Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Rusiya hökuməti 3 illik büdcəyə “добро” verdi

2010-2012-ci illərin büdcə gəlirlərinin ÜDM-də payı azalacaq

Rusiya hökuməti “2010-cu ilin və 2011-2012illərin planlaşdırılmış federal büdcəsi haqqında” qanunu qəbul edib. “İqtisadi forum” jurnalının məlumata görə, bu barədə Rusiya Federasiyasının maliyyə naziri Aleksey Kudrin hökumətin yığıncağının nəticələri barədə açıqlama verərkən bildirib.

Qəbul edilmiş layihəyə əsasən 2010-cu ildə büdcə kəsiri 2 trilyon 936,9 milyard (ÜDM-in 6,8%-i), 2011-ci ildə 1 trilyon 934,1 milyard (ÜDM-in 4%-i), 2012-ci ildə isə 1 trilyon 611,4 milyard rubl (ÜDM-in 3%-i) olacaq. 2009-cu ildə büdcə kəsiri 3 trilyon 217,6 milyard rubl (ÜDM-in 3%-i) planlaşdırılıb.

2010-2012-ci illərdə federal büdcənin gəlirləri mütləq məbləğdə artsa da ÜDM-də payı azalacaq. 2010-cu ildə 6950 milyard, 2011-ci ildə 7455,7 milyard, 2012-ci ildə isə 8069,6 milyard rubl olacaq. 2010-cu ildə ÜDM-də payı 2009-cu ildəki 17,2%-dən 16,1%-ə, 2011-ci ildə 15,5%-ə, 2012-ci ildə isə 15%-ə düşəcək. Gəlirlərin payının ÜDM-də aşağı düşməsinə təsir edən əsas amil vahid sosial verginin sığorta ödənişi ilə əvəzlənməsi və neft-qaz gəlirlərinin payının (ABŞ dollarının rubla olan məzənnəsinin, neftin proqnoz qiymətinin, neft hasilatının vergiyə cəlb edilən həcminin və neft ixracının azalması səbəbindən) azalmasıdır.

Gəlirlərin azalması özünü xərclərin azalmasında da göstərib. Belə ki xərclərin ÜDM-də payı 2009-cu ildəki 25,5%-dən 2010-cu ildə 22,9%-ə, 2011-ci ildə 19,5%-ə, 2012-ci ildə isə 18%-ə düşəcək. Mütləq həcmdə büdcə xərcləri müvafiq olaraq 9886,9 milyard (2010), 9389,8 milyard (2011) və 9681 milyard rubl (2012) olacaq.  

Büdcə kəsirinin əsas maliyyələşmə mənbəyi 2010-cu ildə Ehtiyat fondu, 2011-2012-ci illərdə isə Milli Rifah Fondu olacaq.  2010-cu ildə dövlət orqanlarının xərcləri 20% azaldılacaq. Bu azalma prezidentdən tutmuş adi dövlət qulluqçusuna kimi şamil ediləcək.

Büdcənin tərtibində neftin qiyməti 2010-cu ildə bir barel üçün 58 dollar, 2011-ci ildə 59 dollar, 2012-ci ildə isə 60 dollar həddində proqnozlaşdırılıb. ÜDM-in artım tempi isə illər üzrə 1,6%, (ÜDM-in həcmi 43187 milyard rubl) 3% (48072 milyard rubl) və 4,3% (53712 milyard rubl) götürülüb.
Tarix: 24 Sentyabr 2009  |  Baxış sayı: 1182




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV