Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Əhalinin əmanətləri artıb

Ümumi depozitlərin yarısı əmanətlərin payına düşür

Cari ilin sentyabrın 1-nə ölkə banklarında yatırılan depozitlərin cəmi iyul ayı ilə müqayisədə 63,8 milyon manat azalaraq 4090,2 milyon manat təşkil edib. Bu barədə “İqtisadi forum” jurnalı Mərkəzi Banka istinadən xəbər verir.

2009-cu ilin yanvar ayı ilə müqayisədə avqustda depozit və əmanətlərin həcmi 18,5% azalıb. Yanvar ayında depozitlərin həcmi 5017,2 milyon manat olub.

Depozitlərin 1530,1 milyonu və ya 37,4%-i manatla, 2560 milyonu və ya 62,6%-i isə xarici valyuta ilə yerləşdirilib. Halbuki iyul ayında manatın payı 31,6%, xarici valyutanın payı isə 68,4% olub. Milli valyuta həm mütləq, həm də nisbi həcmdə artıb. Son bir ayda manat ilə qoyuluş 216,8 milyon artıb. Cəmi depozitlərdə manatın çəkisi 5,8% artıb. Xarici valyuta isə əksinə 280,8 milyon manat azalıb.

Sentyabrın 1-nə ölkə banklarına yerləşdirilən əmanətlərin həcmi 2024,1 milyon, depozitlərin həcmi isə 2066 milyon manat olub. Əhali əmanətlərinin həcmi ötən ayla müqayisədə 25 milyon manat artıb. Avqust ayında əhali əmanətlərin ümumi depozitlərdə payı iyul ayındakı 48%-dən 49,5%-ə yüksəlib. Depozitlərin həcmi isə 88,7 milyon manat azalıb.

Əhali əmanətlərində milli valyuta olan manatın payı da artıb. İyul ayında bu göstərici 36%-dən 35,4%-ə düşsə də, avqustda artaraq 36,2%-ə çatıb.
Tarix: 08 Oktyabr 2009  |  Baxış sayı: 903




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV