Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


ABŞ ən cəlbedici ölkədir

GfK Group tədqiqat şirkətinin hər il tərtib etdiyi “Milli brendlər indeksi” üzrə ABŞ 2009-cu ildə dünyanın ən cəlbedici ölkəsi olub. Bu barədə “İqtisadi forum” jurnalı şirkətin oktyabrın 5-də dərc olunan açıqlamasına istinadən xəbər verir.

Ötən il “Milli brendlər indeksi” üzrə (Nation Brand Index) dünyanın ən cəlbedici ölkəsi adını Almaniya qazanıb. ABŞ isə 7-ci pillədə olub.

Reytinq cədvəlinin banisi Simon Anholtun fikrincə, ölkələrin reputasiyası öyrənilməyə başlayandan bəri bu qədər sıçrayış müşahidə edilməyib. “İqtisadi böhrana baxmayaraq, ABŞ özündə güc tapa bildi. Nəticələr göstərir ki, ABŞ administrasiyası dünyada özünü yaxşı göstərə bilib. Amerika xalqının Obamanı seçməsi isə bu ölkəni dünyanın ən cəlbedici məkanına çevirib”, - deyə əlavə edib.

Cəlbediciliyə görə, ikinci yeri yenə də Fransa tutur. Almaniya isə liderliyi əldən verərək  3-cü yerə düşüb. Britaniya 4-cü, Yaponiya isə 5-ci olub.

Milli Brend İndeksi 2005-ci ildən tərtib olunur. Siyahıya əvvəlcə 35 ölkə daxil edilsə də sonradan onların sayı 50-yə çatdırılıb. İndeks 6 meyar əsasında tərtib olunur: ixrac olunan ticarət markalarının populyarlığı, hökumətin fəaliyyətinin qiymətləndirilməsi, mədəni irsin tanınması, turist və investisiya cəlbediciliyi, miqrantlar və ölkə əhalisi üçün şərait

Tarix: 09 Oktyabr 2009  |  Baxış sayı: 876




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV