Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Əmlak və torpaq vergiləri yeni qaydada hesablanacaq
Samir Əliyev: “Bu dəyişiklik sayəsində bələdiyyələrin büdcə gəlirlərinin iki dəfəyədək artması gözlənilir”

Ölkə prezidentinin sərəncamı ilə bir sıra qanunvericilik aktların, o cümlədən Vergi Məcəlləsinə dəyişiklik edilib. Son dəyişiklik bələdiyyələrin 2 əsas vergisinin bazasının təkmilləşdirilməsinə yönəldilib. Gələn ildən etibarən bələdiyyələr vətəndaşlardan yeni hesablama metodu əsasında vergi yığacaqlar. Bəs, bu dəyişiklik nədən ibarətdir?

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin Vergi siyasəti idarəsinin rəisi Şamil Ərəbovun sözlərinə görə, fiziki şəxslərin əmlak və torpaq vergiləri ilə bağlı edilən bu dəyişikliklər bələdiyyələrin vergi yığımında üzləşdikləri problemləri aradan qaldıracaq: «Bildiyimiz kimi, fiziki şəxslərin əmlak və torpaq vergiləri yerli vergilərə aid edilir və bələdiyyələr tərəfindən yığılır. Bələdiyyələrin yarandığı tarixdən bu günə qədər onlar tərəfindən torpaq və əmlak vergilərinin hesablanmasında və tam yığılmasında çətinliklər olub. Bu çətinliklər xüsusilə əmlak vergisinin yığımında özünü daha bariz göstərib. Çünki əmlak vergisi əmlakın inventar dəyərindən hesablanırdı. Əmlak vergisinin hesablanması məqsədilə fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyəri Nazirlər Kabinetinin 28 iyun 1999-cu il tarixli 110 saylı qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərinin hesablanması Qaydası» ilə müəyyən edilirdi. Amma əksər bələdiyyələr bu günə qədər bu qərarı normal tətbiq edə bilmirdi. Bələdiyyələrə əmlakın qiymətləndirilməsi və yenidən qiymətləndirilməsi səlahiyyəti verilməsinə baxmayaraq, onlar qiymətləndirmə xərclərini ödəyə bilmədiklərinə görə bu işin öhdəsindən gəlməyə çətinlik çəkirdilər: buna vəsaitləri çatmırdı. Bələdiyyələrin işini asanlaşdırmaq, əmlak vergisinin tam və düzgün hesablanması məqsədilə binaların, yaşayış və qeyri-yaşayış sahələrinin ərazilərinin sahələrinə görə verginin hesablanması üçün bu dəyişikliklərə ehtiyac var idi».

Ş.Ərəbov qeyd edib ki, dəyişiklikdən əvvəl əmlakın 5000 manatadək olan hissəsi vergidən azad idi, dəyişiklikdən sonra isə əmlakın 30 kvadratmetrədək olan hissəsi vergidən azad olacaq: «Bu güzəşt yalnız yaşayış sahələrinə aid edilir, qeyri-yaşayış sahələrinə güzəşt nəzərdə tutulmayıb. Onu da qeyd edək ki, binanın şəhərin mərkəzində və mərkəzdən kənar yerləşməsi ilə bağlı 0,7-dən aşağı olmayan və 1,5-ə qədər əmsal tətbiq olunacaq. Bu o deməkdir ki, şəhərin mərkəzində olan binaya görə müəyyən edilmiş dərəcə ilə hesablanmış əmlak vergisinə əlavə 1,5 əmsal tətbiq olunaraq vergi artırılacaq.

Qeyd olunan əmsallar Azərbaycan Respublikası Prezidentinin 11 avqust 2014-cü il tarixli Fərmanına əsasən, Nazirlər Kabineti tərəfindən üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla müəyyən ediləcəkdir.

Dəyişikliklərin müsbət tərəfi odur ki, fiziki şəxslərin əmlak vergisindən yayınma ehtimalı azalacaq. Bələdiyyələr tərəfindən verginin hesablanmasında və  toplanmasında mövcud çətinliklərin aradan qalxmasına əlverişli şərait yaranacaqdır ki, bu da bələdiyyə büdcələrinin formalaşmasına müsbət təsir edəcək.

Onu da qeyd edək ki, bu dəyişikliklərlə əlaqədar Vergilər Nazirliyinin bələdiyyələrlə bağlı təsdiq etdiyi normativ sənədlərində müvafiq dəyişikliklər olacaqdır.

Torpaq vergisi ilə bağlı dəyişikliklərə gəlincə, dəyişiklik kənd təsərrüfatı təyinatlı torpaqlara deyil, Vergi Məcəlləsinin 206.3-cü maddəsində nəzərdə tutulan torpaq sahələrinə şamil edilir. Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı yaşayış fondlarının həyətyanı sahələri və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə yeni vergitutma mexanizmi müəyyən edilib. Burada vergi dərəcələri torpağın sahəsinə (100 m2) bağlıdır və təkcə regionlar üzrə deyil, həm də 10 min kvadratmetr (1 ha) sahədən asılı olaraq diferensiallaşdırılıb.

Yaşayış fondları, həyətyanı sahələr və vətəndaşların bağ sahələrinin tutduğu torpaq sahələri 10 min kvadratmetrədək olduqda torpaq sahəsinin hər 100 kvadratmetrinə görə illik vergi Bakı şəhərində 0,6 manat, 10 min kvadratmetrdən yuxarı hissəsi üçün isə hər 100 kvadratmetrinə görə 1,2 manat müəyyən edilib. Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndlərində müvafiq olaraq bu rəqəmlər 0,5 və 1 manat, digər şəhərlər və rayon mərkəzlərində 0,3 və 0,6 manat təşkil edəcək. Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər üzrə hər 100 kvadratmetrə görə illik vergi 0,1 və 0,2 manat olacaq.

Kommersiya xarakterli (sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər) xüsusi təyinatlı torpaqlar 10 min kvadratmetrədək olduqda torpaq sahəsinin hər 100 kvadratmetrinə görə illik vergi Bakı şəhərində 10 manat, 10 min kv.metrdən yuxarı hissəsi üçün isə hər 100 kvadratmetrinə görə 20 manat müəyyən edilib. Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndlərində müvafiq olaraq bu rəqəmlər 8 və 16 manat, digər şəhərlər və rayon mərkəzlərində 4 və 8 manat təşkil edəcək. Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər üzrə hər 100 kvadratmetrə görə illik vergi 2 və 4 manat olacaq.

Qeyd etmək lazımdır ki, vergi qanunvericiliyinə əsasən, əmlak vergisi mülkiyyəti təsdiq edən sənədlər, torpaq vergisi isə mülkiyyət və istifadə hüququnu təsdiq edən sənədlər əsasında hesablanır.

Bütövlükdə əmlak vergisi ilə bağlı dəyişikliklər bələdiyyə büdcələrinin, torpaq vergisi ilə bağlı dəyişikliklər isə dövlət və bələdiyyə büdcələrinin formalaşmasına müsbət təsir göstərəcəkdir.

İqtisadçı ekspert Samir Əliyev bildirib ki, bələdiyyələr yerli büdcələrdə toplanan gəlirlər hesabına maliyyələşir. Ötən il ölkə üzrə bələdiyyələrin ümumi büdcə gəlirlərinin həcmi 47,2 milyon manat olub: «Əmlak və torpaq vergisi yerli büdcənin əsas mənbələrindən hesab olunur. Büdcənin əsas mədaxilini bələdiyyə mülkiyyətində olan torpaqların özəlləşdirilməsindən və icarəsindən daxilolmalar təşkil edir ki, bu mənbənin payı 2013-cü ildə 57,7% olub. İkinci əsas mənbə olan fiziki şəxslərin torpaq vergisindən 6,64 milyon manat, fiziki şəxslərin əmlak vergisindən isə 4,28 milyon manat daxil olub.  Yerli vergi daxil­olmalarının təxminən 90%-ə qədəri məhz bu iki verginin payına düşür. Deməli, torpaq satışını nəzərə almasaq, bələdiyyələr öz büdcələrini məhz bu iki vergi hesabına formalaşdırırlar»...

Vergi Məcəlləsinə edilmiş son dəyişikliyi müsbət dəyərləndirən ekspertin fikrincə, bu, bələdiyyələrin maliyyə potensialını əhəmiyyətli dərəcədə artıracaq.  «İndiyədək torpaq vergisinin dərəcələri 1990-cı illərin sonunda müəyyənləşdirilmiş normativ əsasında vergiyə cəlb edilirdi. Keçən müddət ərzində bütün sahələrdə qiymətlərin bahalaşmasına baxmayaraq, torpaq vergisinin dərəcəsi çox aşağı idi. Fiziki şəxslərin əmlak vergisi fiziki şəxsin xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən tutulurdu. Bu, vergi yığımında problemlər yaradırdı. Araşdırmalarımız göstərir ki, fiziki şəxslərdən əmlak vergisinin vergitutma obyekti olan yaşayış evlərinin bir çoxunun inventar dəyəri yoxdur. Bu problem özünü kənd yerlərində qabarıq şəkildə büruzə verir. Kənd yerlərində evlərin 90%-nin inventar dəyəri olmadığından onların vergiyə cəlb edilməsi problem yaradır. Ölkədə fəaliyyət göstərən bələdiyyələrin 80%-dən çoxunun kənd yerlərinə aid olduğunu nəzərə alsaq, vergi yığımında olan problemin əksər bələdiyyələri əhatə etdiyini müşahidə edə bilərik».

Ekspertin sözlərinə görə, bəzi hallarda inventar dəyəri olmayan evlər bələdiyyələrin özləri tərəfindən təxmini qiymətləndirilir və onlara təxmini vergi məbləği tətbiq edilirdi ki, bu da Vergi Məcəlləsi ilə birbaşa ziddiyyət təşkil edirdi. Hazırda dünyanın bir sıra ölkələrində fiziki şəxslərin əmlakının bu üsulla vergiyə cəlb olunması təcrübəsindən istifadə olunur. Məsələn, Polşada fiziki şəxslərin mülkiyyətində olan yaşayış fondunun hər kvadratmetrinə görə  0,23 ABŞ dolları, kommersiya məqsədilə istifadə edilən mülkiyyət obyektlərinin hər kvadratmetri üçün isə 7,3 ABŞ dolları əmlak vergisi hesablanır. Çexiyada mövcud qanunvericiliyə görə, çoxmərtəbəli mənzillərin hər kvadratmetri üçün 0,1 ABŞ dolları, kommersiya məqsədli əmlakın hər kvadratmetri üçün 0,48 ABŞ dolları baza vergi məbləği müəyyən olunub. Bu ölkədə müvafiq şərtlərdən asılı olaraq baza vergi məbləğinə 1-4,5 əmsal tətbiq oluna bilər.

S.Əliyev yeni dəyişikliyin tətbiqi nəticəsində bələdiyyələrin vergi gəlirlərinin əhəmiyyətli dərəcədə artacağını bildirdi: «Təxmini hesablamalara görə, fiziki şəxslərin əmlak vergisi üzrə daxilolmalar 10 dəfəyədək arta bilər. Ümumiyyətlə, bu dəyişiklik sayəsində bələdiyyələrin büdcə gəlirlərinin iki dəfəyədək artması gözlənilir».

Bələdiyyələrin inkişafı və problemləri ilə bağlı layihələr işləyib, araşdırmalar aparan «Mülki cəmiyyətə doğru»  Mərkəzin direktoru Abil Bayramov deyib ki, fiziki şəxslərdən əmlak və torpaq vergisi ilə bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliklər yerinə düşür. Onun fikrincə, fiziki şəxslərdən əmlak vergisinin binaların inventarlaşdırılmış dəyəri əsasında deyil, binaların sahəsinin hər kvadratmetrinə görə hesablanması bələdiyyələrin maliyyə imkanlarının əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq: «İndiyə qədər bələdiyyələr fiziki şəxslərin əmlak vergisini toplamaqda ciddi çətinlik çəkiblər. Təsadüfi deyil ki, 2013-cü ildə fiziki şəxslərdən əmlak vergisinin payına yerli büdcələrin məcmu daxil­olmalarının yalnız  9%-i düşüb. Halbuki bu gəlir mənbəyinin potensialı göstərilən rəqəmdan qat-qat yüksəkdir. Fiziki şəxslərdən torpaq vergisinə gəlincə, bu, indiyə qədər bələdiyyələrin hamısının yararlana bildiyi yeganə vergi növü olsa da, həmin mənbədən daxilolmalarda ciddi artım müşahidə edilməyib. Vergi Məcəlləsinə edilən dəyişikliklə yeni dərəcələrin və təsnifatın tətbiqi bu mənbədən daxilolmaların artmasına gətirib çıxaracaq»...  

Aytən,
"Vergilər" qəzeti

Tarix: 21 Avqust 2014  |  Baxış sayı: 1189




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV