Valyuta ehtiyatlarında Amerika valyutasının payı 2 dəfə azalıb
Cari ilin iyul-sentyabr aylarında dünya üzrə qızıl-valyuta ehtiyatı əvvəlki rüblə müqayisədə $413 milyard artaraq $7,3 trilyona çatıb. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, bu ehtiyatlarda Amerika valyutasının payı son 10 ildə 2 dəfə azalaraq 37%-ə düşüb.
Barclays Capital fondunun məlumatına görə, 2009-cu ilin 3-cü rübündə mərkəzi banklar yeni ehtiyatların 63%-ni iyena və avroda yerləşdiriblər. Averika dollarının payına isə cəmisi 37% düşüb. Halbuki 1999-cu ildə onun payı 63% olub. “Dünya üzrə mərkəzi banklar ehtiyatlarının diversifikasiyasına ciddi kökləniblər” - Barclays şirkətinin analitiki Stiven İnqlander qeyd edir.
Amerika dollarından qurtulan ən aktiv mərkəzi banklar inkişaf etməkdə olan ölkələrə məxsusdur. Bank of America-Merrill Lynch bankına görə, cari ilin mart ayından başlayaraq onlar orta hesabla ayda $30 milyard satıblar. Bu səbəbdən də BVF-nin məlumatlarına görə, iyunun 30-u tarixinə beynəlxalq ehtiyatlarda dolların payı 62,8%-ə düşüb.
Dollardan imtinanı yaradan səbəb dünya iqtisadiyyatının bərpası fonunda bu valyutanın zəifləməsi ilə əlaqədardır. Təkcə, ötən həftə dollar indeksi (bu indeksdolların avro, iyena, dunt sterlinq, Kanada dolları, isvemrə frankı və isveç kronuna nisbətən məzənnəsinin dəyişməsini göstərir – red.) 74,77 bənd ucuzlaşaraq 2008-ci ilin avqustundan bəri ən aşağı həddə düşüb. Son 6 ayda dollar 10%-dən çox ucuzlaşıb.
İnvestorları 2009-cu maliyyə ili üzrə ABŞ-ın 1,4 trilyon dollar həcmində yaranmış büdcə kəsiri qorxudur. “Mərkəzi bankların addımları Obama, Qaytner və Bernankenin “güclü dollar” siyasətini apa bilmək qabiliyyətlərinə inamsızlığından doğur”, - deyə Cantor Fitzgerald fondunun dünya bazarları üzrə baş strateq Stiven Poul bildirib. Onun fikrincə, dolların rolunun azalması tendensiyası ABŞ iqtisadiyyatın “kəmiyyətcə yumşaldılması” siyasətindən imtina etməyənədək və ya uçot dərəcəsini qaldırmayanadək davam edəcək. Poul hesab edir ki, dollar zəifləsə də onun hökmranlığı bitməyəcək