Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Azərbaycanda 7,5% artım, Ermənistanda 15,6% azalma

BVF 2010-cu ildə MDB-də 2,1%-lik artım proqnozlaşdırır

Beynəlxalq Valyuta Fondu qlobal maliyyə böhranın sona yetməsi qənaətindədir. “İqtisadi forum” jurnalının məlumatına görə, Fond yeni proqnozunda 2009-cu il üzrə qlobal azalma tempini 0,3 bənd azaldaraq 1,1%-ə salıb və 2010-cu ildə artım tempini 0,6 bənd artıraraq 3,1%-ə qaldırıb.

Dünya artımının lokomotivi inkişaf etməkdə olan ölkələr olacaq: onların iqtisadi inkişafı 2009-cu ildə 1,5%, 2010-cu ildə isə 5% artacaq. Bu artımların əsas liderləri Çin (9%) və Hindistandır (6,4%).

BVF-nin MDB üzrə proqnozları heç də ürəkaçan deyil. Proqnoza görə, bu ölkələr maliyyə iflasından yenicə qurtulmağa başlayıblar, onların kredit bazarları ancaq iri korporasiyaların üzünə açıqdır, qarşıda ciddi işsizlik problemi gözlənilir.

MDB ölkələrinin əksəriyyəti Rusiyadan asılıdır və onun iqtisadiyyatının düşməsi (BVF-nin proqnozuna görə 2009-cu ildə 7,5% olacaq) digər ölkələrə mənfi təsir göstərir. Ən çox eniş Ermənistanda (-15,6%) və Ukraynada (-14%) olacaq. Ən çox artım isə Azərbaycan (7,5%), Özbəkistan (7%) və Türkmənistanda (4%) gözlənilir.

BVF ekspertləri hesab edir ki, neft-qaz ixracatçıları olan ölkələr maliyyə böhranının öhdəsindən pis-yaxşı gələ bilirlər. Çünki onlar valyuta ehtiyatlarına arxalanırlar və buna görə də Rusiyadan az asılıdırlar. MDB-də böhrandan ən çox dotasiya modelinə əsaslanan iqtisadiyyatlar əziyyət çəkir. Bunlar Qırğızıstan, Tacikistan, Ermənistan və Gürcüstandır.

BVF 2010-cu ildə MDB üzrə 2,1%-lik iqtisadi artım proqnozlaşdırır.

Tarix: 02 Oktyabr 2009  |  Baxış sayı: 908




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV