Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Sənayedə eniş
Neft və kimya məhsullarında kəskin azalmalar var
Cari ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrünə nisbətən ÜDM artımında faiz artım qeyd alınsa da, sənayenin müxtəlif sahələrində ciddi azalmalar müşahidə olunub. "İqtisadi forum" jurnalının verdiyi məlumata görə, bunu Dövlət Statistika Komitəsinin 2009-cu ilin ilk 2 ayının sosial iqtisadi nəticələrinə dair məlumatları da təsdiqləyir.

Bu ilin yanvar-fevral aylarında ÜDM istehsalı ötən ilin anoloci dövrünə nisbətən 3,4 faiz artaraq 3,9 manat təşkil edib. Bu, orta hesabla ayda 1,95 mlrd. manat əlavə dəyərin yaranması deməkdir. Sənaye məhsulu istehsalının ümumi həjmi 2,7 mlrd. manat olub ki, bunun da 61,1 faizi mədənçıxarmanın, 29,3 faizi emal bölməsinin, 9,6 faizi isə  elektrik enerjisi, qaz və suyun istehsalının (bölüşdürülməsinin) payına düşüb.
 
Neft və kimya sektorunda vəziyyət
Yanvar-fevral aylarında  ərzində 7,3 milyon ton xam neft, 3,1 milyard kubmetr əmtəəlik qaz istehsal olunub. Öz növbəsində, ötən ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 3,6 faiz, təbii qaz istehsalı 1,2 faiz, elektrik enerjisi hasilatı 11,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 75 faiz azalmışdır. Neft emalı məhsullarında orta hesabla 11 faizlik azalma qeydə alınsa da, ayrı-ayrı məhsullar növləri üzrə istehsalın dinamikası fərqlidir. Belə ki, təhlil aparılan dövrdə avtomobil benizinin istehsalı 19,6 faiz, neft bitumu istehsalı 58,9 faiz artsa da, ağ neft istehsalında 13 faiz, mazut istehsalında 59,6 faiz, dizel yanajağı istehsalında 11,7 faiz, sürtkü yağlarının emalında 30 faiz azalma baş verib.       

DSK-nın məlumatından aydın olur ki, 2008-ci ilin yanvarı ilə müqayisədə bu ilin ilk ayında neft sektorunda işləyənlərin sayı 0,9 faiz azalıb.

Kimya sənayesinin ayrı-ayrı məhsulları üzrə də vəziyyət ürəkaçan deyil. Belə ki, bu ilin yanvar-fevral aylarında əvvəlki ilin ilk ayına nisbətən azot istehsalı 33,4 faiz, plastik qapı-pəncərələr üçün ləvazimatların istehsalı 15 faizdən çox artsa da, propilen istehsalı 74,2 faiz, polietilen istehsalı 73,5 faiz, kaustik soda istehsalı 99,8 faiz, bərk polietilen borular istehsalı 34,7 faiz, izopropil spirti 30,9 faiz, lak-boya məmulatlarının istehsalı 28,6 faiz faiz azalıb.                

Qeyri-neft emal sənayesində vəziyyət

DSK-nın mədumatına görə, iln ilk ayı qida məhsullarının istehsalı üçün o qədər də uğusuz olmayıb. Belə ki, ət istehsalı 8.3 faiz, süd məmulatlarının istehsalı orta hesabla 2.5 faiz, balıq məhsullarının istehsalı 18 faiz, şəkər tozu istehsalı isə 77.2 isə artıb. Bununla belə, içki sənayesində xeyli geriləmələr müşahidə olunub. Belə ki, şampan şərablarının istehsalı 30 faiz, araq istehsalı 7.3 faiz, konyak istehsalı 99 faiz, alkoqolsuz içkilərin buraxılışı isə 8.3 faiz azalıb. Eyni zamanda emal sənayesinin digər məhsullarından makaron məmulatları 26.3 faiz, təmizlənmiş duru bitki yağlarının istehsalı 27.3 faiz azalıb.
 
Eyni vəziyyət tikiş və toxuculuq sənayesində də özünü göstərib. Sahənin bəzi məhsullarının istehsalında artım, bir xeyli hissəsində isə azalma baş verib. Məsələn, pambıq lifinin buraxılışı 57.1 faiz,  jorab məmulatları 47.4 faiz, pambıq yataq ağlarının istehsalı 83 faiz, dəri ayaqqabı istehsalı 33 faiz azaldığı halda pambıq iplik 19 faiz, hazır pambıq parçalar istehsalı 64 faiz artıb.

Tikinti və metallurgiya sənayesində vəziyyət

İlin ilk iki ayı ərzində əvvəlki ilin eyni dövrünə nisbətən polad istehsalı 28 faiz, alüminium-oksid istehsalı 91 faiz, qara metaldan məftil və kanadlar istehsalı 93 faiz, qara metaldan tikintidə istifadə olunan dirəklər istehsalı 69 faiz, alüminium qapı və pəncərə blokları istehsalı 34 faiz azalıb. Yalnız çuğuntökmədə 91 faizlik artım qeydə alınıb.

Tikintiyə gəldikdə, sement istehsalı 6.5 faiz, beton qarışığı 19 faiz, betondan hazırlanan tikinti blokları 93 faiz, sementdən yığma tikinti konstruksiyaları 39 faiz azalıb. Bununla belə, tikinti kərpicinin istehsalı 16.5 faiz, tikinti əhənginin istehsalı 6.5 dəfə artıb.

"İqtisadi forum" jurnalı
Tarix: 01 Aprel 2009  |  Baxış sayı: 1841




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV