İtaliyada fəaliyyət göstərən 4 əsas mafioz qrupun (Cosa Nostra, Camorra, Ndragetta və Sacra Corona) illik dövriyyəsi 120 milyard avroya bərabərdir. Bu göstərici İtaliya ÜDM-sinin 10%-nə bərabərdir. Bu barədə “İqtisadi forum” jurnalı İtaliyanın Censis tədqiqat mərkəzinin hazırladığı məruzəyə istinadən məlumat verir.
Məruzədə mafioz qruplarla bağlı olan insanların sayı barədə də məlumat yer alır. Məruzəyə görə, İtaliya əhalisinin 13 milyon nəfəri mafiyanın “qanadı altında yaşayır”. Bu isə orta Avropa ölkəsinin əhalisi qədərdir.
Məruzə mütəşəkkil cinayətkarlıqla mübarizə çərçivəsində İtaliya parlamentinin sifarişi əsasında hazırlanıb.