Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Açıq Hökumət Tərəfdaşlığına dair 3 kitab
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspert qrupu kitab təqdimatı keçirtdi

Mayın 18-də Holiday İnn otelində  İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspert qrupu tərəfindən hazırlanmış Açıq Hökumət Tərəfdaşlığına aid 3 hissəli kitabların təqdimatı olub.

Açıq Hökumətin Təşviqinə Dair  Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının iştirakı ilə təşkil edilən təqdimatda dövlət qurumları, vətəndaş cəmiyyəti nümayəndələri, müstəqil ekspertlər iştirak edib.

Təqdimata giriş edən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev təmsil etdiyi təşkilatın Açıq Hökumət Tərəfdaşlığı təşəbbüslərinin Azərbaycanda yayılmasında maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan şəffaflığı, hesabatlılığı, ictimai iştirakçılığı özündə birləşdirən belə bir beynəlxalq təşəbbüslərdən kənarda qalmamalıdır.

Kitabların həmmüəlliflərini təqdim edən çıxışçının sözlərinə görə, 3 hissədən ibarət olan nəşrlər əsasən bələdçi funksiyasını daşıyır. “"Açıq Hökumət Tərəfdaşlığı: ümumi prinsiplər, əsas istiqamətlər" adlı kitabda AHT-nin missiyası, öhdəlikləri, vəzifələri, meyarları və fəaliyyət istiqamətləri barədə məlumatlar əksini tapıb. "Açıq Hökumət Tərəfdaşlığı: uğurlu təcrübələr" adlı ikinci kitaba AHT-yə üzv ölkələrdə həyata keçirilən uğurlu nümunələr oxuculara təqdim edilir. “Açıq Hökumət Tərəfdaşlığı: hökumət və vətəndaş cəmiyyəti əməkdaşlığı təcrübələri” kitabında isə AHT-tə üzv ölkələrdə vətəndaş cəmiyyəti ilə hökumətin əməkdaşlıq formatları, Milli Fəaliyyət Planlarının işlənməsində və icrasında iştirak və məsləhətləşmə mexanizmləri əksini tapıb.

Avrasiya Əməkdaşlıq Fondunun proqram rəhbəri Gülnarə İsmayılova nəşrlərin Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində hazırlandığını vurğuladı. G.İsmayılova eyni zamanda təmsil etdiyi təşkilatın dəstəyi ilə Azərbaycanda Açıq Hökumət təşəbbüslərini yayılmasını dəstəkləyən bir neçə layihənin icra olunduğunu qeyd etdi.

Açıq Hökumətin Təşviqinə Dair Hökumət - Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev kitabların AHT sahəsində məlumatlılığın artırılmasında faydalı olacağını qeyd edərək onları Platformanın üzvləri arasında paylanacağını, habelə Platformanın internet səhifəsində nəşrin elektron versiyasının yerləşdiriləcəyini bildirib. Ə.Nuriyev eyni zamanda AHT təşəbbüsündə hökumət-vətəndaş cəmiyyəti əməkdaşlığının vacibliyini vurğulayaraq təmsil etdiyi Platformanın gördüyü işlər barədə danışıb və AHT sahəsində işləyən QHT-ləri üzvlüyə dəvət edib.

Təşkilatın eksperti, layihənin meneceri Samir Əliyev diqqəti nəşrlərin hazırlanması zərurətinə yönəldərək kitabların dövlət qurumları, vətəndaş cəmiyyətinin üzvləri, o cümlədən kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri, müstəqil ekspertlər üçün faydalı töhfə olacağına ümidvar olduğunu bildirdi.

Avrasiya Əməkdaşlıq Fondu ilə imzaladığı xidməti müqavilə əsasında həyata keçirildiyini xatırladaraq S.Əliyev bildirib ki, proqram çərçivəsində martın 14-15 tarixlərində xarici təlimçinin iştirakı ilə KİV və QHT təmsilçiləri üçün “Media və vətəndaş cəmiyyətinin Açıq Hökumət Tərəfdaşlığı təşəbbüslərində rolunun artırılması” mövzusunda ikigünlük təlim keçirilib. Təlimə ümumilikdə 30-dək mətbuat və vətəndaş cəmiyyəti nümayəndələri qatılıb. Onun sözlərinə görə, bundan başqa internet TV-də və dövrü mətbuatda AHT təşəbbüsündən irəli gələn öhdəlikləri və onları icrası barədə verilişlər və məqalələr dərc edilib.

Təqdimatda iştirak edən Rauf Nəsibbəyli, İsrail İsgəndərov və digər qonaqlar açıq hökumət Təşəbbüsünün yayılmasında bu tip nəşrlərin faydalı olacağını dilə gətiriblər.


Tarix: 18 May 2017  |  Baxış sayı: 110




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV