Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


İqtisadiyyat üzrə Nobel mükafatı amerikalılara nəsib oldu

Elinor Ostrom iqtisadiyyat sahəsində bu mükafatı alan ilk qadın oldu

İsveç Kral Akademiyasının Nobel Komitəsi 2009-cu il üzrə iqtisadiyyat üzrə Nobel mükafatının laureatlarının adlarını açıqlayıb. Amerikalı alimlər Elinor Ostrom və Oliver E.Vilyamson iqtisadi idarəetmə sahəsində apardıqları tədqiqatlara görə bu mükafata layiq görülüblər.

Elinor Ostrom iqtisadiyyat sahəsində Nobel mükafatı alan ilk qadındır. Onun əsas işi "İcmaların idarə edilməsi: kollektiv fəaliyyət institutlarının evalusiyası" (Governing the Commons: The Evolution of Institutions for Collective Action) adlanır və 20 il öncə çap edilib.  

İkinci laureat, 77 yaşlı Vilyamsonun ən məşhur əsərləri  "Korporativ nəzarət və işgüzar davranış: sahibkarlıq davranışının təşkilati formasının səmərəsinin tədqiqi" (Corporate Control and Business Behavior: An Inquiry into the Effects of Organization Form on Enterprise Behavior) və  "Bazarlar və ierarxiya: analiz və antitrust əlaqəsi" (Markets and Hierarchies: Analysis and Antitrust Implications) adlanır. Hər ikisi 1970-ci ildə çap olunub.

Qeyd edək ki, Nobel Komitəsi bir qayda olaraq, əvvəlki illərdə yazılmış, zamanın sınağın çıxmış yazıları mükafatlandırır. Bu il Nobel mükafatının miqdarı 10 milyon İsveç kronu ($1,4 milyon) təşkil edir. Nimonantlar həmçinin qızıl medal və İsveç kralının diplomunu alır.

Nobel mükafatı 1969-cu ildən başlayaraq hər il verilir. 2008-ci ildə bu mükafatı ABŞ-ın Priston Universitetindən Pol Kruqman olub. Mükafat ticarət modelinin analizi və iqtisadi aktivliyin məkanı ("for his analysis of trade patterns and location of economic activity") mövzusuna görə verilib. Son illər mükafatın qalibləri arasında Amerikalı alimlər üstünlük təşkil edib. 1980-cı ildən bəri Amerikalı iqtisadçılar 23 Nobel mükafatı alıb.
Tarix: 13 Oktyabr 2009  |  Baxış sayı: 950




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV