Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Samir ƏLİYEV - İTY İB-nin eksperti
Manat ucuzlaşacaq

Bir müddət manatın məzənnəsində davam edən sabitliyin sonu artıq yaxınlaşmaqdadır. Azərbaycanın milli valyutası olan manatın ucuzlaşması qaçılmazdır. Ola bilsin ki, hökumət bunu bir müddət etiraf etməsin. Amma ən uzağı yaya kimi manat dollarla ən azı bərabərləşəcək, yəni dəyərini itirəcək.

Artıq bütün dünyanı cənginə almış qlobal maliyyə böhranı dünya iqtisadiyyatının lokomotivləri olan ABŞ, Yaponiya, Britaniya və bir sıra Avropa ölkələri ilə yanaşı iqtisadiyyatı neftdən asılı olan ölkələrdən də yan keçməyib. Neftin dünya bazarında qiymətinin kəllə-çarxa çıxması hesabına yüksək gəlir əldə edən ölkələr "qara qızıl"ın kəskin ucuzlaşması səbəbindən böhranlı günlərini yaşamağa başlayıblar. Neft pulları hesabına müəyyən qədər valyuta ehtiyatı yaratmış bu ölkələr uzun müddət milli valyutanın kursunun sabit qalması üçün həmin vəsaitlərdən xərcləyirlər. Amma məsələ ondadır ki, əvvəllər neftin baha olması hesabına valyuta ehtiyatı həndəsi silsilə şəklində artırdırsa, son aylar artımın zəifləməsi, eyni zamanda xərclərin artımı mənfi təsirlərini göstərməkdədir. Elə bu səbəbdən də ötən ildən başlayaraq hökumətlər milli valyutanın kursunu saxlamaq məqsədilə öz "təhlükəsizlik yastığı"nı əritmək siyasətinə son qoymağa başlayıblar. Məsələn, son bir ildə ABŞ dollarına münasibətdə milli valyutalar Rusiyada 44%, Belarusda 28%, Ukraynada 53%, Böyük Britaniyada 38%, Avrozonada 13%, Norveçdə 28%, Braziliyada 31%, Avstraliyada 27%, Kanada 26% ucuzlaşıb.
Qonşu Rusiyada ötən ilin sonlarından başlayaraq rublun devalvasiyasına gedilib. Çünki məzənnə siyasətinin həyata keçirilməsi ölkəyə baha başa gəlib. Ölkənin qızıl-valyuta ehtiyatı avqust ayındakı $600 milyarddan noyabrda $475 milyarda qədər azalıb. Təkcə noyabrın ilk həftəsi bu azalma $9,2 milyard, 17-24 oktyabr tarixində isə rekord məbləğdə - $31 milyard olub. "Bank of America" - "Merrill Lynch"ın qiymətləndirmələrinə görə, Rusiya mərkəzi bankı rublun kursunu sabit saxlamaq üçün ayda $40-45 milyard xərcləyir. Bu isə onu göstərirdi ki, Rusiya məzənnə siyasətini 6 aydan çox davam etdirə bilməz. Noyabrda başlanan devalvasiya nəticəsində dolların kursu 21,6% (26,97-dən 32,8 rubla), avro 23,3% (34,56-dan 42,64 rubla) artıb. Bunun nəticəsində əhali tərəfindən 9 milyardlıq, dekabrda isə 12 milyard dəyərində dollar alınıb. 3 ay ərzində valyuta ehtiyatı 16,7% azalaraq 475,4-dən 396,2 milyarda düşüb. Təkcə 9-16 yanvar tarixində azalma $30 milyarda düşüb.
Belorus hökuməti də əhalisinə Yeni il hədiyyəsini "devalvasiya" şəklində verib. 2009-cu ilin yanvarın 2-də hökumət milli valyutanı 20% ucuzlaşdıraraq rublu 1 dollar üçün 2200-dən 2650-yə qədər ucuzlaşdırıblar. İqtisadçıların hesablamalarına görə, "birdəfəlik" devalvasiya nəticəsində əllərindəki pulların 20%-ni itirən əhaliyə dəyən zərərin ümumi həcmi $1 milyard dəyərində qiymətləndirilir.
Digər neft ölkəsi olan Qazaxıstan isə fevralın 4-dən bu addımı atıb. Mərkəzi Bank milli valyuta olan tengenin məzənnəsini süni surətdə saxlamaq siyasətindən əl çəkdi və onu 25% ucuzlaşdırdı. Nəticədə pulun dollara nisbətən məzənnəsi 125-dən 150-yə qalxdı. Bank tenge üçün 3%-lik (5 tenge) mübadilə dəhlizi müəyyənləşdirib. Qazaxıstan 2008-ci ilin IV rübündən bu günə kimi milli valyutanın kursunun saxlanılmasına $6 milyard xərcləyib. Həmin vəsaitin $2,7 milyardını bu ilin yanvarında itirib. Qazaxıstan ixracının 60%-ni neft təşkil edir. Qara qızıl ölkənin əsas valyuta mənbəyidir. Son 4 ayda ölkənin valyuta ehtiyatı (Milli Fondun vəsaitləri nəzərə alınmadan) 18,2 milyarda qədər azalıb.
Bu il Ermənistanda da devalvasiya gözlənilir. Keçmiş baş nazir Qrant Baqratyan bildirib ki, cari ildə dramın kursu ABŞ dollarına nisbətdə 305-dən 400-850 civarına qədər yüksələ bilər.
Latviya 2008-ci ikinci yarısında valyuta ehtiyatını 20% ($5,3 milyarda kimi), Estoniya 5% ($3,9 milyarda kimi), Litva isə 13% ($6,3 milyarda kimi) xərcləyib. Bolqarıstan bu müddətdə milli valyutanın dəstəkləmək üçün valyuta ehtiyanı 16% ($16,8 milyarda kimi) azaldıb.
Azərbaycan hələ ki müqavimət göstərir. Ancaq gec-tez hökumət manatın ucuzlaşmasına gedəjək. Bu vacib və qaçılmaz prosesdir. Azərbaycan da Rusiya və Qazaxıstan kimi neftdən asılı ölkədir. Amma iki ölkə ilə müqayisədə bizim neftdən asılılığımız daha çoxdur. Dövlət büdcəsinin 65%-i birbaşa (dolayısı 85%), ticarət balansının 97%-i neftdən asılı olan bir ölkədə neftin ucuzlaşması milli valyutanın devalvasiyasına təsir də göstərməlidir.
Milli Bankın məlumatına görə, ötən il həyata keçirilən pul-kredit siyasəti nəticəsində manatın ABŞ dollarına qarşı məzənnəsi 5,2% möhkəmlənib. Ancaq ötən ildən başlayaraq Bankın monetar siyasətdə yumuşalma müşahidə edilir. Bank il ərzində uçot dərəcəsin 4 addımda dəyişdirilərək 13%-dən 5%-ə qədər azaldıb. Bankların xarici öhdəlikləri 5%-lik məcburi ehtiyat normasından azad olunub. Daxili öhdəliklər üzrə məcburi ehtiyat normaları 12%-dən 6%-ə endirilib. Bu tədbirlər hesabına bank sistemi əlavə olaraq 350 milyon manat pul əldə edib. 2008-ci ilin martın etibarən məzənnə siyasətini ABŞ dolları və avrodan ibarət ikivalyutalı səbət vasitəsilə həyata keçirməyə başlayıb. Bütün bunların edilməsində məqsəd eyni zamanda həm də manatın məzənnəsinin saxlanılması olub. Ancaq bunlara baxmayaraq 2007-ci ildə Milli Bank məzənnə siyasətinə görə $2 milyard, 2008-ci ildə isə $2,2 milyard xərcləyib. 2009-cu ilin əvvəlinə olan məlumata görə, Bankın rəsmi valyuta ehtiyatı 6,170 milyard dollardır. Deməli, Bank öz valyuta ehtiyatının 30%-ni manatın məzənnəsinin saxlanılmasına xərcləyir.
Proqnozlar neftin qiymətinin hələ bir müddət aşağı olacağından xəbər verir. Hətta Goldman Sach 2009-cu ildə neftin illik qiymətini 35 dollar/barrel səviyyəsində proqnozlaşdırıb. Neftdən asılı olan Azərbaycan iqtisadiyyatı üçün ildə 2 milyard dollar xərcləmək baha başa gələ bilər. Nəzər alaq ki, hökumət Neft Fondundan büdcəyə transfertlərin həcmini hər il artırır. 2009-cu ildə bu rəqəm təxminən $6,1 milyard olacaq. Belə çıxır ki, neft indiki səviyyədə qalarsa bir ildə hökumət 16 milyardlıq (Neft Fondu ilə birgə) valyuta ehtiyatının yarısını (transfertlər və kursun saxlanması xərcləri) xərcləyəcək. Bu isə 2 ildən sonra valyuta ehtiyatında heç nə qalmayacağı anlamına gəlir.
Artıq manatın ucuzlaşacağı ilə bağlı mərkəzi bank əl yeri qoyub. Məsələn, Milli Bank 2009-cu il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında məzənnə siyasətini xarici amillərin davranışından asılı olaraq çevik tənzimləyəcəyini bildirib. Bu isə onu göstərir ki, artıq Novruz bayramından sonra ən geci yaya kimi hökumətin manatın ucuzlaşmasına gediləcək. Bu isə ölkədə qiymət artımına, inflyasiyaya, işsizliyə təkan verə bilər.

P.S. Son günlər hamı «təhlükəsizlik yastığı»ndan danışır. Amma nədənsə heç kim «resursların lənəti»ni yada salmır...

Yazı 05 fevral 2009-cu il tarixində "Ekspress" qəzetində çap olunub

Tarix: 03 Aprel 2009  |  Baxış sayı: 1302




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV