Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Hələ tezdir...
FES rəhbəri: “İqtisadi şərait uçot dərəcəsini uzun müddət aşağı səviyyədə saxlanılmasını şərtləndirir”

“Biz hesab edirik hələki yumşaq pul-kredit siyasətini davam etdirməliyik”. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Federal Ehtiyat Sisteminin sədri Ben Bernanke açıqlama verib.

2008-ci ilin dekabr ayından illik baza dərəcəsi 0-0,25% diapazonunda yerləşir. Bernanke bildirib ki, iqtisadiyyatda əhəmiyyətli inkişaf olan kimi Amerikanın mərkəzi bankı  sərt monetar siyasətə keçəcək. O hesab edir ki, hələki dərəcələri qaldırmaq vaxtı deyil. “İqtisadi şərait baza uçot dərəcəsinin uzun müddət aşağı səviyyədə saxlanılmasını şərtləndirir”

Bernankenin sözlərinə görə, iqtisadiyyatın dirçəlməsini nəzərə alaraq, banklar, güman ki, tezliklə öz ehtiyatları hesabına aktiv kreditləşməyə qoşulacaqlar. Bu isə öz növbəsində pul kütləsinin və kreditləşmənin artımını təmin edəcək və son nəticədə inflyasiya təzyiqinə gətirib çıxaracaq. “Bu səbəbdən pul-kredit siyasətini sərtləşdirmək zamanı yetişəndə ya hədsiz ehtiyatları xeyli azaltmalıyıq, ya da onları saxlayacağımız təqdirdə pul kütləsi və kreditləşmənin geniş göstəricilərinə potensial təsirlərini neytrallaşdırmalıyıq” – FES rəhbəri əlavə edib.

Baza dərəcəsinin nə vaxt və hansı templə qaldırılması ilə bağlı FES rəhbərliyi arasında vahid mövqe yoxdur.

Sərt pul-kredit siyasətinin bazarın gözləntisindən də qətiyyətli olacağı ilə bağlı ilk olaraq FES-in Şura üzvü Kevin Uorş bildirib. Onun çıxışından sonra ABŞ-ın ikiillik dövlət istiqrazlarının dərəcələri 5 bənd artaraq 0,98%-ə yüksəlib.

“Təcrübə göstərir ki, biz tənzimləyici siyasəti tez dayandırmalıyıq nəinki gec” – deyə Kanzas ştatının FES rəhbəri Tomas Hoenik bildirib. Onun bu fikrini Dallas, Riçmond və Filadelfiya ştatlarının mərkəzi banklarının rəhbərləri də dəstəkləyib..

Nyu Yorkun FES rəhbəri Vilyam Dadli isə hesab edir ki, iqtisadiyyat və əmək bazarı çox zəif vəziyyətdədir və istənilən dərəcə artımı cücərtiləri məhv edə bilər.

ABŞ-da işsizlik səviyyəsi avqustda 9,8%-ə çatıb və Ağ Evin hesablamalarına görə, ilin sonuna 10%-i keçəcək. Yüksək işsizlik və evlərin ucuzlaşması fonunda istehlakçılar yığımı artırır. Bu isə yaxın perspektivdə istehlak xərclərini azaldır və uyğun olaraq tələbatı azaldır – Dadli qeyd edir.

“Antiböhran tədbirlərin dayandırmaqda gecikmək yaxşıdır, nəinki tələsmək. Bu halda iqtisadi zərər az olacaq“ – professor Cozef Stiqlis İstanbulda BVF və Dünya Bankının yığıncağında çıxışı zamanı bildirib.

Bernanke çıxışlarında vurğulayıb ki, FES 1937-ci ildə buraxılan səhvləri təkrar etməməlidir. O zaman dərəcələrin vaxtından əvvəl qaldırılması böhranın ömrünü bir neçə il uzatmışdı.

Böhranla mübarizə üçün FES uçot dərəcəsini demək olar ki, sifir səviyyəsinə endirdi, ipoteka və başqa qiymətli kağızları almağa başladı. Analitiklər hesab edir ki, indi FES qarşısında çətin məsələ durur. Bu tədbirləri elə dayandırsın ki, maliyyə bazarına zərər vurmasın.

Tarix: 12 Oktyabr 2009  |  Baxış sayı: 1036




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV