Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Banklarımızı necə xilas edək?
Dünya bazarlarında neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatında ilk zərbəni bank sektoruna vurdu. Milli valyutanın 2015-ci ildə dollara nəzərən dəyərini 50% itirməsi bankların dayanıqlığını təhlükə altına aldı. Valyuta mövqeyinin düzgün idarə edilməməsinə görə  banklar devalvasiyanın ilk günü milyonlarla itkiyə məruz qaldılar. Bu itki bankların kapitalını xeyli zədələdi və bankların bir çoxunda kapitala dair normativlər pozuldu.  Bir-biri ilə əlaqəli olan əmanət və kredit bazarı son illərin əhəmiyyəti artımından sonra kiçilməyə başladı və hər ikisində neqativ tendensiya müşahidə edildi. 

2014-cü ilin sonlarından başlayaraq cəmiyyətdə hakim olmuş devalvasiya qorxusu əhalini əmanət, bankları isə kredit siyasətində korrektələr etməyə sövq etdi. Əmanət bazarında bir tərəfdən sürətli dollarlaşma, digər tərəfdən əmanətlərin banklardan geri çəkilməsi tendensiyası kreditləşməni də dollarlaşma “virus”una yoluxdurdu.  Bununla da təkcə əhalinin yox, həmçinin bankların sonrakı dövrlərdə başağrısına çevriləcək siyasətin əsası qoyuldu.

21 fevral 2015-ci ildə baş vermiş birinci devalvasiyadan sonra əmanətlərin həcmi 35% azalaraq 7,6 milyard dollardan 5 milyard dollara düşdü. Bu müddətdə əmanətlərin dollarlaşması səviyyəsi 62%-dən 81%-ə yüksəldi. Halbuki 2014-cü ilin sonları dollar əmanətlərin payı daha az - 36-37% civarında olub. Devalvasiya qorxusu və əmanətlərin dollarlaşması bankları manat kreditlərini məhdudlaşdırmağa vadar etdi.  Elə bunun nəticəsi olaraq dollar kreditlərinin payı 2014-cü ilin sonlarındakı 27%-dən 50%-ə qədər yüksəldi. Devalvasiya nəticəsində dollar krediti götürən əhalinin və sahibkarların aylıq ödənişi 2 dəfəyədək artdı və bu, onların ödənişinə mənfi təsir etdi, vaxtı keçmiş kreditləri stimullaşdırdı. Bankların da qara günləri elə bundan sonra başladı. Hazırda rəsmi məlumatlara görə, problemli kreditlərin payı 8,3%-dir ki, bu da son 12 ildən ən yüksək göstəricidir. Ödənilməyən kreditlərin həcmi isə rekord səviyyəyə - 1,5 milyard manata yüksəlib. Müstəqil qiymətləndirmələrdə problemli kreditlərin həcminin daha çox olduğu göstərilir.

İndi aktivləri pisləşmiş banklar öhdəliklərini icra etmək çətinliyi ilə üzləşiblər. Həm xarici borcların, həm də əmanətlərin qaytarılması problemləri yaranıb. Banklar kütləvi şəkildə xarici boclarından qurtulmağa çalışırlar, xaricdən yeni vəsait cəlb etmək imkanları isə getdikcə çətinləşir. Uğursuz konsolidasiya təşəbbüslərindən sonra Mərkəzi Bank ilin əvvəlində 6 bankın lisenziyasını geri aldı. Həmin bankların əmanətçilərinin sığortalanmış tələbi ödənildi. Ancaq bir sıra banklarda əmanətlərin qaytarılmasında çətinliklər yaranıb. Dövlət  və sistem əhəmiyyətli bank olan Beynəlxalq Bankın milyardlarla ölçülən zərərli aktivləri dövlət büdcəsi və Mərkəzi Bankın vəsaitləri hesabına həll edildi. Digər iri bank – ikinci ən böyük depozit portfelinə malik Bank Standartın aktivlərinin sağlamlaşdırılması üzərində iş gedir. Bəzi banklara Mərkəzi Bank yardımlar etməklə onlara dəstək verməyə çalışır. Ancaq problemin dərinliyi hələ də qalmaqdadır. Dollarla götürülən kreditlərin qaytarılmasında ləngimələr bankların onsuz da ağır olan vəziyyətini daha da çətinləşdirir. Bir tərəfdən kreditqoyuluşunun azalması, əmanətlərin geri çəkilməsi, digər tərəfdən də verilmiş kreditlərin geri qaytarılmaması bankların gəlirlərini azaltmaqla yanaşı, onları faktiki olaraq müflisləşmə həddinə gətirib. Müstəqil ekspertlərin və iqtisadçıların, habelə bir sıra millət vəkillərinin müraciətinə rəğmən hökumət devalvasiya nəticəsində banklara və əhaliyə dəymiş zərəri hansısa formada kompensasiya etmək niyyətində deyil. Zaman ötür, yaranmış bank-müştəri qarşıdurması getdikcə daha da dərinləşir. Ölkənin maliyyə dayanıqlığı getdikcə risk altına düşür. Təkcə Beynəlxaq Bankın xilasına milyardlarla vəsait xərcləyən hökumət əhalinin (həm də bankların) problemini həll etmək üçün bir neçə yüz milyon manatı verməyə  lüzum görmür. Yəqin ki Bank Standartın xilası üçün əlavə bir neçə yüz milyon tələb olunacaq. Ancaq proses bununla bitməyəcək. Digər banklar da çətin vəziyyətdədir. Bir sıra banklara qeyri-rəsmi olaraq kapitallarını artırmaq tələbinin qoyulması çıxış yolu deyil. Əmanətlərə 100% dövlət zəmanətinin verilməsi əmanət bazarını xilas edə bilmir. Əmanətlərin Sığortalanması Fondunda pul qalmayıb. Hansısa bank bağlansa əmanətçilərin pulunu dövlət verməli olacaq.  Ya da əmanəti qaytarmamaq üçün Bank of Azerbaijan nümunəsində olduğu kimi bankları “ölü can”a çevirməli olacaqlar.

Bir məsələni etiraf etməliyik ki, ölkə iqtisadiyyatı tənəzzül dövrünə qədəm qoyub. Bank sektorunda ixtisarlar, filialların bağlanması tendensiyası müşahidə edilir. İqtisadiyyatın kiçilməsi bankların sayının çoxluğunu daha qabarıq şəkildə göstərir, onların gəlirlərini azaldır. Belə vəziyyətdə əksər ölkələrdə olduğu kimi Azərbaycanda da bankalra dövlət dəstəyinin olması  məsələsi gündəmə gəlir. Bir qayda olaraq böhran dövründə əksər ölkələrdə dövlət bank sektoruna müxtəlif formalarda dəstək verərək ölkənin maliyyə dayanıqlığını qoruyur.

Bankların xilası üçün beynəlxalq təcrübədə aşağıdakı tədbirlərindən istifadə olunur.

1. Maliyyə qurumlarında problemli aktivlərin sağlamlaşdırılması məqsədilə keyfiyyətsiz (zərərli) aktivlərin alınması - Almaniya, İrlandiya, Cənubi Koreya, İsveçrə, ABŞ, Böyük Britaniya, Fransa kimi ölkələrdə həyata keçirilib. ABŞ-da Toksik aktivlərin sağlamlaşdırılması üçün xüsusi proqram (Troubled Assest Relief Program - TARP) qəbul edilib. ABŞ-ın mərkəzi bankı olan Federal Ehtiyat Sistemi Fannie Mae və Freddie Mac korporasiyalarının ipoteka istiqrazlarını alıb. ABŞ hökuməti zərərli aktivlərin alınmasına 1 trilyon dollar, Britaniya hökuməti isə 600 milyard funt sterlinq xərcləyib.

Zərərli aktivlərin alınmasının mahiyyəti belədir ki, əvvəlcə, xüsusi dövlət şirkəti yaradılır. Sonra həmin şirkət tərəfindən alınacaq aktivlərin həcmi və proqrama cəlb ediləcək maliyyə təşkilatlarının siyahısı müəyyənləşdirilir. Prosesin əsas elementi alınacaq aktivlərin dəyərinin müəyyənləşdirilməsidir. Alış qiyməti balans dəyəri, bazar dəyəri və ya hər ikisinin orta səviyyəsi götürülə bilər.  Alış əks hərrac (ən aşağı qiymətə alış) prinsipi ilə aparılır.

2. Rekapitalizasiya (səhmlərin alınması yolu ilə, o cümlədən subardinasiya borcu şəraitində mülkiyyətdə iştirak etməklə əlavə kapitalın cəlbi) - Rekapitalizasiyanın əsas məqsədi bankların ödəmə qabiliyyətinin yaxşılaşdırılması və kredit aktivliyini dəstəkləməkdir. Rekapitalizasiya Niderland, Belçika, Yaponiya, ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, Portuqaliya, İsveçrə, Cənubi Koreya kimi ölkələrdə həyata keçirilib.

Əsas antiböhran strategiyası qismində əksər ölkələr bankların səhmlərinin dövlət tərəfindən alınması siyasətinə üstünlük veriblər. Bu siyasət daha çox iri banklara, yəni bağlanması ölkə iqtisadiyyatının makroiqtisadi sabitliyini təhlükə altına ala biləcək maliyyə təşkilatlarına münasibətdə atılıb. Rekapitalizasiya mexanizmi hər bir ölkədə özünəməxsus aparılıb. Məsələn, Böyük Britaniyada hökumət ən böyük banklara, Çində ən böyük bank olan Aqrar banka, Yaponiyada isə real sektoru maliyyələşdirən banklara dəstək göstərilib. Böyük Britaniyada dövlət tərəfindən dəstək kommersiya əsasında aparılıb və müvəqqəti xarakter daşıyıb.

Yaponiyada maliyyə təşkilatlarının yenidənkapitallaşması proqramına 222 milyard dollar, Çində 29 milyard dollar, Böyük Britaniyada 50 milyard funt sterlinq, ABŞ-da 700 milyard dollara qədər vəsait xərclənib. 

3. Əmanətlərin sığortalanması. Bu mexanizmin əsas məqsədi əhalinin banklara inamını artırmaqdır. Praktiki olaraq bütün ölkələr bankların ödəmə qabiliyyəti itəcəyi təqdirdə əmanətləri qaytarmaq üçün əmanətləri sığortalanma mexanizmi yaradıblar. ABŞ-da bank əmanətlərinin sığortalanması məbləği 100 min dollardan 200 min dollara qədər artırılıb.

4. Digər öhdəliklərə zəmanət verilməsi (yeni borc qiymətli kağızları buraxılışı yolu ilə borcun konvertasiyası) - Bank qurumlarına inamı artırmaq, banklardan əmanət çıxarılmasının qarşısını almaq və ya öhdəliklərin vaxtından əvvəl icrası tələblərinin yaranması ilə əlaqədar əksər ölkələrdə dövlətin maliyyə resursları hesabına bankların borclarına zəmanət verilməsi təcrübəsi mövcuddur. Məsələn, ABŞ-da likvidliyin artırılması üçün FES banklararası kreditlərlərə və digər bank borclarına zəmanət verib. Britaniyada da hökumət banklararsı ssudalara zəmanət verib. Belə proqramların maliyyələşdirilməsinə ABŞ hökuməti 700 milyard dollar, Britaniya 250 milyard funt sterlinq, Rusiya isə 50 milyard dollar sərf edib.  

Mexanizmlər bunlarla məhdudlaşmır. Geniş olmasa da rekapitalizasiyanın digər forması - dövlətin dəstəyi ilə bankın xarici investor tərəfindən alınması mexanizmi də mövcuddur. Bundan başqa prudensial tənzimləmənin məhdudlaşdırıcı  normalarını, aşağı likvidli istiqrazların daha liberal qiymətləndirmə formasını tətbiq etmək olar. Belə tədbirlər bir tərəfdən bankın kapitallaşmasını gəlirlər vasitəsilə artırmağa imkan versə də, digər tərəfdən bu, zəruri aktivlərin silinməsinin ləngiməsinə və əməliyyatların şəffaflığının azalmasına gətirib çıxara bilər.  

Qeyd etmək yerinə düşər ki, İrlandiya, İsveç, Böyük Britaniya və ABŞ kimi ölkələrdə maliyyə intervensiyasının ümumi həcmi ÜDM-in 50%-i səviyyəsində olub. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının ölkələrinin yarısında belə intervensiyaların həcmi ÜDM-in 10%-i həddində olub.

Azərbaycanda hələki beynəlxalq təcrübədə geniş yayılmış təcrübələrin 2-sindən yararlanıb. Onlardan biri əmanətlərə dövlət zəmanətinin verilməsi, digəri isə Beynəlxalq Bank nümunəsində zərərli aktivlərin dövlət tərəfindən sağlamlaşdırılmasıdır.

Xarici ölkələrdə maliyyə sektorunda aparılan sağlamlaşdırma əməliyyatlarında əsas diqqəti cəlb edən məqamlardan biri zamandır. Qlobal maliyyə böhranı baş verən andan bir neçə ay ərzində hökumətlər maliyyə sektorunu xilas etmək üçün xilasedici proqramlar hazırladılar. Azərbaycanda isə ilk devalvasiyanın vurduğu zərərdən ilyarım zaman ötsə də hökumət tərəfindən hələki hansısa kompleks tədbirləri özündə ehtiva edən xilas paketi yoxdur. Bir-iki bankı çıxsaq ümumilikdə kredit təşkilatlarının dəstəklənməsi addımları isə daha çox Mərkəzi Bank tərəfindən devalvasiyanın zərərlərini azaltmağa yönəlik epizodik təşəbbüslərdən ibarətdir. Bu təşəbbüslər təəssüf ki, bank aktivlərinin təsnifləşdirilməsi qaydalarının yumşaldılması, ehtiyat normalarının azaldılması ilə məhdudlaşır.  Halbuki neft pullarının yaratdığı “parnik istiliyi”nə uyğunlaşmış banklarımız açıq hava şəraitində  “donmağa” məhkumdurlar. Əvvəl Mərkəzi Bankın, sonrasa Maliyyə Bazarlarına Nəzarət Palatasının istehlak kreditləşməsinə dair qəbul etdikləri məhdudlaşdırıcı tədbirlər (məsələn, aylıq gəlirlərkə aylıq kredit ödənişi arasında asılılıq, istehlak kreditllərin faiz dərəcələrinə limit tətbiqi) və zamanında tətbiq edilməyən məhdudiyyətlər (məsələn, manatla gəliri olanlara xarici valyutada istehlak kreditlərinin verilməsinin qadağan edilməsi) bankların immunitetini daha da azaltdı.

Qeyd etməliyəm ki, bankların problemləri fonunda kölgədə qalan bank olmayan kredit təşkilatlarının vəziyyəti daha acınacaqlıdır.  

Azərbaycanda bank sektoruna edilən dəstəyin narahatedici digər məqamı prosesdə şəffaflığın və açıqlığın olmamasıdır. Beynəlxalq Banka dövlət büdcəsi hesabına edilən maliyyə yardımı qapalı şəraitdə aparılır. Bank Standartın sağlamlaşdırılması forması və mexanizmi hələ də cəmiyyətə məlum deyil. Mərkəzi Bank tərəfindən banklara verilən kredit dəstəyi haqqında məlumatlar ictimaiyyətə açıqlanmır. Bankların sağlamlaşdırılması prosesində Mərkəzi Bankla Palatanın səlahiyyət çərçivəsi tam aydın deyil.

Bankların xilası üçün hökmətin vahid strategiyasının olmaması aparılan tədbirləri sistemsiz etməklə yanaşı onun səmərəliliyini aşağı salır. Bu baxımdan maliyyə sektorunun dayanıqlığının artırılması, bank sektorunun sağlamlaşdırılması üçün Təcili Tədbirlər Paketi hazırlanmalıdır. Fikrimcə, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının timsalında hökumət  bankların rekapitalizasiyası imkanlarını nəzərdə keçirməlidir. Tədbirlər Paketinin səmərəliliyini artırmaq üçün mülkiyyət formasından asılı olmayaraq banklar şərti olaraq 3 kateqoriyaya (sistem əhəmiyyətli banklar, orta səviyyəli banklar, zəif və sistem üçün təhlükə yaradan banklar) bölünə bilər.  Sistem əhəmiyyətli və orta səviyyəli bankların xilası üçün zərərli aktivlərinin alınmasına və bankların səhmlərində dövlətin iştirakına üstünlük verilir. Zəif və sistem üçün təhlükə yaradan bankların isə ləğvi və ya birləşdirilməsi məsələsi əsas götürülməlidir.  Hər bir halda dövlət dəstəyi bütün banklara şamil edilməməlidir. Əsas dəstək yerli kapitalın üstünlük təşkil etdiyi banklara verilməlidir.

Ümumilikdə Təcili Tədbirlər Paketi çərçivəsində bank sektorunun xilası üçün aşağıdakı addımların atılması məqsədəuyğun olardı.

  • Dövlətin iştirakı ilə Maliyyə Bazarlarında Sabitlik Fondu yaradılır və dövlət bankların  səhmlərində müvəqqəti olaraq payçı qismində iştirak edir. Dövlət iştirakçılığı zamanla limitləşdirilməli, müəyyən müddətdən sonra (5-10 il) dövlət öz payını özəl sektoruna xeyrinə azaltmalıdır.
  • Bankların konsolidasiya prosedurlarının sadələşdirilməsi, konsolidasiya təşəbbüslərinin stimullaşdırılması üçün dövlət tərəfindən yardım və güzəşt paketinin təqdim edilməsi
  • Yerli bankların xarici maliyyə institutlarından cəlb etdikləri kreditlərə dövlət zəmanətlərin verilməsi   
  • Banklarda hökumət depozitlərinin,  o cümlədən Neft Fondunun vəsaitinin müəyyən hissəsinin depozit şəklində yerləşdirilməsi
  • Büdcə təşkilatlarının hesablarının banklar arasinda bölüşdürülməsi və onların uzunmüddətli və ucuz maliyyə vəsaitlərinə çıxışının təmin edilməsi
  • Milli valyutada cəlb edilmiş əmanətlərin sığortalanma faizlərinin 12%-dən 15%-ə yüksəldilməsi, belə əmanətləri devalvasiyadan qorumaq üçün indeksasiya sisteminin tətbiqi və əmanətlərin vaxtından əvvəl götürülməsinə bir müddət qadağa qoymaq

 

  

 

 

 

 

 

 

 

 

Tarix: 10 Iyul 2016  |  Baxış sayı: 1819




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV