Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Torpaq hərracı barədə elanlar “Torpaq” qəzetində veriləcək
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi aparatının rəhbəri Rafiq Süleymanov açıqlamasında deyib ki, artıq qəzetin ölkə ərazisində yayımını təşkil etmək “Qasid”lə müqavilə bağlanıb. Bundan başqa, hərraclar barədə elanlar komitənin internet saytında (www.dtxk.gov.az) da mütəmadi olaraq yerləşdiriləcək. Onun sözlərinə görə, hərracların keçirilməsi kütləvi tədbir olduğundan elanların və məlumatların ictimaiyyətə çatdırılmasına xüsusi diqqət yetiriləcək.
Bununla belə, həmin elan və məlumatların televiziyalarda, ölkənin ən çox oxunan, tirajlı media vasitələrində yayımının təşkili nəzərdə tutulmur. Rafiq Süleymanov bunu yayım xərclərinin çox olması ilə əlaqələndirir: “Biz bu məsələni çox ölçüb-biçmişik. Qəzetlərdə, televiziyalarda və başqa KİV-lərdə elanların verilməsi çoxlu vəsait tələb edir. Ona görə də komitə özünün qəzetini təsis etdi ki, daha az xərclərlə hərraclar barədə elanları kütləvi şəkildə yaya bilək”.
Bir gerçəklikdə var ki, rəsmi qurumların təsis etdiyi qəzetlər spesifik sahəyə aid olduğundan geniş ictimaiyyəti maraqlandırmır. Bu səbəbdən “Torpaq” qəzetindəki elanların geniş oxucu dairəsi üçün əlçatanlığı şübhə doğurur. Ancaq Rafiq Süleymanov hesab edir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin elan və bildirişləri “Torpaq” qəzetində dərc etdirməyə məcburdur. Onun sözlərinə görə, komitə yeni torpaq siyasəti ilə bağlı təbliğat-izahat kampaniyası da aparmalıdır və bunun üçün qurumun özünün qəzetinin olması vacibdir: “Bizim elan və bildirişlərdən başqa torpaq bazarı ilə bağlı bülletenlərimiz də olur. Elan və bildirişlərimiz isə kütləvi şəkildə yayılmalıdır. Ona görə də qəzetin olması çox vacibdir. Biz bu məsələni Prezident Aparatı və aidiyyatı orqanlarla razılaşdırmışıq. Çünki elə ola bilər ki. Bir ayda 100-200 hərrac keçirilsin. Bu elanları ödənişli şərtlərlə mətbuatda yayımlamaq bizə baha başa gələr”.
Komitə rəsmisi vurğulayıb ki, bildirişlər qəzetdə çox yer tutmasın deyə, cədvəl formasında yerləşdiriləcək. Onun sözlərinə görə, komitədə hərraclarla bağlı “qaynar xətt” də yaradılıb və vətəndaşlar onları maraqlandıran sualları maraqlandıran suallara cavab ala biləcəklər.
“Ancaq işin həcmindən asılı olaraq, televiziyaların, qəzetlərin və internet saytlarının da imkanlarından istifadə edəcəyik. “Torpaq” qəzeti vasitələrdən biridir. Elə bələdiyyələr var ki, artıq həmin qəzetə abunə yazılmağa başlayıb. Yəni qəzetə maraq çox böyükdür. Lakin ehtiyac olsa, başqa KİV-lə də bu sahədə əməkdaşlıq edəcəyik” - deyə, Rafiq Süleymanov əlavə edib”.
Tarix: 26 Mart 2009  |  Baxış sayı: 2005




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV