Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Açıq Hökumət Təşəbbüsü üzrə hökumət-vətəndaş cəmiyyəti dialoqu mexanizmi yaradılmalıdır
İyulun 21-22 tarixlərində Filippinin paytaxtı Manila şəhərində Açıq Hökumət Tərəfdaşlığı (AHT) çərçivəsində Asiya-Sakit Okean Regional Dialoq adlı ikigünlük konfrans keçirilib. Asiya İnkişaf Bankının mənzil qərargahında baş tutan tədbirə Sakit Okean hövzəsi və Asiya qitəsini AHT-də təmsil edən 12 ölkənin 100-ə qədər iştirakçısı qatılıb.  

Cənubi Qafqaz ölkələrinin dövlət qurumlarının nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçiləri də iştirakçılar sırasında olub. Təəssüf ki, Gürcüstan və Ermənistandan fərqli olaraq regional konfransda Azərbaycan yalnız vətəndaş cəmiyyəti səviyyəsində təmsil olunub.  Çıxışlarda Azərbaycanın statusunun qeyri-aktiv səviyyəyə endirilməsi təəssüf hissi ilə vurğulandı.

Qeyd edim ki, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti olaraq tədbirdə iştirak etmişəm. İstər tədbirdəki çıxışımızda, istər qrup, istərsə də fərdi görüşlərdə vətəndaş cəmiyyəti olaraq Azərbaycanın AHT təşəbbüsündə qalmasında maraqlı olduğumuzu, ölkəmizin statusunun yaxşılaşdırılması üçün hökumətlə dialoqa hazır olduğumuzu qeyd etdim. Əlbəttə əsas suallar hökumətin buna nə dərəcədə hazır olması ilə bağlı idi və əsas gözləntilər də ondan idi. Bu suallara isə orda iştirak etməli olan hökumət nümayəndəsi cavab verməli idi.

Regional tədbir qarşıya 3 məqsəd qoymuşdu:

- Uğurlu təcrübələri bölüşməkdə və mənimsəməkdə ölkələr üçün məkanın yaradılması
- AHT üzrə yeni qəbul edilmiş Milli Fəaliyyət Planlarının (2016-2018) təqdimatı və rəylərin alınması

- Milli Fəaliyyət Planlarının dəstəklənməsi üçün tələblərin müəyyənləşdirilməsi

Müzakirələrdə həm dövlət qurumlarının, həm də vətəndaş cəmiyyətinin nümayəndələri ayrı-ayrılıqda təmsil etdikləri ölkələr üzrə yeni Milli Fəaliyyət Planının icra vəziyyəti barədə qısa açıqlamalar verdi. Hər bir ölkə təmsilçisi AHT sahəsində həyata keçirdikləri layihələr və təşəbbüslər, əldə olunan nailiyyətlər barədə çıxış etdi. Monqolustanda  mineral, neft və daşınmaz əmlaka sahiblik lisenziyalarının ictimai onlayn bazası yaradılıb. Gürcüstanda  vətəndaşların hökumətə təkliflərinin çatdırılması üçün I-change.ge elektron petisiya platforması yaradılıb. Ermənistanda Maliyyə Nazirliyi büdcə xərclərinin elektron bazasını yaradıb və xərc maddələrinin təşkilatlar və sahələr üzrə bölgüsü göstərilib.

Hökumət qurumları ilə vətəndaş cəmiyyəti arasındakı dialoq tədbirin əsas müzakirə mövzusu oldu. AHT-nin baş direktoru Sanjay Pradhan çıxışında Açıq Hökumət Təşəbbüslərinin dəstəklənməsini vətəndaşların hüquq və imkanlarının artırılması üsulu kimi görür. Onun sözlərinə görə, üzv ölkələrin ambisiyalarını artırmaq lazımdır ki, vətəndaşların ən mühüm tələbləri ödənilməklə onların həyat səviyyəsi nəzərəçarpacaq dərəcədə yüksəlsin. Onun fikrincə, bunun üçün prosesə daha çox hökumət qurumu və vətəndaş cəmiyyəti qoşulmalıdır.

“Açıq hökumət sistemləri və prosesləri daha şəffaf idarəetmək üçün hökumət və vətəndaş cəmiyyətinin birgə çalışdığı müstəvini gücləndirir. Asiya-Sakit Okean regionu ölkələrində hökumət və vətəndaş cəmiyyəti kimi əsas iştirakçıların dialoqu təcrübələrin bölüşdürülməsi və yeni sahələrin müəyyənləşdirilməsi baxımından onları birləşdirir., “ - Asiya İnkişaf Bankının AHT üzrə əlaqəli şəxsi Haidy Ear-Dupuy çıxışında bildirib.   

Hökumət qurumları ilə vətəndaş cəmiyyəti arasındakı dialoq Azərbaycan üçün də aktualdır. Müzakirələrdən məlum oldu ki, İndoneziya, Monqolustan, Filippin, Gürcüstan və Ermənistanda AHT təşəbbüslərinin yayılması üçün hökumət qurumları ilə vətəndaş cəmiyyəti nümayənlərinin iştirakı ilə konsultativ mexanizmlər yaradılıb. Məsələn, Gürcüstanda hökumət və vətəndaş cəmiyyətinin iştirakı ilə Forum yaradılıb. Forumda həmsədrlik prinsipi ilə idarə edilir. Həmsədrlər hökumət və vətəndaş cəmiyyəti nümayəndələri arasından seçilir. Digər ölkələrdə də analoji mexanizmlər fəaliyyət göstərir.

Tədbir iştirakçıları hökumət-vətəndaş cəmiyyəti dialoqu barədə ətraflı danışdıqları halda Azərbaycanda belə dialoqun olmaması təəssüf hissi doğurur. Azərbaycan AHT təşəbbüsünə ilk qoşulan ölkələrdəndir.  Hökumət Təşəbbüsdə iştirakı dövründə 2 dəfə Fəaliyyət Planı qəbul edib. Yeni Fəaliyyət Planı 2016-cı ildə qəbul edilib. Ancaq 4 illik fəaliyyət dövründə AHT çərçivəsində vətəndaş cəmiyyəti ilə dialoq mexanizmi yaradılmayıb. Halbuki vətəndaş cəmiyyəti ilə məsləhətləşmələrin aparılması AHT təşəbbüslərinin effektiv yayılmasının əsas şərtidir.

2016-cı il may ayının 4-də Cənubi Afrika Respublikasının Cape Town şəhərində keçirilən Açıq Hökumət Tərəfdaşlığının Rəhbər Komitəsinin iclasında Azərbaycanın statusunun tamhüquqlu üzvlükdən qeyri-aktiv ölkə statusuna endirilməsinin də əsas səbəbi məhz ölkədə vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə məhdudiyyətlərin yaradılması olub.

Azərbaycanda Açıq Hökumət Təşəbbüslərinin yayılması istiqamətində vətəndaş cəmiyyəti ilə konsultativ mexanizmlərin qurulması, o cümlədən vətəndaş cəmiyyətinin cəmləşdiyi Platformanın yaradılması, hökumətin vətəndaş cəmiyyətinin səslərini eşitməsi, onlarla dialoq və məsləhətləşmələr aparması vacibdir.

Konfransda AHT təşəbbüsünün ilk 5 illik fəaliyyətinə qiymət vermək və növbəti 5 il üçün prioritetləri müəyyənləşdirmək baxımından da maraqlı müzakirələr aparıldı. Bir məsələ aydındır ki, növbəti beş ildə də hökumət-vətəndaş cəmiyyəti dialoqu prioritet olaraq qalacaq. Azərbaycanın tamhüquqlu üzvlüyü bərpa edilməsi üçün hökumətin bir ildən də az vaxtı qalıb.  Bu müddətdə vətəndaş cəmiyyətinin normal fəaliyyəti üçün xeyli işlər görülməlidir. Qarşıdan isə növbəti tədbir gəlir. 2016-cı ilin dekabrında Parisdə AHT-nin növbəti Qlobal Sammiti keçiriləcək. Həmin tədbirə qədər hökumət-vətəndaş cəmiyyəti dialoqu mexanizmi ortaya qoyulmalıdır.


Tarix: 26 Iyul 2016  |  Baxış sayı: 376




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV