Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
11.08.2020 11:12
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR
Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir. 2021-ci ildə bələdiyyələrin büdcə gəlirləri ölkə üzrə ümumilikdə 41,7 milyon manat, bir bələdiyyənin illik gəliri orta hesabla 26 min manat olub. Yerli büdcə gəlirlərinin həcmində kəskin fərqlər var. Kənd bələdiyyələrin büdcə gəlirləri kiçik olsa da şəhər bələdiyyələrin büdcə gəlirləri kifayət qədər yüksəkdir. Bakı şəhəri üzrə bələdiyyələrin orta illik büdcə gəlirləri 218 min manat olduğu halda Qobustanda 5 min manata bərabər olub . Büdcə gəlirlərinin həcmindən asılı olmayaraq onların şəffaf xərclənməsi, əhaliyə dövrü olaraq hesabat verilməsi çox vacibdir. Çünki bələdiyyə büdcələrinin vəsaitləri ictimai vəsaitlərdir, onlar bələdiyyə ərazisində yaşayan əhalinin ödədikləri vergi və ödənişləri hesabına formalaşır.














Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Özəl sektorda çalışanların yalnız 10 faizi muzdlu işçi kimi qeydə alınıb
İTYİB “Azərbaycanda əmək müqavilələrinin tətbiqi problemləri və həlli yolları” mövzusunda dəyirmi masa keçirib

“Özəl sektorda çalışanların yalnız 10 faizi muzdlu işçi kimi qeydə alınıb”  Bu fikir Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında bu gün sahibkarlıq qurumlarının rəhbərləri və təmsilçilərinin, habelə müstəqil ekspertlər və QHT təmsilçilərinin iştirakı ilə keçirilən dəyirmi masa müzakirələrində səsləndirilib.

“Azərbaycanda əmək müqavilələrinin tətbiqi problemləri və həlli yolları”mövzusundakeçirilən bu tədbir ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsindəİqtisadi Təşəbbüslərə Yardım (İTY) İctimai Birliyi və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən təşkil olunub.

Tədbiri giriş sözü ilə açan. SBİİYF- nin rəhbəri Sabit Bağırov “Kiçik sahibkarlığın inkişafına dəstək” layihəsinin məqsədi, layihə çərçivəsində həyata keçirilən tədbirlər və araşdırmalar barədə iştirakçıları məlumatlandırdı. O, bildirdi ki, bu layihə çərçivəsində ötən il “Azərbaycanda əmək müqavilələrinin tətbiqini tənzimləyən mexanizmlər: problemlər və təkmilləşdirmə yolları” mövzusunda araşdırma aparılıb və bu sahədə mövcud problemlərin həlli üçün bir sıra tövsiyələr hazırlanıb. Həmin tövsiyələr Azərbaycan Respublikası Prezidentinə və müvafiq dövlət qurumlarına göndərilib. Son zamanlar bu sahədə mövcud problemlərin həlli istiqamətində müəyyən addımların atıldığını qeyd edən S.Bağırov əmək müqavilələrinin elektron qeydiyyatı sisteminin yaradılması istiqamətində işlər getdiyini vurğuladı. Dəyirmi masa müzakirələrinin təşkili məqsədindən danışan S.Bağırov tədbir iştirakçılarından xahiş etdi ki, məruzədən sonra olacaq müzakirələrdə həm özlərinin də bu sahədə üzləşdikləri problemləri aeyd etsinlər, həm də məruzədə qaldırılan problemlərin həlli istiqamətində fikirlərini bölüşsünlər. Bildirildi ki, burada səslənən təkliflər nəzərə alınmaqla araşdırma və tövsiyələr bir daha təkmilləşdiriləcək və yenilənmiş tövsiyələr hökumətə təqdim ediləcək.

Sonra tədqiqatın müəllifi iqtisadçı Rövşən Ağayev “Azərbaycanda əmək müqavilələrinin tətbiqini tənzimləyən mexanizmlər: problemlər və təkmilləşdirmə yolları” mövzusunda təqdimatla çıxış etdi. Çıxışına əmək müqavilələrinin elektron qeydiyyatı sisteminin tətbiqi məsələlərindən başlayan məruzəçi bu sistemin ən böyük töhfəsinin əmək münasibətləri sferasında leqallaşma səviyyəsini yüksəltmək ola biləcəyini vurğuladı. O bildirdi ki, Əmək Məcəlləsinə 27 dekabr 2013-cü il tarixli Qanunla edilmiş dəyişikliklərin tətbiqilə bağlı ölkə prezidentinin 03 fevral 2014-cü il tarixli Fərmanına uyğun olaraq Nazirlər Kabinetinin  06 iyun 2014-cü il tarixli 183 saylı qərarı ilə əmək müqavilələrinin elektron qeydiyyatı qaydaları təsdiq edilib. Bundan sonra ƏƏSMN-nin elektron informasiya sistemində müqavilənin bağlanmasının, dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması təmin olunacaq. Bu məqsədlə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil ediləcək. Müqavilə bildirişinin daxil edilməsi “Elektron hökumət” portalı vasitəsilə həyata keçiriləcək.

Daha sonra əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində mövcud durumdan danışan R.Ağayev qeyd etdi ki, ölkəmizdə əmək münasibətləri rəsmiləşdirilən işçi qüvvəsinin ümumi məşğul əhalidə xüsusi çəkisi hələ də 35%-i ötmür. “Araşdırmalarımız göstərir ki, özəl sektorda çalışanların yalnız 10 faizi muzdlu işçi kimi qeydiyyatdadır”. Aqrar sektorda çalışınların cəmi 2,5%-i, tikinti, ticarət, icimai iaşə və nəqliyyat sektorunda məşğul olanların isə 35-40%-i əmək müqaviləsi ilə çalışır. R.Ağayev müqayisə üçün bildirdi ki, əmək müqaviləsi olmadan çalışanların ümumi məşğulluqda payı Yunanıstan və İtaliyada 17-20%, Avstriya, Niderland, Böyük Britaniya və Almaniyada 1,5-4% intervalında, Estoniyada və Çexiyada 9-10%, Litva, Latviya və Macarıstanda 15-18%, Rumıniya və Bolqarıstanda 20-22%, Misir və Tunisdə 50-55%, Meksika və Braziliyada 55-60%, Kenya və Çadda 70-75%, İndoneziya və Hindistanda 80-83% faiz səviyyəsindədir. 

Ölkə qanunvericiliyi əmək müqaviləsindən yayınan müəssisələr və onların vəzifəli şəxsləri üçün xeyli yüksək məbləğdə cərimələr (məsələn, İnzibati Xətalar Məcəlləsinə əsasən, işəgötürənlərin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini bağlamadan hər hansı işə (xidmətə) işçi cəlb etməsi aşkralanarsa, bu məsələyə məsul vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, onların təmsil etdiyi hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manatadək miqdarda çərimə edilməlidir) nəzərdə tutulsa da, hətta son illər müvafiq dövlət qurumlarının yoxlama fəaliyyəti genişlənsə də, problemi tam həll etmək mümkün olmur.  

Ekspert qeydiyyatsız məşğulluğun qarşısının alınması və əmək müqavilələrinin təşviqi ilə bağlı Azərbaycan hökumətinin 4 istiqamətdə tədbrləri həyata keçirməsini vacib hesab edir:

- Hər şeydən əvvəl, işəgötürənlərin işçi ilə bağlı maliyyə yükünün yüngülləşdirilməsi zəruridir - hazırda Azərbaycanda işəgötürənlərin məşğulluğa görə vergi yükü 29.1 faizlə hətta bir sıra Avropa ölkələrindən belə yüksəkdir. Təklif olunur ki, sahibkarların muzdlu işçiyə görə sosial sığorta yükünün hazırkı 22%-dən 15%-dək endirilsin;         

- İkincisi, əmək müqavilələrinin icrasına nəzarət edən dövlət qurumlarının işinin səmərəliliyi yüksəldilməlidir - əmək müfəttişliklərinin yoxlamalarının səmərəliliyinin artırılması və müavilələrin icrasına məsul qurumların əməkdaşlığının daha effektiv formalarının tapılması təmin edilməlidir;

- Üçüncüsü, əmək müqavilələrinin bağlanmaması ilə bağlı inzibati sanksiyalar daha da sərtləşdirilməlidir -Bir sıra ölkələrdə sərt sanksiyalar yalnız əmək müqaviləsiz işçinin çalışdırılmasına görə pul cərimələrinin tətbiqilə məhdudlaşmır, həmçinin işəgötürənə həbs cəzasının kəsilməsi, müqaviləsiz çalışdarma faktının akşarlandığı müəssisələlərin müəyyən bir dövr üçün tenderlərə girişinin qadağan olunması, lisenziyalaşdırılan fəaliyyət olduqda lisenziyanın ləğvi kimi sanksiyalar da nəzərdə tutulur; 

- Nəhayət, zəruri fəaliyyət istiqamətlərindən biri dəəmək müqavilələrinin təbliğilə bağlı maarifləndirici və təşviqedici tədbirlərin gücləndirilməsidir.

Tədbirdə TUSİAB-ın təmsilçisi Samir Əsədov, “Qranit QP” MMC-nin rəhbəri Rübabə Mürşüdova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dissertantı Arif Nəcimov, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin nümayəndəsi Fərid Abbaslı, “Probion” MMC-nin nümayəndəsi Şəfayət Qorçuyeva və başqaları müzakirə edilən məsələlərlə bağlı fikirlərini bildirdilər.

 
Tarix: 24 Iyun 2014  |  Baxış sayı: 2384




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV