Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
22.10.2019 02:04
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Növbəti böhranın toxumları basdırılır
Amerikanın aparıcı analitiki xəbərdarlıq edir

“İqtisadi forum” jurnalının BBC-yə istinadən verdiyi məlumata görə, qlobal iqtisadi böhranın olacağını xeyli əvvəl demiş Amerikanın aparıcı analitiki Nurel Rubini növbəti xəbərdarlıq təbilini çalıb. Onun fikrincə, hazırda dünyada yeni maliyyə böhranının toxumları basdırılır.

Rubini hesab edir ki, real iqtisadiyyatla tez-tez dəyişən fond birjaları arasında uçurum dərinləşir. Son 6 ayda Dou-Cons indeksi sənaye şirkətlərinin səhmləri üçün 45% artıb.  

Bundan başqa, iqtisadçının fikrincə, gələcəkdə bazardan istehlakçıların sıxışdırılmasını və borc asılılığı yaranmasını görür. “Böhran bitməyib. İstehlakçılar qənat etmək üçün istehlakı azaltmaqda davam edirlər. Maliyyə sistemi həddindən çox zədələnib. Korporativ sektorda isə kapital axını görmürəm, çünki tələbat təklifdən xeyli aşağıdır” – Rubini bildirib.

İqtisadçı eyni zamanda bildirib ki, daşınmaz əmlakın qiyməti özünə təzə gəlməyə başlayan Amerika iqtisadiyyatına daha çox problem yaratmaqla ucuzlaşmaqda davam edəcək. Özəl əmlakın dəyəri həqiqətən də son zamanlar xeyli düşüb. Bundan başqa Milli Rieltorlar Assosiasiyasının son məlumatına görə, orta sinif ötən illə müqayisədə maddi imkanlarını 13% itirib.

Onun fikrincə, çoxları özəl əmlak bazarındakı böhranın banklara baş ağrısı verməklə kommersiya sektoruna keçməsini gözləyir. Bunun da səbəbkari böhranın təsirini azaltmaq məqsədilə iqtisadiyyata pul yönəltməyə başlayan Federal Ehtiyat Sistemi və ABŞ hökumətidir.

“Mən hesab edirəm daşınmaz əmlak və real sektorun qiymətləri arasında uyğunsuzluq daha da artacaq” – Rubini deyib. Ancaq analitikin fikrincə, situasiya sonra düzələcək, keçmişdə buraxılmış səhvlərdən isə ağıllı islahatlar aparmaqla gələcəkdə qaçmaq olar.
Tarix: 12 Oktyabr 2009  |  Baxış sayı: 978




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV