Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Toyota ən bahalı avtomobil brendidir
Böhran avtomobil brendlərini ucuzlaşdırıb

İnterbrand versiyası üzrə 2009-cu ildə dünyanın 100 ən bahalı brendinin 12-si avtomobil şirkətlərinə məxsusdur. Qlobal böhranın təsiri nəticəsində avtomobil şirkətlərinin ticarət nişanları orta hesabla 10% ucuzlaşıb. Bu barədə “İqtisadi forum” jurnalı Interbrand Korporasiyasının 2009-cu il üzrə "Ən yaxşı qlobal brendlər" (Best Global Brands) reytinq cədvəlinə istinadən xəbər verir.

Reytinq cədvəlinə görə, dünyanın ən bahalı avtomobil brendi “Toyota” şirkətinə məxsusdur. Hazırda yapon brendi 31,330 milyard dollar dəyərində qiymətləndirilir. Ötən illə müqayisədə “Toyota” ticarət nişanı 8% ucuzlaşaraq 100 ən bahalı şirkət arasında 6-cı yerdən 8-ə düşüb. 

Dünyanın ikinci ən bahalı avtomobil brendi “Mercedes”ə məxsusdur. Alman markasının dəyəri 23,867 milyard dollar məbləğində qiymətləndirilir. Bu il “Mercedes” üçün də uğurlu olmayıb. Şirkətin ticarət nişanı ötən ildən bəri 7% ucuzlaşıb.

Digər alman markası olan BMW şirkəti 21,671 milyard dollarlıq dəyərlə üçüncüdür. Bu brend 7% ucuzlaşıb. Yaponiyanın “Honda”, ABŞ-ın “Ford” şirkətlərinin brendi isə 4-cü və 5-cü yerləri bölüşdürür. Yapon markası 7% ucuzlaşaraq 17,803 milyard dollara, amerika markası 11% ucuzlaşaraq 7,005 milyard dollara düşüb.

Növbəti yerlərdə gələn almanların “Folsvagen”i 8%, “Audi”si 7% dəyərsizləşərək müvafiq olaraq 6,484 və 5,010 milyard dollara düşüb. Yeganə Cənubi Koreya  avtomobil brendi olan “Hyundai” nişanları 5% ucuzlaşıb. Onun dəyəri 4,604 milyard dollar qiymətləndirilir.

Qlobal böhran ən çox ziyanı amerikanın məşhur Harley-Davidson şirkətinə vurub. Ötən illə müqayisədə bu ticarət nişanı 43% ucuzlaşıb və dəyəri 4,337 milyard dollara düşüb. “Harley-Davidson” “100 ən bahalı brend” siyahısında mövqeyini 50-dən 73-ə kimi itirib.

Alman “Porsche”si 8% ($4,234 milyard), yapon “Lexus”u 12% ($3,158 milyard) dəyərsizləşib. Yeganə italyan modeli olan “Ferrari”nin dəyəri ($3,527 milyard) sabit qalıb. 

2009-cu il üzrə 100 ən yaxşı brend arasında olan 12 avtomobil şirkətinin 5-i alman, 3-ü yapon, 2-si ABŞ-a məxsusdur.

Xatırladaq ki, Interbrand Korporasiyasının 2009-cu il üzrə "Ən yaxşı qlobal brendlər" (Best Global Brands) reytinq cədvəlini tərtib edib. Reyqinq cədvəlinə görə, Coca-Cola şirkəti dünyanın ən bahalı brendi olub. 

Tarix: 25 Sentyabr 2009  |  Baxış sayı: 1138




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV