Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Ilin sonuna neftin bir bareli $95 ola bilər
Neftin bir barelinin qiyməti ilin sonuna $95-ə qalxa bilər. OPEK-in kvotanı record həcmdə ixtisar edəndən sonra neft hasilatının həcmini dəyişməyib, tələbat isə artır. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Bloomberg agentliyi Standard Chartered bankının proqnozuna istinadən xəbər verir.

Ötən həftə neftin qiyməti ABŞ-da benzin ehtiyatının gözlənilmədən kəskin azalması ilə bağlı bahalaşaraq 2009-cu ildə ən yüksək həddə - $78-ə çatıb. Ekspertlərin gözləntilərinin əksinə olaraq benzin ehtiyatı 5,23 milyon barel azalıb.

Standard Chartered bankının eksperti Morqan Dauninin fikrincə, neft bazarında artımı neft ehtiyatı ilə bağlı məlumatlar şərtləndirir. Qış fəslinin yaxınlaşmasını və OPEK-in kvotanı dəyişməz saxlamasını nəzərə alsaq qiymətlərin artımı çox realdır

Dünya neft hasilatının 40%-nə malik OPEK dekabrın 22-də Anqolanın paytaxtı Luandada növbəti yığıncağını keçirəcək. Hazırda kvotaya uyğun olaraq hasilatın həcmi 62% təşkil edir. Ötən ilin sentyabrında hasilatın həcmi rekord həddə - sutkada 4,2 milyon barel azaldıldı. Dauniyə görə, OPEK-in ixtisar etdiyi neftin həcmi böhran şəraitində tələbatın düşməsi göstəricisini sutkada 1 milyon barel ötüb. Məhz buna görə neft bazarında bahalaşma müşahidə edilir.

Ekspert hesab edir ki, OPEK-in dekabr yığıncağına qədər neftin qiyməti $85-95/barel həddinə kimi qalxa bilər və bundan sonra kartel hasilatın həcmini artıracaq. Standard Chartered bankının proqnozu digər proqnozlarla müqayisədə daha nikbindir. Bu hədd Bloomberg agentliyinin sorğu apardığı analitiklərin orta proqnoz göstəricisindən $30 çoxdur. Bank hesab edir ki, neft növbəti ilin sonuna $100 həddini keçə bilər. Çünki inkişaf etməkdə olan ölkələrdə istehlak artır. Bundan başqa neft dolların zəifləməsi şəraitində investorlar tərəfində inflyasiya riskindən qorunmaq vasitəsi kimi istifadə edilir.   

Tarix: 19 Oktyabr 2009  |  Baxış sayı: 2466




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV