Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Mənfəət vergisi üzrə daxilolmalar 2 dəfə azalıb
Qlobal maliyyə böhranı büdcə gəlirlərini “qurutdu”

2010-cu ilin büdcə gəlirlərində əsas vergi mənbələri üzrə daxilolmalar azalıb. “İqtisadi forum” jurnalına açıqlamasında İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspertləri bu azalma qlobal maliyyə böhranının ölkə iqtisadiyyatına təsiri ilə əlaqələndirirlər. 

2010-cu ilin büdcə gəlirləri 10,015 milyard manat proqnozlaşdırılıb ki, bu da 2009-cu illə müqayisədə 18% vəya 2,162 milyard manat azdır. Başa çatmaqda olan 2009-cu ilin büdcə gəliri 12,177 milyard manat proqnozlaşdırılıb.

Ekspertlərin hesablamalarına görə, büdcə gəlirlərində Neft Fondunun transfertlərinin payı artıb. Büdcə gəlirlərinin təxminən yarısı Neft Fondunun transfertləri hesabına formalaşacaq. Bunun üçün Fondan dövlət büdcəsinə 4,915 milyard manat yönəldiləcək ki, bu da büdcə gəlirlərinin 49,1%-i qədərdir. 2009-cu ildə Neft fondununu transfertlərinin payı 40,4% təşkil edirdi.  

Gəlir mənbələri üzrə əsas azalma mənfəət vergisində olub. Belə ki, mənfəət vergisi üzrə daxilolmalar 2 dəfə azalaraq 2009-cu ildəki 2,214 milyarddan 1,096 milyard manata düşüb. Bu vergi növünün gəlirlərin formalaşmasında xüsusi çəkisi 18,2%-dən 10,9%-ə kimi azalıb. Jurnala açıqlamasında ekspertlər mənfəət vergisinin 2 dəfə azalmasını "Əsrin müqaviəsi" çərçivəsində xarici şirkətlərin ödədiyi mənfəət vergisindən daxilolmaların azalması ilə bağlayırlar.

Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 220 milyon manat və ya 25% azalıb. Bu vergi növü üzrə daxilolmalar 680 milyon manat olacaq. Halbuki 2009-cu ildə 900 milyon manat proqnozlaşdırılıb. İTYİB ekspertləri bu azalmanı qlobal böhranın təsiri nəticəsində ölkədə iş yerlərinin bağlanması və işçilərin maaşların azaldılması ilə bağlayır. Bu azalma eyni zamanda büdcədən tikinti məqsədləri ilə investisiya xərclərinin ixtisarı ilə əlaqədar ola bilər. 

ƏDV üzrə daxilolmalar isə 1,876 milyard manat proqnozlaşdırılıb. ƏDV üzrə azalma 419 milyon manat və ya 18,3% olub. Ekspertlərin fikrincə, bu ölkədə iqtisadi fəallığın azalması ilə bağlı ola bilər

Hüquqi şəxslərdən əmlak vergisi 101 milyon, mədən vergisi 130 milyon, gömrük rüsumları 213,5 milyon manat proqnozlaşdırılıb. 2009-cu illə müqayisədə hüquqi şəxslərdən əmlak vergisi 34 milyon, mədən vergisi 7 milyon, gömrük rüsumları 89,2 milyon manat azalıb.

Bəzi vergi növləri üzrə daxilolmalar isə artıb. Belə ki aksiz vergisi 552 milyon, sadələşdirilmiş vergi isə 90 milyon manat proqnozlaşdırılıb. Uyğun olaraq aksiz vergisi 67 milyon, sadələşdirilmiş vergi 12 milyon manat artıb.
Tarix: 16 Oktyabr 2009  |  Baxış sayı: 1073




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV