Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Britaniyada tibb, biologiya və ekologiya güclü inkişaf edib
Dünyada çap olunan elmi məqalələrin 8%-i onun payına düşür

Britaniya elmi sənayecə inkişaf etmiş “böyük səkkizlik” ölkələri arasında ən məhsuldar və effektiv sahədir. “İqtisadi forum” jurnalının BBC News agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Peşəkar qabiliyyətlər və innovasiyalar və biznes departamentinin (BİS) məruzəsində qeyd edilir.

Britaniya 2009-cu ildə elmi nailiyyətlər üzrə beynəlxalq reyinq cədvəlində ancaq ABŞ-dan geri qalır.

Britaniyanın müstəqil Evidence UK şirkətinin apardığı tədqiqat 8 min elmi jurnalistin 85 dildə nəşr olunan məlumatları əsasında hazırlanıb. Müəlliflər Britaniya elmini G8-yə üzv olan ölkələr də daxil olmaqla 25 ölkə ilə müqayisə ediblər. Bu tədqiqat Britaniya hökumətinin sifarişi əsasında nəşr edilən 6-cı illik tədqiqatdır. Tədqiqatın müəllifləri elmin vəziyyətini ayrı-ayrılıqda 40 indikator əsasında qiymətləndirirlər.

Tədqiqat dövründə müəyyən edilib ki, Britaniya alimləri il ərzində 91723 elmi məqalə çap etdirib. Bu isə dünyada çap olunan elmi məqalələrin 8%-i qədərdir. Elmi məqalələrin həcminə görə, Britaniya ABŞ və Çindən sonra üçüncü yeri bölüşdürür. Britaniya alimlərinin elmi işlərinə istinadlar 2009-cu ildə bütün istinadların 14,4%-ni təşkil edib.

Britaniya elmi xüsusilə tibb, biologiya və ekologiya sahəsində güclüdür.

Tarix: 03 Oktyabr 2009  |  Baxış sayı: 843




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV