Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Avropa və Britaniya uçot dərəcəsini dəyişmədi

Rusiya 0,5% azaltdı, Avstraliya isə 0,25% artırdı

Avropanın Mərkəzi Bankı oktyabrın 8-də keçirilən iclasında uçot dərəcəsini 1% səviyyəsində saxlayıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Bankın mətbuata açıqlamasında qeyd olunub.

Bloomberg agentliyinin məlumatına görə, Bankın qərarı analitiklərin proqnozu ilə üst-üstə düşüb. Analitiklər bildirmişdilər ki, Avropa Mərkəzi Bankı uçot dərəcəsini əvvəlki səviyyədə saxlayacaq. 

Cari ilin aprel ayında Bank uçot dərəcəsini 1,5%-dən 1,25%-ə, may ayında isə 1,25%-dən 1%-ə endirmişdir.

Avropa Bankının ardınca İngiltərə Bankı da uçot dərəcəsini dəyişməyərək 0,5% həddində saxlayıb. Digər tərəfdən Bank 175 milyard funt sterlinq dəyərində aktivlərin alınması proqramı davam etdirmək barədə qərar qəbul edib. Britaniyada uçot dərəcəsi son dəfə mart ayında aşağı salınıb.

Rusiya Mərkəzi Bankı ötən həftə uçot dərəcəsini 0,5% azaldaraq 10%-ə salıb. Bank rəsmisi gələcəkdə də azaldılmanın davam etməsini istisna etməyib.

Avstraliya Mərkəzi Bankı oktyabrın 6-da uçot dərəcəsini 0,25% artıraraq 3,25%-ə qaldırdı. Bankın bu addımı analitiklər üçün gözlənilməz olub. Belə ki, Bloomberg agentliyi tərəfindən aparılan sorğuda 20 analitikin yalnız 1-i bu addımı gözlədiyini bildirmişdi.

Bununla da Avstraliya “Böyük iyirmilik” ölkələri arasında uçot dərəcəsini artıran ilk ölkə oldu. Avstraliyada uçot dərəcəsi son 49 ildə ən aşağı səviyyədə olub.

Ölkə ÜDM-si cari ilin ikinci rübündə 0,6% artıb. Məhz bu göstərici hökumətə uçot dərəcəsini artırmağa əsas verib.

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu bu günlərdə açıqlamasında mərkəzi banklara uçot dərəcəsini aşağı səviyyədə saxlamağı məsləhət bilmişdi.
Tarix: 09 Oktyabr 2009  |  Baxış sayı: 795




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV