Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Kiçik və orta sahibkarlığın problemləri
İTYİB daşınmaz əmlakın qeydiyyat sisteminin və kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər hazırlayıb

Aprelin 16-da İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi Sahibkarlığın və Bazar iqtisadiyyatının İnkişafına Yardım Fondu ilə birlikdə 2014-cü il aprelin 16-da “Sahibkarlığın inkişafı sahəsində mövcud problemlərin aradan qaldırılması”na həsr edilmiş dəyirmi masa təşkil edib.  Dəyirmi masa Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının toplantılar zalında baş tutub.

Dəyirmi masada aşağıdakı məsələlərin müzakirəsi aparılıb:

1. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər təklifləri;

2. Kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər.

Tədbiri giriş sözü ilə açan Sahibkarlığın və Bazar iqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov bildirib ki, tədbir ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən “Kiçik sahibkarlığa dəstək layihəsi” (2012-2017) çərçivəsində təşkil olunub və layihənin məqsədiAzərbaycanda kiçik sahibkarlığın inkişafın təmin edən biznes mühitin yaxşılaşdırılmasıdır. Onun sözlərinə görə, layihə şərçivəsindəkiçik sahibkarlıq subyektlərinin inkişafına maneələr üzrə hökumət və vətəndaş cəmiyyəti arasında dialoqun və əməkdaşlığın gücləndirilməsi, qanunvericiliyin və institusional sistemin təkmilləşdirilməsi və kiçik sahibkarlıq subyektlərinin (xüsusilə qadın – ailə bizneslərin) uğurlu inkişafına yönələn təkliflər hazırlanacaq.

S.Bağırovun qeyd edib ki, bu il martın 3-də Azərbaycan Respublikasının Prezidenti “Sahibkarlığın inkişafı ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb və burada 8 vacib istiqamətlər var. Dəyirmi masada məhz bu iki məsələyə dair təkliflərimiz müzakirəyə çıxarılıb. Biz yekunda Fərmanda nəzərdə tutulan istiqamətlər üzrə vətəndaş cəmiyyəti olaraq təkliflərimizi hökumətə təqdim edəcəyik.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev “Biznesin problemləri: daşınmaz əmlakın qeydiyyat sistemini necə təkmilləşdirmək olar?“ mövzusunda təqdimat edib. Təqdimatçı çıxışından torpağın ilkin və təkrar qeydiyyatı prosesində mövcud olan hüquqi prosedurlara, o cümlədən torpağın qeydiyyat müddətinə toxunub. Torpaqların ilkin qeydiyyatı ilə bağlı xərclər barədə danışan ekspertin sözlərinə görə, torpaq kadastr planının hazırlanması sahənin ölçüsündən, sahə üzrə koordinatları təyin olunacaq nöqtələrin sayından və sahənin tərəfləri arasındakı məsafədən asılı olaraq 1250 manata qədər dəyişir. Torpağın alqı-satqı müqaviləsinin notarial təsdiqi üçün Bakı şəhərində 126.5 AZN, digər şəhər və rayonlarda 50.6 AZN tələb olunur. Dövlət reyestr xidmətinin xidmət haqqı – tikilinin sahəsinin həcmindən asılı olaraq 50-800 manat intervalında dəyişir. Tikilinin dövlət qeydiyyatı üçün müddət müraciət anından 20 gün ərzində təşkil edir.

R.Ağayevin sözlərinə görə, daşınmaz əmlakın (həm torpaq, həm tikililər) Reyestr Xidmətində dövlət qeydiyyatı üzrə xərclər və müddətlər ilkin qeydiyyat ilə eynidir, fərq yalnız tələb olunan sənədlərin sayındadır. Təkrar qeydiyyatda (həm torpaq, həm tikililər) yalnız mülkiyyəti təsdiq edən çıxarış və texniki pasportlar tələb olunur.

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatının əsas problemlərinə toxunan təqdimatçının sözlərinə görə, torpaqların kadastr planının hazırlanması olduqca uzun müddət tələb edir. Tikililərin ilkin qeydiyyatı mərhələsində tələb olunan sənədlərin sayı xeyli çoxdur. Fərdi mənzillərdən fərqli olaraq biznes təyinatlı əmlak “vahid pəncərə” mexanizmi əsasında qeydiyyata alınmır. Dövlət qeydiyyatı üçün rüsum və xidmət haqlarının elektron ödəniş imkanı yaradılmayıb, belə ödənişlər üçün konkret banklar müəyyənləşdirilib. Sənədlərin təqdimatı üçün “online randevü” sisteminin olmaması vaxt itkisinə səbəb olur.

Sonda çıxışçı təmsil etdiyi təşkilatın qeydiyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflərini dəyirmi masa iştiraçılarına çatdırdı:

· Torpaq kadastrını online əldə edilməsi üçün elektron bazanın yaradılması prosesi başa çatdırılmalıdı

· Biznes təyinatlı daşınmaz əmlakın qeydiyyatının “vahid pəncərə” mexanizmi əsasında aparılması təmin edilməli

· Qeydiyyat orqanında vaxt itkisini aradan qaldırmaq üçün online növbələrin tutulması sistemi yaradılmalıdır

· Ödənişlərin elektron həyata keçirilməsi imkanı yaradılmalı

· Sahəsi 100 kvadratmetri ötməyən və kiçik-orta biznes təyinatlı tikililərin qeydiyyatı proseduru sadələşdirilməli, xüsusilə belə tikililərin qeydiyyatı üçün istismara qəbul aktının hazırlanması tələbi ləğv olunmalı 

Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquq şöbəsinin rəhbəri Oktay Həsənov təqdimatda qaldıırlan məsələlərlə razı olduğunu bildirməklə yanaşı son dövrlər təmsil etdiyi qurumun gördüyü işlər barədə danışdı. Onun sözlərinə görə, yüklülüyə dair Arayışın elektron qaydada əldə edilməsi prosedurunun tətbiqi «Doing Business»in növbəti hesabatında Azərbaycanın mövqeyinin yüksəlməsinə təsir göstərəcək.Bundan başqa Reyestr Xidməti artıq bir sıra prosedurların sayının azaldılması üzərində iş aparır və yaxın zamanlar bunun şahidi olacayıq.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev və ekspert Samir Əliyev “Kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi“ mövzusunda təqdimat etdi. Samir Əliyev çıxışında ölkə üzrə kredit qoyuluşunun vəziyyəti və son illərin tendensiyası, kreditlərin saəvi strukturu, regional bölgüsü, kreditlərin faiz dərəcəsinin dəyişmə tendensiyası barədə aparılmış statistik təhilili dəyirmi masa iştirakçılarının diqqətinə çatdırıb.

Kreditə əlçatanlığın kiçik və orta sahibkarlığın inkişafı üçün vacib olduğunu qeyd edən S.Əliyev təmsil etdiyi təşkilatın həm banklar, həm də sahibkarlar arasında apardığı sorğunun nəticələrini açıqlayıb. Təqdimatçı əlavə olaraq qeyd edib ki, xüsusilə biznesə yeni təşəbbüs göstərən və təşəbbüslərində ilk uğurlarını qazanıb onu böyütmək istəyən şəxslər üçün kreditə əlçanlıq önəmlidir. Iri müəssisələrə nisbətən kişik müəssisələr daha çox maneələrlə üzləşirlər.

Digər təqdimatçı Azər Mehtiyev kreditə əlçatanlıq sahəsində maneələrdən danışıb. Bu maneələr qismində kreditin qiymətini (kredit faizi, komissiya haqqı), fiziki əlçatanlığı, tələb olunan sənədlərin yoxluğunu, diskriminasiyanı, informasiyasızlığı və institusional mühiti qeyd edib. Çıxışçı eyni zamanda bank kreditləri üzrə faiz dərəcələrinin formalaşmasına təsir göstərən amilləri də sadalayıb.

Kreditlərin verilməsi prosesinə təsir edən təsisatlara toxunan çıxışçı Mərkəzi Bank, kredit təşkilatları və dövlət fondlarının bu sahədəki rolu barədə danışıb.

Sonda A.Mehtiyev kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı rəbərlik etdiyi təşkilatın ekspertlərinin hazırladığı tövsiyələri təqdim edib:

Bu tövsiyələr aşağıdakılardır:

- Özəl kredit bürolarının yaradılması. Bunun üçün kredit bürolarının fəaliyyətini tənzimləyən ayrıca qanunun (“Özəl kredit büroları haqqında” Qanun) qəbulu tələb olunur.

- Sahibkarlığa Kömək Milli Fondunun yalnız mikro, kiçik və orta sahibkarlığın kreditləşdirilməsinə keçirilməsi

- Azərbaycanda dövlətin yaxından iştirakı ilə ixtisaslaşdırılmış sahə banklarının yaradılması. Məsələn, kənd təsərrüfatı sektorunun maliyyələşdirilməsi üçün Aqrar İnkişaf Bankının yaradılması bir nümunə ola bilər.

- Kənd təsərrüfatına verilən kreditlərinin sığortalanması və təminatı fondunun yaradılması və onun fəaliyyəti üçün müvafiq qanunvericilik bazasının formalaşdırılması 

- Daşınmaz əmlakın qövlət qeydiyyatı prosedurlarının sadələşdirilməsi və qeydiyyat müddətinin və xərclərinin azaldılması

- Bank olmayan kredit təşkilatlarının və kredit ittifaqlarının qeydiyyat sisteminin asanlaşdırılması

- Girov təminatı obyektlərinin müstəqil qiymətləndirilməsi sisteminin qurulması

- Girov mexanizminin təkmilləşdirilməsi üçün dövlət qeydiyyatına alınmayan daşınar əmlakın reyestrinin yaradılması. “Təminatlı əqdlər haqqında” qanunun qəbulu ilə dövlət qeydiyyatına alınmayan daşınar əmlakın və onlardan irəli gələn əlaqəli hüquqların xüsusi reyestrinin yaradılır.

- İslam bankçılığı prinsiplərinin ölkədə tətbiqi imkanlarının artırılması. Bu məqsədilə qanunvericiliyə ayrıca qanunun və ya bank qanunvericiliynə müvafiq dəyişikliyin edilməsi

Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyasının rəhbəri Jalə Hacıyeva səsləndirilən təkliflərlə həmrəy olduğunu bildirməklə aqrar sektora kredit qoyuluşunun artırılmasının vacibliyini qeyd etdi. Eyni zamanda çıxışçı əsas problem olaraq rayonlarda krediti ödənilməsini vurğuladı. Onun sözlərinə görə, fizik əlçatanlığın zəif olmasının bir elementi də banka kredit ödəmək üçün fermerin uzun yol qət etməli olduğunu bildirdi və çıxış yolu kimi poçt şöbələrinə belə funksiyaların verilməsini və ya bankların şəbəkələşməsini təklif etdi.

Dəyirmi masa iştirakçıları sonda təqdimatlar barədə müzakirələr apardı.

 


Tarix: 16 Aprel 2014  |  Baxış sayı: 1243




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV