Cari ilin sentyabrın 1-nə ölkə banklarının əldə etdikləri mənfəətlərin həcmi 186,7 milyon manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 15,2% çoxdur. Son bir ayda bankların cəmi mənfəəti təxminən 25 milyon manat artıb. Bu barədə “İqtisadi forum” jurnalı Mərkəzi Banka istinadən xəbər verir.
Hesabat ilində bankların cəmi mənfəəti 195,67 milyon, zərəri isə 8,98 milyon manat olub. Yekin mənfəət isə 186,69 milyon manat təşkil edib.
Avqust ayında zərərlə işləyən bankların sayın 7-dən 8-ə artıb. Uyğun olaraq mənfəətlə işləyən banklar isə 39-dan 38-ə düşüb.
Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 46 bank fəaliyyət göstərir. Onlardan 1-i dövlət, 45-i özəldir. Özəl bankların 23-ü isə xarici kapitallıdır.