Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Bələdiyyələrin reyestr xidməti yaradılır

Reyestrdə bələdiyyə ərazisində olan obyektlər, digər xidmət sahələri, torpaqların istifadə vəziyyətinə dair məlumatlar dəqiqliklə göstəriləcək

Yaxın vaxtlarda bələdiyyələrin reyestr xidməti yaradılacaq. Məqsəd bələdiyyələrin inzibati ərazilərinin sərhədlərini, orada fəaliyyət göstərən müəssisələrin siyahısını dəqiqləşdirməkdir. "İqtisadi forum" jurnalının məlumatına görə, Milli Məclisin regional siyasət komitəsinin sədr müavini, millət vəkili Tahir Rzayev Lent.az-a açıqlamasında belə deyib.

Onun sözlərinə görə, bələdiyyələrin mülkiyyətində olan torpaqların istifadə vəziyyəti də reyestrə daxil ediləcək. Həmçinin bələdiyyə ərazilərində sənaye, kənd təsərrüfatı və digər məqsədlər üçün nəzərdə tutulmuş torpaqlar, habelə torpaqların yararlılığına dair məlumatlar da toplanacaq.

Millət vəkili qeyd edib ki, bu məqsədlərə çatmaq üçün artıq inzibati ərazi dairələrinin qeydiyyatına başlanıb. Onun sözlərinə görə, bələdiyyələrin reyestr xidmətinin yaradılması prosesi başa çatandan sonra yerli özünüidarəetmə qurumları daha yaxşı fəaliyyət göstərə biləcəklər: “Bu işlər başa çatandan sonra bələdiyyələrin ərazi sərhədləri xəritələrdə daha dəqiq göstəriləcək. İndi bələdiyyələrin hamısının xəritələri var. Lakin bu xəritələrin bir çoxu dəqiq deyil. Sadəcə reyestrdə bələdiyyə ərazisində olan obyektlər, çaylar, göllər, dəmir yolları və digər xidmət sahələrinin hamısı dəqiqliklə göstəriləcək”.

Tahir Rzayevin sözlərinə görə, hazırda bələdiyyələrin ərazi sərhədlərinin müəyyənləşməsində, torpaqların istifadə vəziyyətinə dair məlumatların əldə olunmasında müəyyən nöqsanlar qalır. O, hətta bir çox bələdiyyələrin əraziləri dəqiq müəyyən edilmədiyindən mübahisələr yarandığını vurğulayıb: “Məsələn, Yevlaxla Mingəçevir, Salyanla Sabirabad, Şirvanda Hacıqabul arasında belə ərazi bölgüsü problemləri vardı. Amma bələdiyyələrin reyestr xidməti yaradılması ilə ərazi sərhədləri tam dəqiqləşir. Biz belə mübahisələrlə ilə bağlı araşdırma apardıq, məlum oldu ki, əvvəllər xəritələr çəkiləndə səhvlərə yol verilib, ərazilər dəqiq göstərilməyib. İndi bu məsələlər müvafiq qanunvericiliklə tənzimlənir”.

Millət vəkili qeyd edib ki, bələdiyyələrin reyestr xidmətinin yaradılması işində şəhər və kənd bələdiyyə assosiasiyaları da yaxından iştirak edir. Növbəti mərhələdə isə reyestrə daxil ediləcək məsələlərlə bağlı kənd şəhər və bələdiyyə assosiasiyaları, ictimai təşkilatlarla məsləhətləşmələrin aparılması nəzərdə tutulur.

Elxan SALAHOV

Tarix: 10 Oktyabr 2009  |  Baxış sayı: 1062




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV