Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Pensiya islahatı: ədalət nədə pozulur?
Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli əmək pensiyası yaşının artırılmasını sosial ədalət prinsipinin pozulması ilə əlaqələndirib.

Deputat “Media forum” saytına açıqlamasında “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi zərurətini iki səbəblə izah edib: “Birincisi, “Təhsil haqqında” qanuna əlavə və dəyişikliklər müzakirə olunarkən pensiya haqqında bənd var idi. O zaman cəmiyyətdən narazılıqlar səsləndi ki, nəyə görə insanları tez pensiyaya çıxarmağa çalışırsınız? Biz də bu narazılıqları nəzərə aldıq – deməli, insanlar pensiyaya çıxmaqdansa, işləməyə üstünlük verirlər. Digər tərəfdən, Avropa ölkələrində həm kişi, həm də qadın üçün pensiya yaşı 65-dir. Türkiyənin özündə qadınlar 60, kişilər isə 65 yaşlarında pensiyaya çıxırlar. Azərbaycanda orta yaş həddi artıb və bu səbəbdən sosial ədalət prinsipi pozulub. Yəni orta yaş həddi ilə götürdükdə qadının təqaüdə çıxandan sonra 18, kişinin 12 il pensiya alması kimi bir vəziyyət yaranıb və biz bunu tənzimləmək qərarına gəldik”.

İqtisadçı ekspert Azər Mehtiyev isə bu tənzimləməni əsassız sayır və hesab edir ki, hökumət öz üzərinə düşən öhdəlikdən qaçmaq fikrindədir.

A.Mehtiyevin sözlərinə görə, cəmiyyətdə pensiya yaşına çıxmanın müəyyən edilməsi üçün meyarlar olmalıdır: “Yəni hansı yaş həddinə görə pensiyaya çıxmaq normaldır? Təbii, əsas götürə bilərlər ki, bir çox ölkədə bu yaş həddi 60-65 yaş arasındadır. Azərbaycanda sovet dövründən qalma sistemə uyğun olaraq yaş həddi daha aşağı idi – 50-55 arası. Müasir Avropada isə pensiya yaş həddinə yanaşmada ciddi meyarlar var. Bu da ondan ibarətdir ki, orta pensiya alma həddi 12 il olmalıdır. Yəni bu o deməkdir ki, insanlar pensiyaya çıxandan sonra 12 il bundan yararlana bilməlidilər. Digər ölkələrdə bu göstəriciyə görə, orta ömür müddəti ciddi qəbul edilir. Avropada orta ömür müddəti 80 il hesablanır. BMT-nin Azərbaycan üçün son elan etdiyi orta ömür müddəti 66 ildir. Orta ömrün 66 il olduğu bir ölkədə pensiyaya çıxma yaşının kişilər üçün 65, qadınlar üçün 62 olması qəbuledilməzdir. Belə çıxır ki, orta yaş həddinə qədər yaşayan kişilər 1 il, qadınlar isə cəmi 3 il pensiya ala bilərlər. Bu məsələ çox önəmlidir”.

A.Mehdiyev “Əmək pensiyaları haqqında” qanuna təklif edilən əlavə və dəyişiklikləri hökumətin öz vətəndaşına sosial sığortanı ödəmək istəməməsi kimi dəyərləndirib. 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olması məsələsinə gəlincə, ekspert qeyd edib ki, bu müddət əsaslandırıla bilər: “Şübhəsiz ki, insanların əmək pensiyası alması üçün onların normal iş stajına malik olmaları lazımdır. Normal əmək stajı olmayanlar bu halda sosial pensiya almalı olurlar”.

Milli Məclisin sosial siyasət komitəsinin oktyabrın 16-da keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi müzakirə edilib. Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında parlamentə daxil olan layihədə yaşa görə əmək pensiyalarının təyin edilməsi şərtlərinin dəyişdirilməsi nəzərdə tutulur. Dəyişiklikliyə görə, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu qanun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) onlara yaşa görə əmək pensiyası hüququ verilir. Kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il 6 ay artırılaraq müvafiq olaraq 63 və 60 yaş müəyyən edilir.

Çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə pensiya təminatı, yaşa görə pensiyanın məbləğinin hesablanması, habelə əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtlərinin də dəyişdirilməsi nəzərdə tutulur. Sağlamlıq imkanları məhdud olan uşağını 8 yaşa qədər tərbiyə etmiş və 10 il sığorta stajına malik olan anaların pensiya yaşı həddinin 5 il azaldılması planlaşdırılır.

Müzakirələrdən sonra komitə sənədin Milli Məclisə çıxarılmasını məqsədəuyğun sayıb.
Tarix: 20 Oktyabr 2009  |  Baxış sayı: 5129




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV