Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Neft sektoruna kredit qoyuluşları artıb
Avqust ayında bu sektora 1,4 milyard manat yönəldilib

Cari ilin sentyabrın 1-nə ölkə iqtisadiyyatına yönəldilən cəmi kredit qoyuluşlarında neft sektorunun payı ötən ayla müqayisədə 3,9% artaraq 17,7% təşkil edib. Bu barədə “İqtisadi forum” jurnalı Mərkəzi Banka istinadən xəbər verir.

Avqust ayında 7629,8 milyon manatlıq kredit qoyuluşunun 1349,5 milyon manatı energetika. kimya və təbii ehtiyatlar sektoruna yönəldilib. Bununla da neft sektorunun payı iyul ayındakı 13,8%-dən 17,7%-ə artıb.  Ötən ayla müqayisədə avqustda bu sektora yönəldilən kredit 351,9 milyon manat artıb. 

Xatırladaq ki, ötən ay neft sektorunun payı 5%-dən 13,8%-ə qədər yüksəlib. Bu artım əsasən Mərkəzi Bank tərəfindən ARDNŞ-ə 750 milyon manat məbləğində güzəştli kredit ayrılması ilə bağlı olub. Bu kredit 3 faizlə 7 il müddətinə verilib. ARDNŞ ilk 2 ildə faizləri, sonrakı 5 ildə isə hər il 150 milyon manat olmaqla vəsaitin özünü qaytaracaq.

Digər sahələrdə kredit qoyuluşu mütləq həcmcə artsa da, ümumi həcmdə xüsusi çəkisi azalıb. Belə ki, ticarət və xidmətin payı 19%-dən 18,4%-ə, kənd təsərrüfatının payı 4,9%-dən 4,7%-ə, inşaat və əmlakın payı 9,1%-dən 8,7%-ə, sənayenin payı 7,3%-dən 7%-ə, nəqliyyat və rabitənin payı 6,5%-dən 6,1%-ə düşüb.

Maliyyə sektoruna kredit qoyuluşu isə ötən ayla müqayisədə 22,6 milyon manat azalaraq 140 milyon manata düşüb.

Tarix: 08 Oktyabr 2009  |  Baxış sayı: 1341




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV