Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Riqa daşınmaz əmlakın ucuzlaşması üzrə liderdir

Keçmiş SSRİ ölkələri arasında ən çox ucuzlaşma Latviyadadır

Ən bahalı əmlak Moskvada, ən ucuzu isə Daşkənd və Düşənbədədir. Ancaq qiymətin ucuzlaşmasına görə lider olan ölkələr başqalarıdır. Qiymətin ucuzlaşma səviyyəsinə görə ilk üçlüyə Riqa, Tiflis və Düşənbə daxildir. Bu barədə  “İqtisadi forum” jurnalı GED Analitics analitik mərkəzinin keçmiş SSRİ ölkələrində daşınmaz əmlakın qiymətinin düşməsi ilə bağlı hazırladığı hesabata istinadən məlumat verir.

Latviyanın paytaxtında ucuzlaşma 53%, qonşu Tiflisdə 42%, Kiyevdə isə 39% olub. Ən zəif ucuzlaşma Qırğızıstanın paytaxtı Bişkekdə qeydə alınıb. Burada mənzillərin qiyməti 16% ucuzlaşıb. Bu göstərici İrəvanda 19%, Kişinyovda isə 21% təşkil edib. Azərbaycanın paytaxtı Bakı şəhəri isə daşınmaz əmlakın ucuzlaşma səviyyəsi üzrə (28%) 15 ölkə arasında 8-ci yerdədir.

Keçmiş SSRİ ölkələrinin paytaxtlarında yaşayış evlərinin qiyməti (1 kv.m/$)

Paytaxt
şəhərlər

Sentyabr
Ucuzlaşma səviyyəsi
2008
2009
Düşənbə
700
500
28,6%
Daşkənd
800
500
37,6%
Tiflis
950
550
42%
Bişkek
950
800
15,8%
İrəvan
1050
850
19%
Aşqabad
1100
850
22,7%
Kişinyov
1200
950
20,8%
Riqa
1600
750
53%
Tallin
1800
1200
33,3%
Baku
1800
1300
27,8%
Vilnus
2000
1400
30%
Minsk
2050
1350
34%
Almatı
2100
1550
26,2%
Kiyev
2850
1750
38,6%
Moskva
6100
4500
26%
Mənbə: GED Analitics

Bazar iştirakçıları GED Analitics ekspertlərinin rəyi ilə müəyyən qədər razı olsalar da, bəzi ölkələrdə məlumatlar daha da dəhşətli vəziyyətdə olması qənaətindədirlər. MDB ölkələrində daşınmaz əmlak sahəsində tədqiqat aparan Gordon Rock beynəlxalq agentliyinin məlumatına görə, qiymətlərin ucuzlaşması üzrə liderlər Baltik ölkələri – Litva, Estoniya və Latviyadır. Latviya ucuzlaşma üzrə “dünya lideridir”. Orta hesabla ölkədə qiymətlər 70%-ə qədər ucuzlaşıb. Qazaxıstanda qiymətlər 65%, Ukraynada 55%, Rusiyada isə 40%-ə qədər ucuzlaşıb.
Tarix: 05 Oktyabr 2009  |  Baxış sayı: 955




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV