Mərkəzi Bankın valyuta ehtiyatı 9 ayda 16,8% azalıb
Cari ilin üçüncü rübünün sonuna Mərkəzi Bankın valyuta ehtiyatının həcmi ötən ayla müqayisədə 2% artsa da, son 9 ayda 16,8% azalıb. Bu barədə “İqtisadi forum” jurnalı Mərkəzi Banka istinadən məlumat verir.
Məlumata görə, 1 oktyabr 2009-cu il tarixinə Bankın valyuta ehtiyatı 5103,6 milyon ABŞ dolları təşkil edib. Bu əvvəlki aya nisbətən 102,4 milyon dollar və ya 2 % çoxdur. Ötən ilin müvafiq dövrü ilə ($5438,6 milyon) müqayisədə isə 335 milyon dollar və ya 6,2% azdır.
Ancaq Mərkəzi Bankın valyuta ehtiyatı 9 ayda 16,8% azalıb. Belə ki, 31 dekabr 2008-ci ildə vayuta ehtiyatı 6,137 milyard dollar olub ki, bu da indiki göstəricidən 1033,4 milyon dollar və ya 16,8% çoxdur.