Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Torpaq hərraclarından öncə "centlmen razılaşmaları" olur

Sonra isə formal hərrac keçirilir

"Monitorinq zamanı keçirilmiş sorğular və müsahibələr, habelə aparılmış müşahidələr göstərdi ki, əsas problemlər hərrac və müsabiqəyə qədər olan dövrdə baş verir. Məhz bu dövrdə “centlmen razılaşmaları” baş verir. Hərrac və ya müsabiqənin keçirilməsi isə daha çox formal xarakter daşıyır". "İqtisadi forum" jurnalının məlumatına görə, bu fikirlər İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sentyabrın 29-da keçirdiyi mətbuat konfransında səslənib.

Konfransda bələdiyyə torpaqlarının satılması və icarəyə verilməsi ilə bağlı keçirilən hərrac və müsabiqələrin monitorinqinin nəticələri açıqlanıb.

İTYİB-in sədr müavini Rövşən Ağayev bildirdi ki, Birlir «Azərbaycanda yerli özünüidarəetmənin gücləndirilməsi» layihəsiçərçivəsində Bərdə və Salyan rayonlarında 14 avqust 2009-cu il tarixində keçirilən bələdiyyə torpaqlarının satılması prosesinin monitorinqini aparıb. Monitorinqin aparılmasında məqsəd bələdiyyə mülkiyyətində olan torpaqların satışı və icarəsi ilə bağlı keçirilən hərrac və müsabiqələrin nə dərəcədə şəffaf və açıq təşkil edildiyini müəyyən etməkdir. R.Ağayev əlavə etdi ki, hazırda həm xarici təcrübə, həm yerli qaninvericilik, həm də monitorinqin nəticələri araşdırılır. Növbəti ay təşkilatın ekspertləri tərəfindən torpaq hərraclarının və ya müsabiqələrinin keçirilməsi mexanizminin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr hazırlanıb hökumətə təqdim ediləcək.

Birliyin eksperti Samir Əliyevin bildirdiyinə görə, Azərbaycanda bələdiyyə torpaqlarının satışından əldə edilən gəlirlər yerli büdcənin əsas gəlir mənbəyi olub. Əgər 2002-ci ildə bələdiyyə büdcəsinin 17,5%-i torpaq satışı və icarəsi hesabına formalaşırdısa, sonrakı illərdə bu rəqəm artaraq 2004-cü ildə 48,6%, 2005-cildə 55,4%, 2007-ci ildə isə 72% təşkil edib. 2008-ci ildə bələdiyyə torpağının özəlləşdirilməsindən əldə edilən gəlirlər 30 milyon manatlıq proqnoza qarşı 14,4 milyon manat olub ki, bunun da ümumi gəlirlərdə payı 43,5% təşkil edib. Buna səbəb ölkə prezidentinin 23 noyabr 2007-ci il tarixdə «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» qanuna etdiyi düzəliş olub. Həmin düzəliş nəticəsində 1 dekabr 2007-ci il tarixdən etibarən birbaşa torpaq satışı qadağan edildi. Bələdiyyə torpaqları ancaq hərrac və ya müsabiqə ilə satıla bilər. Nəticədə 2008-ci ildə ölkə üzrə yerli büdcələrin gəlirləri 75 milyon manat proqnoza qarşı 43 milyon manat icra olmaqla 57,4% təşkil edib.

Sonra natiq monitorinqin nəticələrini mətbuata açıqladı. O, bildirdi ki, bələdiyyə torpaqlarının ancaq hərrac və ya müsabiqə vasitəsilə satılması mexanizminin tətbiqində əsas məqsəd kimi torpaqdan istifadə və icarə hüquqlarının açıq hərrac və ya müsabiqə yolu ilə alqı-satqısını keçirmək, torpaqların dövriyyəsinin səmərəliliyini yüksəltmək, hüquqi və fiziki şəxslər arasında sağlam rəqabəti təmin etməkdən ibarət olduğu göstərilirdi. Nəzəri baxımdan bu mexanizm səmərəli olsa da, Azərbaycanda onun reallaşmasında xeyli nöqsanların mövcud olduğu üzə çıxdı. İyul-avqust aylarında Bərdə və Salyan rayonlarında apardığımız monitorinqin nəticəsi göstərir ki, bu nöqsanlar özünü hərrac və ya müsabiqənin bütün mərhələlərində göstərir.

Monitorinq zamanı keçirilmiş sorğular və müsahibələr, habelə aparılmış müşahidələr göstərdi ki, əsas problemlər hərrac və müsabiqəyə qədər olan dövrdə baş verir. Məhz bu dövrdə “centlmen razılaşmaları” baş verir. Hərrac və ya müsabiqənin keçirilməsi isə daha çox formal xarakter daşıyır. Ancaq hərrac və ya müsabiqədən sonrakı dövrdə də müəyyən problemlər ortaya çıxır.

Hərrac və müsabiqə öncəsi vəziyyətin analizi göstərdi ki, insanların torpaq satışı barədə məlumatlara əlçatanlığında problemlər mövcuddur. Bu məlumatlar ancaq şifahi şəkildə yayılır. “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydaları”na əsasən təşkilatçı, yəni Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi kütləvi informasiya vasitələri ilə yayılmasını təşkil etməlidir. Düzdür, Komitə “Torpaq” qəzetində hərrac və müsabiqələrin keçirilməsi barədə bildirişlər çap edir. Ancaq ayda 1000 nüsxə çap olunan bu mətbuat orqanına əlçatanlıq aşağı səviyyədədir. Monitorinq çərçivəsində məlum oldu ki, Bərdə rayonuna cəmisi 5, Salyan rayonuna isə 7 nüsxə “Torpaq” qəzeti gəlir. Bu nüsxələri əsasən torpaq komitəsinin yerli şöbəsi və rayon icra hakimiyyəti əldə etdiyindən bələdiyyə və əhaliyə demək olar ki, heç nə çatmır. Məhz bunun nəticəsidir ki, sorğu iştirakçıları və bələdiyyə üzvləri belə bir qəzeti ümumiyyətlə görmədiklərini bildiriblər.

Bundan başqa qəzetdə qanunvericilikdə çap olunması məcburi olan məlumatların bir hissəsi əksini tapmır. Bunlar aşağıdakılardır:

- torpağı müsabiqəyə və ya hərraca çıxaran hüquqi şəxsin, yəni bələdiyyənin ünvanı, dövlət qeydiyyatından keçməsi barədə şəhadətnamənin nömrəsi (ancaq bələdiyyənin adı göstərilir);

- müsabiqə və ya hərracın keçirilməsi şərtləri;

- müsabiqə və ya hərracda iştirak etmək üçün təqdim olunan sənədlərin siyahısı;

- müsabiqə və ya hərracda iştirak etmək üçün ərizə forması

Hərrac və ya müsabiqəöncə əsas problemlərdən biri də satışa çixarılan torpağın sənədləşdirilməsi məsələləridir. Torpağın sənədləşdirilməsi üçün çəkilən xərclər bir qayda olaraq yüksək olur. Bu xərclər hətta torpağın satış qiymətindən də baha olur. Hərrac və ya müsabiqənin nəticələrinin ləğv olunması isə rəsmləşdirmə xərclərini bir qədər də artırır. Bütün bunlar bələdiyyə və alıcı vətəndaş arasında gizli sövdələşmələrə gətirib çıxarır. Real olmayan, saxta namizədlər hərrac və müsabiqəyə cəlb edilir. Nəticədə hərrac və ya müsabiqənin qalibi əvvəlcədən razılaşdırılmış şəxslər olur. Bu qalib şəxs torpağın bütün xərclərini ödəyir. Digər tərəfdən rayon üzrə sonuncu hərracda torpağın satış qiymətinin növbəti hərrac üçün ilkin qiymət olması mexanizmi xeyli narazılıq yaradır. Çünki rayon mərkəzində olan torpağın hərracından sonra ucqar bir kəndə məxsus torpağın hərraca çıxarılması onun satışına problem yaradır.

Moniqorinq çərçivəsində əsasən hərracöncəsi və hərrac dövrü araşdırılsa da, hərracdan sonrakı dövrdə də problemlərin olduğu ortaya çıxdı. Belə ki, Ədliyyə Nazirliyinin Bələdiyyələr İş Mərkəzi tərəfində Hərrac komissiyasına məktub göndərilərək hərrac və ya müsabiqələrin nəticələrinin ləğv olunduğunu bildirir. Nazirlik rəsmi məktubunda bunun səbəbini torpağın bazar qiymətindən aşağı satıldığını bildirir. Qanunvericilikdə göstərilir ki, torpaq Nazirlər Kabinetinin müəyyən etdiyi normativ qiymətdən aşağı satıla bilməz. Hərrac və ya müsabiqədə satılan torpaqlar isə bu normativdən ən azı 2 dəfə baha satılır. Deməli, Ədliyyə Nazirliyi qiymətin real qiyməti əks etdirməməsi ilə bağlı fikrində haqlı olsa da, hüquqi baximdan hərrac və ya müsabiqənin nəticəsini ləğv etmək səlahiyyəti yoxdur. Bu, həm də bələdiyyə ərazisində yaşayan əhaliyə hərrac və müsabiqədənkənar satılan torpaqlara da aiddir.

Monitorqinqin yekunu olaraq Bərdə və Salyan rayonlarında bələdiyyə torpaqlarının satışında ortaya çıxan problemləri aşağıdakı şəkildə qruplaşdırmaq olar:

 

1. Əhalinin məlumatlandırması sahəsində:

1.1. Hərrac və ya müsabiqənin keçirilməsi ilə bağlı əhalinin məlumatlandırılma səviyyəsi qənaətbəxş deyil

1.2. Hərrac və ya müsabiqənin keçirilməsi ilə bağlı yazılı elanlar mövcud deyil

1.3. Hərracların (müsabiqələrin) keçirilməsi ilə bağlı bildirişlərin çap olunduğu “Torpaq” qəzeti çox məhduddur

1.4. Əhalinin maarifləndirilməsi işi çox aşağıdır. Bəzi hallarda əhali bilgisiz olduğu üçün prosesə qatılmaqdan çəkinir və hələ gözləmə mövqeyi tuturlar.

 
2. Hərrac və müsabiqə Komissiyanın tərkibi:

2.1. Müsabiqə və hərrac komissiyasının tərkibində ictimaiyyətin təmsilçisi yox səviyyəsindədir. Üzvlər arasında ictimaiyyət nümayəndəsini təmsil edən yeganə şəxsi isə rayon İcra Hakimiyyəti təyin edir.

2.2. Müsabiqə və hərrac komissiyası müddətli və dəyişkən yox, birdəfəlik seçilir.

 
3. Torpağın satış qiymətinin formalaşması:

3.1. Rayon üzrə sonuncu hərracda torpağın satış qiymətinin növbəti hərrac üçün ilkin qiymət olması mexanizmi özünü doğrultmur. Rayon mərkəzində olan torpağın hərracından sonra ucqar bir kəndə məxsus torpağın hərraca çıxarılması onun satışına problem yaradır.

3.2. Hərraca (müsabiqəyə) çıxarılan torpağın ilkin qiyməti təyin olunan zaman real bazar qiyməti nəzərə alınmır

3.3. Hərraca və ya müsabiqəyə çıxarılan torpağın sənədləşdirilməsi üçün qeyri-rəsmi ödənişlər verilir. Bu ödənişlər bir qayda olaraq torpağın satış qiymətindən bir neçə dəfə çox olur.

3.4. Hərracın (müsabiqənin) nəticələri ləğv olunduqda (müsabiqənin qalibi qalibiyyətdən imtina etdikdə, alternativ olmadıqda və s.) bələdiyyə torpağın sənədlərinin (torpağın yüklülüyü haqqında və s.) hazırlanması prosesi yenidən təkrar olunur və bunu üçün əlavə olaraq rəsmi və qeyri rəsmi xərc çəkir.

 
4. Rəqabət mühitinin formalaşması:

4.1. Müsabiqə və hərraclarda formal rəqabət mühiti yaradılır. Bunun üçün “yalançı namizədlər” qeydiyyatdan keçir və hərracın (müsabiqənin) nəticəsi olaraq torpaq real rəqabətin əsasında yox, razılaşdırılmış qiymətə satılır.

4.2. Hərracda üstün hüquqa malik olan iştirakçılar fərqləndirici biletlərlə təmin olunmurlar.

4.3. Yerli kənd əhalisi hərrac və ya müsabiqəyə buraxılmırlar. Əsas kimi bu mexanizmin ancaq kənar ərazidə yaşayan üçün nəzərdə tutulduğu göstərilir

Tarix: 29 Sentyabr 2009  |  Baxış sayı: 1252




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV