Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Təhsil və səhiyyə xərcləri azaldılır
Dövlət xidməti və hüquq-mühafizə orqanlarına ayrılan vəsaitlər isə artırılır

2010-cu ilin büdcə xərcləri layihəsində bir sıra xərc maddələrinin, o cümlədən təhsil və səhiyyə xərclərinin azalmasına baxmayaraq dövlət xidməti və hüquq-mühafizə orqanlarına ayrılan vəsaitlər artırılıb. Bu barədə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspertləri “İqtisadi forum” jurnalına açıqlamasında bildirib.  

Büdcə xərcləri növbəti ildə 11,264 milyard manat proqnozlaşdırılıb. 2009-cu illə müqayisədə büdcə xərcləri 8,8% və ya 1,091 milyard azalıb.

Büdcə xərclərində ən çox azalma sənaye, tikinti və faydalı qazıntılar bölməsində olub. 2010-cu ildə 3,564 milyard manat və ya büdcə xərclərinin 31,6%-i sənaye, tikinti və faydalı qazıntılara yönəldiləcək. 2009-cu illə müqayisədə bu xərclər 1,169 milyard manat və ya 25% azaldılıb. Sənaye, tikinti və faydalı qazıntılar bölməsinin büdcə xərclərində payı 38,3%-dən 31,6%-ə düşüb.

Ümumi dövlət xidməti xərcləri 1,042 milyard, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanları 0,707 milyard, müdafiə xərcləri 1,206 milyard manat proqnozlaşdırılıb. Bu xərc istiqamətləri üzrə artım müvafiq olaraq 65 milyon, 27,1 milyon və 0,3 milyon manat olub. Əvvəlki illə müqayisədə ümumi dövlət xidməti xərcləri 6,7%, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanları 4% artıb. Bununla da büdcə xərclərində ümumi dövlət xidməti xərclərinin payı 7,9%-dən 9,3%-ə, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının payı 5,5%-dən 6,3%-ə, müdafiə xərclərinin payı isə 9,8%-dən 10,7%-ə qalxıb.

Təhsil xərcləri 1,277 milyard, səhiyyə xərcləri 0,479 milyard manat proqnozlaşdırılıb. Dövlət növbəti ildə 2009-cu illə müqayisədə təhsilə 76,3 milyon, səhiyyəyə isə 30,2 milyon manat az vəsait yönəldəcək. 2010-cu ildə təhsil xərcləri 5,6%, səhiyyə xərcləri isə 6% azaldılıb. Təhsil və səhiyyə xərclərinin həcmi mütləq həcmcə azalsa da, xüsusi çəkiləri təhsildə 11%-dən 11,3%-ə, səhiyyədə isə 4,1%-dən 4,3%-ə artıb.

Sosial müdafiə xərcləri 57,9 milyon artırılaraq 1,192 milyard manata çatdırılıb. Bu bölmənin büdcə xərclərində payı 9,2%-dən 10,6%-ə artıb.  Sosil müdafiə və sosial təminat xərclərində artım 5% olub.

Mədəniyyət, incəsənət xərcləri 172,8 milyon (azalma 0,9 milyon AZN), mənzil və kommunal təsərrüfatı xərcləri 201,2 milyon (azalma 9,7 milyon AZN), kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və ovçuluq xərcləri 382,7 milyon (azalma 26,2 milyon AZN), nəqliyyat və rabitə xərcləri 77 milyon (azalma 2,1 milyon AZN), iqtisadi fəaliyyətlə bağlı xərclər isə 181,5 milyon (azalma 25,5 milyon AZN) manat proqnozlaşdırılıb.

Əsas bölməyə aid edilməyən xərclər 47,5 milyon artırılaraq 780,6 milyon manata çatdırılıb. Bu xərc maddəsi üzrə artım 6,5% olub.

Tarix: 16 Oktyabr 2009  |  Baxış sayı: 1139




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV