azərbaycanda fermer təsərrüfatlarının vəziyyətinə toxunan N.Qarayevin fikrincə, bir sıra amillər - əkin sahələrinin məhdudluğu, maddi texniki baza zəif olması, kredit təminatının aşağı olması kübrələrdən istifadənin zəif və birtərəfli olması, istehsal vastələrinin və xidmətlərin bahalığı son nəticədə məhsuldarlığı aşağı salır.Avropa ilə müqayisə etsək Azərbaycanda məhsuldarlıq orta hesala fərq ən azı 2 dəfə təşkil edir. Məsələn Avropada pomidorun məhsuldarlığı 70-90 kq olduğu halda, ölkəmizdə bu göstərici 25-30 kq təşkil edir. Məhsuldarlığa mane olan problemlərdən biri də toxmunun keyfiyyətsiz olmasıdır. Araşdırmalar göstərir ki, keyfiyyətli toxum məhsuldarlığı 30% artırır.

Meyvə-tərəvəz ixrac imkanları var, digər məhsullar üzrə idxaldan asılılıq var.

Əsas ərzaq məhsullarının fizioloji və istehlak normalarının müqayisəsinə toxunan çıxışçının sözlərinə görə, keçmiş SSRİ, Dünya Səhiyyə Təşkilatı (DST) və Azərbaycan istehlak səbətini qarşılaşdırdıqda vəziyyətin bizim əleyhimizə olduğunu görə bilərik. Ancaq çörək istehlakı norması üzrə DST normasını qarşılaya bilirik. Digər məhsullarda vəziyyət ürəkaçan deyil.

Millət vəkili Vahid Əhmədov İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin həyata keçirdiyi layihənin əhəmiyyəti barədə danışıb və vətəndaş cəmiyyətinin ərzaq təhlükəsiziyi problemlərinə son dövrlər diqqət ayırmasını müsbət qiymətləndirib. Milli vəkili ərzağın həcmi və onun keyfiyyətinin vacibliyi qeyd edib. Eyni zamanda buğda idxalının artmasından narahatçılığını dilə gətirib. Onun fikrincə, dövlət ərzaqla təminatının 80%-ə qədərini özü edə bilirsə, həmin dövlət təhlükəsiz hesab olunur. İldə 300 milyon manata yaxın vəsait müxtəlif fondlar tərəfindən kənd təsərrüfatına yönəldilir. Daxili bazarda geni dəyişdirilmiş məhsulların həcmi isə getdikcə artır. Buna yol vermək olmaz. Bəzi məhsullar üzrə hətta 80%-ə çatıb. Azərbaycan özünün ərzağa olan tələbatının 70-80%-ni təmin etməlidir. 

Oksfam təşkilatının Regional Ərzaq Təhlükəsizliyi Proqramının rəhbəri Yulia Yevtuşok “Ərzaq Süverenliyi: Kənd təsərrüfatı və kənd inkişafı üçün dövlət siyasətləri”mövzusunda təqdimat edib. Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi təkcə ərzaq təminatı deyil, həmçinin ərzağın müstəqilliyi məsələsidir. İstehsal olunan məhsul bazara uyğun olmalıdır. Fermerlər nə istehsal etdiklərini özləri müəyyənləşdirməlidir. Fermerlər məhsul istehsalında müstəqil qərar verməlidirlər. Məhsuldarlığa toxunun çıxışçının fikrincə, keçmiş sovet ölkələrində məhsuldarlıq həmişə aşağı olub. Ancaq bu o demək deyil ki, biz məhsuldarlıq dalınca qaçmalıyıq. Avropadakı məhsuldarlığa uyub onların tələsinə düşməməliyik. Avropa fermerləri kifayət qədər əziyyət çəkirlər. Çünki onlar daha çox məhsuldarlığa fikir verirlər. Müştərilərin maarifləndiriməsi aparılmalıdır. Fermerlərin problemləri cəmiyyətə çatdırılmalıdır. Dünya Ticarət Təşkilatına daxil olanda bir qədər ehtiyatlı olmaq lazımdır. Çünki ölkə ucuz məhsullarla dolacaq, yerli istehsal isə sıradan çıxa bilər. Yerli istehsalı stimullaşdırmaq lazımdır. Toxum məsələsi də vacibdir. Yaxşı olardı ki, baha və keyfiyyətsiz toxum almaqdansa, ənənəvi üsullara keçək və ölkədə toxum istehsalını təmin edək. Hazırda Avropanın özündə də geni modifikasiya olunmuş məhsullara qarşı çağırışlar var.

Xanım Yevtuşok investisiya məslələrinə də toxunub. Kənd təsərrüfatının inkişafı üçün investisiya vacibdir. Burda ən çox sual dövlətin, yoxsa özəl investiya olması müzakirə olunur. Təbii ki, kənd təsərrüfatı məsələsi sırf dövlət investisiyası olmalıdır. Ya da dövlət və özəl sektor qarşılığı olan əməkdaşlıq da ola bilər.

Sonda təqdimatçı ərzaq müstəqilliyinin əhalinin fundamental hüququqna çevrilməsi təcrübəsindən də danışdı. Onun sözlərinə görə, bəzi dövlətlər ərzaq müstəqilliyi məsələsini Konstitusiyalarına daxil ediblər. Məsələn, Ekvadorda, Boliviya və Seneqal kimi ölkələr bunun əsas qanunları isə təsbit ediblər. Nepalda ərzaq təhlüksizliyi vətəndaşların fundamental hüquq kimi təmin edilib.

Müstəqil ekspert Günel Məlikzadə “Azərbaycanda qidanın keyfiyyətinə təminat sistemi: milli qanunevericiliyin beynəlxalq standartlarla müqayisəli təhlili”mövzusunda təqdimat edib. Qida təhlükəsizyi barədə danişdı və onun əhəmiyyətini qeyd etdi. Ərzağın keyfiyyəti və təhlükəszilik göstəricisi olan və 2013-cü ildə hazırlanmış Qlobal Qida Təhlükəsizliyi İndeksinə görə, Azərbaycan qismən yaxşı ölkələr qrupuna daxil edilib.

RASFF (qida və yeyinti məhsulları üzrə çevik xəbərdarlıq sistemi) sistemi barədə danışan çıxışçının sözlərinə görə, bu baza vasitəsilə Avropa bazarlarına konkret məhsullar barədə məlumatlar ötürülür və həmin məhsullar keyfiyyətsiz olduqları təqdirdə bazarda yığışdırılır. Azərbaycanda bəzi nar şirələri, fındıq məhsullarında normadan artıq qarışıqlar olduğu üçün Avropa bazarlarından geri qaytarılıb.

Azərbaycanda qida təhlükəsizliyinin təşkili təsir göstərən amillərdən danışan G.Məlikzadənin fikrincə, ölkə qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Azərbaycanda qida təhlükəsizliyinin 6 dövlət qurumu tərəfindən aparıldığını bildirən çıxışçı həmçinin bir sıra ölkələrdən misallar gətirərək ərzaq təhlükəsizliyi məsələsinin bir koordinasiya qurumu tərəfindən nəzarət olunmasının vacibliyini qeyd edib.  

Dövlət standartlarına toxunan təqdimatçının sözlərinə görə, hazırda QOST-ların istifadəsi Avropa bazarlarına çıxış imkanlarını məhdudlaşdırır və beynəlxalq standartlara uyğunlaşmaq ixrac potensialının artırılması üçün çox vacibdir.

Müstəqil ekspert Ərəstun Oruclu ərzaq təhlksizliyin məsələsinin Azərbaycanda da aktual olduğunu bildirərək əsasən 2 amilin - məhsulun istehsalının və onun keyfiyyətinə nəzarətin artırılmasının vacibliyini qeyd etdi. Onun sözlərində görə, bütün bunların kökündə inhisarçılıq və korrupsiya durur.  

Kənd təsərrfatı mütəxəssisi Vahid Məhərrəmov qeyd etdi ki, dünyada, xüsusən də inkişaf etmiş ölkələrdə ərzaq istehsalı sürətlə artır. Onların qiyməti də paralel olaraq bahalaşır. Son illər buğda 8 sentdən 25 sentə qalxıb. ABŞ kimi ərzaq idxal edən ölkə artıq ərzaq istehsalını artıraraq ixracatçıya çevrili. Dünya əhalisi 1,3% artır və ona uyğun ərzaq istehsalı artmalıdır. 20 il öncə 400 min ton idxal edirdi, indi 1,5 milyon ton edir. Tələbat 1,3 milyon tondur. Onun fikrincə, Azərbaycanda heyvandarlığın inkişafı üçün yem bazası yaradılmalıdır.

Kənd təsərrüfatı Nazirliyinin Aqrar islahatları şöbəsinin müdir müavini Baxış Əhmədov dövlətin kənd təsərrüfatının inkişafı sahəsində gördüyü işlər və gələcək planlar barədə danışdı. Onun sözlərinə görə, aqrar sənayenin inkişafı, kiçik kooperativlərin inkişafı, satış kanallarının formalaşdırılması məsələləri nəzərdə tutulur. Onun fikrincə, əhalinin ərzağa fiziki çıxış imkanları bir o qədər də məhdud deyil. İqtisadi çıxış imkanı gəlirlərlə bağlıdır. Əhalinin gəlirləri artdıqca qida rasionu artır. Mütəxəssis hesab edir ki, idxal kanallarını tam bağlamaq olmaz. Çünki təbii fəlakət risklərini nəzərə almaq lazımdır. Suvarma sistemləri vasitəsilə riskləri azaltmaq olar. QHT-lər fermer təsərrüfatlatının maarifləndirməsi istiqamətində işləməlidir.

İqtisadçı Natiq Cəfərlinin fikrincə, heç bir ölkə özünü tam ərzaqla təmin edə bilməz və bunun arxasınca qaçmaq olmaz. İqtisadçı subsidiyalaşma mexanizmlərinin dəyişməsini təklif edərək əkilən ərazilərə görə yox məhsulun keyfiyyıtinə görə subsidiyalar verilməsini daha səmərəli üsul hesab edib. Bundan başqa idarəetmə mexanizmi dəyişməli, fermerə bazara çışış imkanı yaradılmalıdır.

İqtisadçı Məhəmməd Talıblı hesab edir ki, ərzağın idxaldan asılılığı azaldılmalıdır. Onun fikrincə, burda söhbət təkcə iqtisadi təhlükəsizliyindən yox, həmçinin genefond problemindən gedir. İqtisadçı böyük həcmdə kreditinin kənd təsərrüfatına ayrıldığını vurğulayaraq bunların səmərə vermədiyini bildirib.

Konfrans iştirakçıları ölkədə aqrar sektorda və ərzaq təhlükəsizliyi sahəsində durumun müzakirəsini aparıblar.

 


Tarix: 09 Aprel 2014  |  Baxış sayı: 1094




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV