Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
18.05.2017 23:21
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Yerli Demokratiyanın İnkişaf İndeksinin hesablanması
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin təklifi Avropa institutlarının marağna səbəb olub
 
Aprelin 28-də Brusseldə Avropa Birliyinin Regionlar Komitəsinin qərargahında “Əksmərkəzləmə: Şərq tərəfdaşlığı ölkələrindən islahat gözləntiləri” mövzusunda konfrans keçirilib. Konfransda Şərq tərəfdaşlığı ölkələrində daxil olan ölkələrlə yanaı Avropa institutlarının təmsilçiləri o cümlədən, CORLEAP-ın (Şərq Tərəfdaşlığı Ölkələrinin Regional və Yerli Hakimiyyətlər Konfransı) Büro üzvləri, Avropa Şurasının məruzəçiləri və ekspetləri iştirak edib.

Tədbirdə Şərq tərəfdaşlığına daxil olan ayrı-ayrı ölkələrdə, o cümlədən əksmərkəzləşmə islahatları mövcud durumu, ərazi əməkdaşlığının imkanları, Yerli özünüidarəyə dair Avropa Xartiyasının milli qanunvericiliyiə inteqrasiyası və onun icra vəziyyəti müzakirə edilib. Şərq tərəfdaşlığına daxil olan ölkələr arasında əksmərkəzləşmə sahəsində uğurlu nümunələr kimi Moldova, Gürcüstan və Ukrayna xüsusilə vurğulanıb.

Konfransa məruzəçi qismində qatılan İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev Azərbaycanda yerli özünüidarənin mövcud durumu, Xartiyanın tələblərinin yerinə yetirilmə səviyyəsi, əksmərkəzləşmə səviyyəsi və buna mane olan amillər, 15 ildə bələdiyyələrin fəaliyyətlərinin tənzimlənməsi sahəsində qəbul edilmiş qərarların onların fəaliyyətinə təsiri barədə çıxı edib.

Çıxışda Ermənistanın iğalı nəticəsində Azərbaycanın 7 rayonunda yerli özünüidarə qurumlarının yaradılmasının mümkünsüz olduğunu, işğal nəticəsində 1 milyondan çox vətəndaşın özünüidarə hüququnun pozulmasını konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

Bundan başqa S.Əliyev təmsil etdiyi təşkilatın təklifi olaraq Yerli Demokratiyanın İnkişaf İndeksinin (YDİİ) tərtib edilməsinə və dövrü olaraq onun hesablanaraq ictimaiyyətə açıqlanmasının ehtiyac olduğunu vurğulayıb. Onun fikrincə, belə bir İndeksin hesablanaraq açıqlanması hökumətləri islahatlara stimulladırmaqla yanaşı onlar arasında rəqabətə rəvac verəcək.

Regionlar Komitəsinin 1-ci vitse-prezidenti, CORLEAP-ın Büro üzvü Mercedes Bresso Yerli Demokratiyanın İnkişaf İndeksinin tərtib edilməsi təklifini maraqlı qarşıladı və bunu CORLEAP-ın proqramına daxil ediləcəyini bildirib. Britaniyanın Aston Universiteninin professoru Nathaniel Copsey ideyanı dəstəkləməklə yanaşı, bu işdə metodoloji yardım etməyə hazır olduqlarını qeyd ediblər. Avropa Şurasının məruzəçisi Marc Cools və Moldova nümayəndə heyəti də təklifi dəstəkləyəcəklərini vurğulayıblar.

 


Tarix: 30 Aprel 2014  |  Baxış sayı: 846




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV