2009-cu maliyyə ilinin yekunlarına görə, ABŞ-ın federal büdcəsinin kəsiri rekord səviyyəyə qalxaraq $1,4 trilyon təşkil edib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Associated Press agentliyi ABŞ Konqresinin büdcə idarəsinə istinadən xəbər verir.
Büdcə kəsirinin bu qədər artması Obama administrasiyası üçün pis xəbərdir və səhiyyə islahatlarının aparılması üçün nəzərdə tutulan $900 milyardlıq qanun layihəsinin tərəfdarı üçün agır zərbədir.
Kəsirin yaranmasının əsas səbəbi iqtisadi böhran səbəbindən vergi daxilolmalarının azalması, Wall-streetin $245 milyardlıq xərci və Fannie Mae və Freddie Mac. fondlarının xilasına yönəldilən $200 milyardlıq vəsaitdir.
Xatırladaq ki, ABŞ-ın büdcəsində rekord kəsir ötən il $459 milyard həcmində olub