Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


BÖHRAN MƏNGƏNƏSİ: BİZİ NƏ GÖZLƏYİR?
BÖHRAN MƏNGƏNƏSİ:
BİZİ NƏ GÖZLƏYİR?

Mütəxəssislər böhranı iqtisadiyyatı müalicə edən təbii mexanizm adlandırır. Amma o ölkələr ki iqtisadiyyatın sabit inkişafı mərhələsində «dar gün» haqda düşünmür, «təbii müalicə»nin onlara köməyi olmur. Böhran illərində ən böyük itkilərə də məhz həmin ölkələr məruz qalırlar.

İndi hamı qlobal böhranın ömrü uzanacağı tədqirdə Azərbaycan iqtisadiyyatının hansı problemlərlə üzləşəcəyini saf-çürük edir. Amma heç kim bir suala cavab verməyə həvəs göstərmir: Azərbaycan dünya böhranına qədər hansı durumda olub, bizim iqtisadiyyatımız böhrana nə qədər davamlıdır? Ən qəribəsi odur ki, biz iqtisadiyyatımızı gözləyən daha ağır sınaqları yox, «böhran» anlayışını, onun ölkəmizin sərhədlərini keçib-keçmədiyini müzakirəyə çıxarmışıq. Məşhur bir deyim var – pul yoxdursa, inflyasiya da yoxdur. Böhran inkişafda olan iqtisadiyyatda bütün çılpaqlığı ilə görünür. Orqanizmin ciddi xəstəliklə çarpışdığı vaxt mübtəla olduğu başqa xəstəliklər isə adətən qabarmır.       

Qoyduğumuzu suala qayıdaq: qlobal böhrana qədərki mərhələdə Azərbaycan iqtisadiyyatı hansı vəziyyətdə olub və onun hazırkı strukturu bizi böhrandan sığortalayırmı, yaxud heç olmazsa «bu ağır xəstəliyi» makismum yüngül keçirəcəimizə təminat verirmi? Söhbət qətiyyən xarici neft şirkətlərinin hasilatı genişləndirməsi və dünya bazarında «qara qızıl»ın dəyərinin artımı hesabına ÜDM-in şişməsindən getmir. Ötən ilin cəmi son 3 ayı ərzində  neftin qiymətindəki düşmələr, xam neft hasilatının proqnozlaşdırılandan  təxminən 10 faiz az istehsalı hökumətin ÜDM-lə bağlı proqnozunda 2 dəfə kənarlaşmaya səbəb oldu: 2008-ci ildə rəsmilər 21 faizlik artım gözlədiyi halda 10,8 faizlik artım qeydə alındı.

2009-cu ilin ilk ayında isə axır 12 ildə ilk dəfə ÜDM istehsalında azalma baş verib. Əgər ilin sonunadək neftin qiyməti hazırkı səviyyədə qalsa (indiki səviyyə hökumətin ÜDM proqnozu üçün istifadə etdiyi qiymətdən təqribən iki dəfə aşağıdır), 2009-cu ildə ÜDM istehsalında ən azı 5 faiz civarında azalma baş verəcəyi kifayət qədər real görünür – hətta proqnozlaşdırılan həcmdə neft və qaz hasilatı təmin olunsa belə (bu il 61 mln. ton xam neft, 31,5 mlrd. kubmetr təbii qazı hasilatı gözlənilir).

Göründüyü kimi, iqtisadi gücümüzü nümayiş etdirmək üçün çox öyünülən bir göstərici artıq böhrana davamlılığımızı subut etmək baxımından yararını itirib. 2007-2008-ci illərdə  Azərbaycanda ÜDM-in 62-63 faizi sənaye sektorunun, o cümlədən 54-55 faizi xam neft hasilatının, 7-8 faiz isə neft emalının payına düşüb. Xam neftin yaratdığı ÜDM-in 50 fazindən də çoxu xarici neft şirkətlərinin hesabınadır. Bu şirkətlərdə isə hətta məşğul əhalinin 1 faizindən azı çalışır. Əgər Azərbaycanın iqtisadi fəal əhalisinin 99 faizi tək ABƏŞ-in (xarici neft konsorsiumu) yaratdığı əlavə dəyərdən də az yeni dəyər yaradırsa, bu ölkənin iqtisadiyyatı necə böhrana davamlı sayıla bilər.

Bugünlərdə Dünya Bankı «Dünya inkişafına dair hesabat»ını açıqlayıb. Sənəddə olduqca maraqlı bir rəqəm diqqətimi çəkdi: adambaşına milli gəliri Azərbaycandan təxminən  4 dəfə az olan Qanada ölkə ərazisinin 5 faizi ÜDM-in 27 faizini, adambaşına mlli gəliri Azərbaycandan təxminən 4 dəfə çox olan Polşada isə ölkə ərazisinin 5 faizi ÜDM-in 31 faizini formalaşdırır. Azərbaycanda isə ölkə ərazisinin təxminən 2,5 faizini təşkil edən Bakı şəhərində ÜDM-in ən azı 75 faizi formalaşır. Bakıdan sonra ikinci böyük iqtisadiyyata malik Gəncə şəhəri üzrə yaranan əlavə dəyərin adambaşına düşən həcmi orta ölkə göstərcisindən 5 dəfə, Bakı şəhərinin göstəricisindən 10 dəfə azdır. Bakı şəhəri üzrə adambaşına vergi gəlirlərinin həcmi Gəncədən 80 dəfəyədək çoxdur. Bu qədər kəskin disbalans olan ölkədə regionların iqtisadiyyatı böhrana tab gətirə bilərmi?

Böyük valyuta ehtiyatlarından söhbət gedirsə, Milli Bankın (MB) strateji qızıl-valyuta ehtiyatlarını (hazırda 6,1 mlrd. dollar)  kənara qoysaq, Neft Fondunun (ARDNF) gəlirləri hesabına formalaşan valyuta ehtiyatlarımız cəmi 13 mlrd. dollardır. Bu, hazırkı dövlət büdcəsinin təxminən 85 faizi, ÜDM-in 28 faizi qədərdir (hazırda bizim adambaşına valyuta ehtiyatlarımız Qazaxstandan 35 faiz azdır). Nəzərə alaq ki, neftin indiki dünya qiymətləri şəraitində valyuta ehtiyatlarımızda əhəmiyyətli itkilər olacaq. Məsələn, Neft Fondunun büdcəsi hökumətin icmal büdcədə nəzərdə tutduğundan 42 faiz az təsdiqləndi. İlin sonunadək neftin ucuzlaşma ehtimalı fondun təsdiqlənən gəlirlərinin icrasında azalmaları da istisna etmir. Bu halda ARDNF-nin cari büdcəsinin, demək olar ki, tam xərclənməsi kifayət qədər real görünür.

ARDNŞ-nin və ABƏŞ-in büdcə ödəmələrinin azaldığı şəraitdə dövlət büdəsinin də gəlirlərinin icrasında yaranacaq gərginliyi ARDNF-nin vəsaitləri söndürə bilər – təbii, əgər hökumət ilin ikinci yarısında xərclərə sekvestr tətbiq etmək fikrinə düşməsə. Onu da unutmayaq ki, valyuta axınının arası kəsildiyi mərhələdə MB-nin əlindəki ehtiyatlar ən yaxşı halda valyuta bazarının sabitləşdirilməsi üçün istifadə olunacaq. Təsəvvür edin: 2008-ci ildə Azərbaycan öz tarixində ən pik həddə (təxminən 47 mlrd .dollar) valyuta qəbul edib, amma bu qədər valyuta bolluğu şəratində valyuta bazarımız bir saniyə belə MB-nin intervensiyasından kənarda qalmayıb.

Deməli, ciddi valyuta itkilərmiz ilboyu Mərkəzi Bankı gərginlik altında saxlayacaq. Milli valyutanın öz arxasında yerli istehsalın real gücünü hiss etmədiyi, dönərli valyuta axınının milli pul kütləsini, qeyri-rəsmi dövriyyənin isə rəsmi dövriyyəni əhəmiyyətli dərəcədə üstələdiyi, inflyasiyanın «təhlükəli bomba» kimi daim iqtisadiyyatın bünövrəsində qaldığı şəraitdə MB üçün pul-kredit siyasətinin aparlımasının nə dərəcədə çətin olduğunu görməmək mümkün deyil. Hələ onu demirəm ki, son illər MB-nin sərt pul-kredit siyasətinin hökumətin ekspansiv büdcə siyasəti qarşısında davam gətirməsi iqtisadiyyatda az rast gəlinən fenomen sayıla bilər.      
      
Beləliklə, bütün bunlar onu söyləməyə əsas verir ki, real sektoru ayaqda saxlamaq, sosial gərginliyin artımına yol verməmək üçün yalnız ARDNF-nin ehtiyat vəsaitləri hökumətin karına gələcək. Amma hansı müddətə həmin vəsait bizi yıxılmaya qoymayacaq? Neftin hazırkı qiymətləri yaxın 1-2 il də belə qalsa, biz fondun ehtyitaları ilə yalnız 2009-cu ildə özümüzü toxtaq saxlaya bilərik. Belədə hökumət 2010-cu ili sosial-iqtisadi gərginliyin piki ili kimi gözünün altına almalıdır.

Rəsmilərin «rəqəmli təbliğat maşınının» kosmik sürət yığmasına rəğmən onsuz da biz iqtisadi inkişaf baxımından çox şey, ən azından qiymətli zaman itirmişik. İqtisadi inkişafda zamanı əvəzləyəcək heç bir resursun olmadığı hər kəsə məlumdur. Biz 5 il hansısa maşın və avadanlıqlar, tikinti məhsulları istehsal edən zavodların yaradılmasının «boyunu» sevmişik, onların minlərə iş yeri açdığı barədə təbliğatın burulğanına düşmüşük, bu işə yüz milyonlarla manat sərmayə qoyuluşları ilə öyünmüşük. Amma indi məlum olur ki, ilk vaxtlar ictimaiyyətə «gözqamaşdırıcı» göstəricilərilə təqdim olunan, qırmızı lenti kəsilən həmin müəssisələrin xeyli hissəsi bütün il ərzində bir neçə ədəd avadanlıq, təkliklərlə, ən yaxşı halda yüzlüklərlə ölçülən bir neçə ton tikinti məhsulu istehsal edir. Bir az da dərinə gedəndə məlum olur ki, onların məhsullarının istehlakçıısı elə dövlət özüdür (məsələn, Azərbaycanda istehsal olunan kompüterlərin dövlət təhsil müəssisələrindən başqa hansı kənar müştərisi var ki?).

Yaxud avtomil istehsalını götürək. 2007-ci illə müqayisədə istehsal bir neçə dəfə aşağı düşməklə yanaşı iki illik istehsalın 30 faizi satılmamış anbarda qalıb. Şübhə etmirəm ki, hökumətin maliyyə-iqtisadi bloku iqtisadiyyatımızın böhrana davamlılıq əmsalının zəif olmasının, eləcə də 2010-cu ilə yaxşı hazırlaşmağın vacibliyinin fərqindədir. «Əgər belədirsə, onda niyə real addımlar atılmır» sualının real cavabını da məhz hökumətin özü bilir.                                                   

Yuxarıda qoyduğumuz sualın ikinci hissəsi daha maraqlıdır – söhbət iqtisadiyyatımızın hazırkı vəziyyətinin necə olmasından gedir. Dövlət Statistika Komitəsinin və İqtisadi İnkişaf Nazirliyinin məlumatları əsasında iqtisadiyyatın müxtəlif sahələrinin durumuna baxanda  məlum olacaq ki, Azərbaycan iqtisadiyyatının «zəif bəndləri» hansıdır, hökumətin nələri etməsinə ehtiyac var.            

Bank sektoru

Son illər Azərbaycanda bank sektoru iqtisadiyyatın ən inkişaf etmiş sektoru kimi qəbul olunub. Amma əgər bank sektorunun kreditləri iqtisadi inkişafı yox, istehlakı stimullaşdırıbsa, banklar işgüzar sektorun, ilk növbədə istehsalın pula olan real tələbatının cüzi bir hissəsini təmin edibsə, inkişafdan danışmaq nə dərəcədə yerinə düşür? 2008-ci  ilin yekunlarına görə, ölkə üzrə kreditlərin 60 faizindən çoxu ÜDM-in formalaşmasında 10 faiz payı olmayan ticarət və xidmət sektoruna, 7-8 faizi isə ÜDM-də 10 faizi paya malik kənd təsərrüfatı və qeyri-neft sənayesinə yönəldilib.

Hələ onu demirəm ki, bu gün Azərbaycanda bank kreditlərinin ÜDM-də payı (18 faiz) hətta bir sıra keçid ölkələrindən 3-4 dəfə geri qalır. Azərbaycan banklarının kredit qoyuluşlarının təxminən üçdə biri əhalinin depozitləri hesabına həyata keçirilir. Qlobal maliyyə böhranınadək təxminən bu qədər hissə də xarici kreditlərin hesabına təmin olunurdu. Ötən il milli bank sistemi 1 mlrd. dollar xarici borc qaytardı, yaxın müddət üçün daha 1,5 mlrd. dolların qaytarılacağı gözlənilir. Bank sektorunun məcmu kapitalının onun aktivlərində cəmi 15 faiz paya malik olduğu, əhalinin depozitlərinin azaldığı (artıq MB depozitlərin 4 faizədək azaldığını etiraf edib) bir vaxtda iqtisadiyyatın kreditləşdirilməsi üçün əlavə vəsaitlər haradan tapılmalı?

Qərb banklarının vəziyyəti aydındır, onlar özləri xilas olmaq üçün vəsait axtarırlar. MB-nin ehtiyat normasını az qala sıfır faizə endirməklə banklara qazandırdığı 500-600 mln. dollar da bu itkini kompensasiya etmir. İndiyədək böyük tikintilərə qoyulan sərmayələrin ən azı 60 faizi bank kapitalı hesabına həyata keçirilib. Mənzil bazarındakı durğunluğun uzunmüddətli olacağı, qiymətlərin düşəcəyi tədqirdə həmin borcların banklara vaxtında qayıtması nə dərəcədə inandırıcıdır? Vaxtı ötmüş kredit problemi bankların pul ehtiyaclarını bir az da artıra bilər. 

Deməli, sonda bank sektorunun gözü hökumətdədir. Hökuməti əmanətlərin sığortalanması şərtlərini dəyişə (məsələn, 50 min manatadək bütün əmanətlər heç bir əlavə şərt qoylumadan sığortalanır, ya da dövlət məbləğindən asılı olmayaraq bütün məbləği sığortalayır), yaxud son zamanlar səslənən təklifə uyğun olaraq valyuta ehtiyatları hesabına banklara müddətli vəsait yatırır. Sığorta sisteminin islahatının effekti ciddi şəkildə hesablanmalıdır. Çünki əhalinin gəlir və iş imkanlarının kifayət qədər daraldığı, pula ehtiyacının artdığı şəraitdə böyük depozit axınının olacağına inanmaq olarmı? Hətta indi əlində 3-5 min manat olan sıravi insanlar bir-birinə sual verir ki, birdən hanısısa dövrədək dövlətin sığorta öhdəliklərini yerinə yetirməkdə gərginlik yaranarsa, bu problem həllini necə tapacaq? 

Hökumətin birbaşa dəstəyi olduqca mürəkkəb məsələdir. Öz borc öhdəliklərini yerinə yetirməsi üçün bankların hökumətin ayırdığı vəsaitdən istifadəsi nə dərəcədə effektiv yanaşmadır? Həmin vəsaitlər hansı banklara və hansı meyarlarla verilicək? Onların şəffaf istifadəsinə hansı mexanizmlər əsasında təminat veriləcək? Bu gun Azərbaycanda hanısısa bir rayonun büdcəsi, rayonlar və tarif dərəcələri üzrə müəllimlərin sayı, hökumətin büdcə invesitisiyalarının siyahısı ictimaiyyətdən gizlədilirsə, bank sektoru kimi qapalı strukturun həmin vəsaitlərdən istifadəsi, ondan kimin bəhərələndiyi, iqtisadiyyatın nə dərəcədə xeyir götürdüyü necə izlənəcək? Əgər bu gün hökumət böhrandan qorumalı olduğu vacib olan sahələri özü üçün müəyyənləşdirməyibsə, banklara yerləşdirlən vəsaitlərın təyinatı necə olacaq? Onlar köhnə borcları qaytarmağa, yenə də istehlak kerditlərini davam etdirməyə, biznes adı ilə kredit götürüb mənzil, yaxud başqa bahalı hədiyyələrə almağımı sərf olunucaq?                                                                   

Emal sənayesi

Azərbaycanın qeyri-neft sənayesinin «cüssəsi» o qədər kiçikdir ki, biz bu sektoru qorumaq üçün böhrandan yox, hətta onun küləyindən də ehtiyat etməliyik. 2008-ci ilin yeni açıqlanmış rəsmi statistik məlumatlarının timsalında qeyri-neft sənayesi müəssisələrinin durumuna nəzər salsaq (özü də söhbət sənaye istehsalının məhsulunun heç 10 faizini belə təşkil etməyən, 400-dək müəssisəni, 130 mindən artıq işçi qüvvəsini özündə birləşdirən bir sferadan gedir), artıq «əsən küləyin» təsirlərini görəcəyik. 2008-ci ildə şəkər tozu istehsalı 11 faiz, spirtli içkilər istehsalı orta hesabla 20 faiz (o cümlədən, araq istehsalı 25, konyak istehsalı 17, şampan şərabı 30 faiz), balıq məhsulları 23, marqarin yağı istehsalı 6, siqaret istehsalı 27, çay istehsalı 10, pambıq lifinin istehsalı 30, sement istehsalı 5, yığma tikinti konstruksiyaları 11,4, tikinti əhəngi 11, makaron istehsalı 1,2 faiz azalıb. Metallurgiya sənayesində poladtökmə 70, alüminium oksidinin istehsalı 11 faiz, minik avtomobillərinin yığımı 85, televizor istehsalı 11, kassa aparatlarının istehsalı 70, kompüter avadanlıqlarının istehsalı orta hesabla 90 faiz (o cümlədən, monitor istehsalı 94, klaviaturalar 92, çap qurğusu 92 faiz) azalıb. 

Bu siyahını bir az da uzatmaq olardı. Məsələn, daha bir azalma nümunəsini geyim malları timsalında gətirib söyləyə bilərdim ki, 2008-ci ildə kişi şalvarlarının istehsalı 62, dəri ayaqqabı istehsalı 14 faiz azalıb. Amma hətta bu azalmalar olmasa idi belə, Azərbaycanda qeyri-neft sənayesi özünün kiçikliyilə böhran içərisində idi. Dünyada məhsul istehsalı milyon ton, milyon ədəd, yüz milyon kvadratmetrlərlə ölçüləndə Azərbaycanın qeyri-neft sənayesinin miqyası dənə, bir neçə yüz, ən yaxşı halda min ədədlə ölçülür (məsələn, 2008-ci ildə 25 ədəd kassa aparatı, 49 ədəd çap qurğusu, 135 ədəd  minik avtomobili, 7,9 min ədəd televizor, 28,6 min ton pambıq lifi və s.).

2009-cu ilin ilk ayının nəticələri iqtisadiyyatının strukturu və iqtisadi inkişafında kifayət qədər problemləri olan Azərbaycanda qlobal böhranın təsiri altında iqtisadi geriləmənin bir az da sürətləndiyini üzə çıxarır. Rəsmi statistika əvvəlki ilin eyni ayı il müqayisədə aşağıdakı  sahələrdə azalma qeydə alıb:

- toxuculuq sənayesi üzrə – pambıq lifinin istehsalı 57, corab məmulatları 58, pambıq yataq ağları 83, dəri ayaqqabılar 37 faiz;

- qida sənayesi üzrə – alkoqolsuz içkilər 4, kolbasa məmulatları 14, bitki yağları 9, araq 32, konyak 99, makaron məmulatı 66 faiz;

- kimya sənayesi – polietilen 41, propilen 42 faiz;

- metallurgiya sənayesinin ayrı-ayrı məhsulları üzrə orta hesabla 40-45 faiz.

İndiki şəraitdə hökumətin sahibkar birlikləri və müxtəlif tədqiqat təşkilatları ilə birgə qeyri-neft emal sənayesinin vəziyyətini (xüsusilə də azalmanın geniş vüsət aldığı sahələr üzrə) geniş müzakirə etməsinə, bu sektorun istehsal və ixrac potensialının artırılması üçün xüsusi sənəd hazırlamasına ehtiyac var. Əslində elə bu sənəddə böhran şəraitində bankların kredit paketinin strukturu, vergi siyasəti vasitəsilə sahənin stimullaşdırılmasının istiqamətləri əks etdirilə bilər.               

Tikinti

Son illər Azərbaycanda tikinti ən çox böyüyən sektor olub. Ölkəyə neft pullarının axını həm büdcə, həm müxtəlif dövlət və özəl şirkətlər vasitəsilə tikintinin sıçrayışlı artımını stimullaşdırıb. Amma həmin pulların axını səngiməyə başlayan elə ilk aylardaca tikinti ibumu yatdı. 2008-ci ilin son rübündə baş verən proseslər bütövlükdə ötən il üzrə mənzil tikintisini 4 faizədək azaltdı. Bu ilin birinci ayında isə mənzil tikintisinin 7 faizədək azaldığı bildirilir. DSK-nın məlumatına görə, 2009-cu ilin yanvarında əsas kapitala müəssisə və təşkilatların qoyduğu investisiyalar 42, büdcə investisiyaları 55, bank kreditləri hesabına investsiyalar 40, xarici investisiyalar 46 azalıb.

Belə görünür ki, tikinti sektorunun, xüsusilə də mənzil tikintsinin dəstəklənməsi hökumət üçün prioritetdir və bununla o yenə də istehlakı maliyyələşdirməklə ən azı qısamüddətli dövrdə sosial gərginliyin artmasına yol vermək istəmir (hələ korrupsiya maraqlarını bir kənara qoyuram). Yeri gəlmişkən, Milli Bankın rəhbəri Elman Rüstəmov tikinti şirkətlərini mənfəətlərinin bir hissəsinidən xalqın xeyrinə imtina edib mənzilləri ucuz satmağa çağırıb. Yaxşı təklifdir. Son araşdırmalara görə, Bakıda bir kvadratmetr mənzilin maya dəyəri 250-400 manat civarında dəyişilir. Faktiki olaraq bəzi hallarda rentabellik norması 400-500 faizi ötür. Şərqi Avropa ölkələrində iki aylıq orta əməkhaqqına 1 kvadratmetr mənzil almaq mümkündürsə, Azərbaycanda həmin göstərici 7-8 ay təşkil edir. MB sədri haqlı olaraq ədalətli qiymət barədə danışır. Amma haqsız olan budur ki, məmurların aldığı orta hesabla 22-25 faizlik (mənzillərin dəyərinə nisbətən) qeyri-rəsmi ödənişlərin üsutündən sükutla keçir. Bəlkə ilk nümunəni onlar göstərsin? 

Əhalinin iş yerlərini itirdiyi və alıcılıq qabiliyyətinin aşağı düşdüyü şəraitdə hazırkı şərtlərlə ipoteka kreditləri götürmək nə qədər insan üçün sərfəli olacaq? Hamı buna girəvə kimi baxıb kredit götürməyə girişsə, bir neçə ildən sonra həmin vəsaitlərin taleyi necə olacaq? Müvəqqəti iş yerlərinin açılması və şəxsi maraqlar naminə tikintiyə dövlət yatırımı mənzillərin süni şişirdilmiş qiymətlərinin təbii səviyyəyə düşməsinə mane ola bilər. Digər tərəfdən, bu məsələyə kompleks yanaşma olmalıdır. Əgər tikinti şirkətlərinin birbaşa dəstəklənməsi barədə qərar olacaqsa, aşağıdakıların nəzərə alınması vacibdir:

- Dövlətin dəstəyini almaq istəyən şirkətlər borcunu ödəyənədək mənzil satışında hökumət və sahibkarlar birliyinin birgə məsləhətləşmə əsasında müəyyən etdiyi mənfəət norması ilə razılaşmalıdır;

- Qeyri-rəsmi ödənişlər (dövlətə əvəzsiz verilən mənzillər də daxil) tam aradan qaldırılmalıdır;

- Bazarda inhisarçı mövqe tutan tikinti şirkətlərinin məhsullarının qiyməti real bazar qiymətinə uyğunlaşdırılmalıdır. Məsələn, ötən il Azərbaycana 1 ton sement gömrük ödənişlərilə birgə təxminən 60 dollara idxal edilib, amma daxili bazarda qiymətlər 220 dollar olub;

- Daş və qum karxanalarının fəaliyyəti ciddi nəzarətə götürülməlidir. Bu sahədə uçotsuz fəaliyyət, iri həcmli qeyri-rəsmi ödənişlər həmin məhsulların qiymətini süni şişirdir.       
 
Aqrar sektor 

2008-ci ilin məlumatları əsasında aparılan hesablamalarımız göstərir ki, kənd təsərrüfatında əmək məhsuldarlığı sənaye üzrə anoloji göstəricidən 85 dəfə geri qalır. Əgər kənd təsərrüfatında əmək məhsuldarlığının səviyyəsi hətta Gürcüstandan 30 faiz geri qalırsa, bizim aqrar sektor böhrana nə dərəcədə davamlı ola bilər?

Ötən il investisiya qoyuluşlarının 3 fazi, kreditlərin 3 fazindən bir qədər çoxu aqrar sektora yönəldilib. Kənd təsərrüfatına verilən kreditlərin orta illik dərəcəsi 22 faizdən aşağı deyil. Yanacağın qiymətilə bağlı gübrələrin və nağd vəsaitlərin paylanmasında kifayət qədər problemlər var. Hökumətin himayəsində olan aqrolizinqlər yerlərdə əməlli-başlı inhisarlar yaradıb. Hələ də mənə aydın deyil ki, torpaqların tam özəlləşdirilməsilə öyünən hökumət niyə texniki xidməti dövlət mülkiyyətində saxlamaqdan zövq alır? Ölkəyə yüz milyonlarla manat dəyərində texnika gətirilib, amma hələ də ölkədə 600 hektara 1 taxılbiçən kombayn düşür. Halbuki maksimum 300 hektar üçün 1 biçin texnikası norma hesab olunur.

Hələ də bir neçə sualın cavabı yoxdur: nə qədər dövlət ehtiyat fondu torpağı istifadədir və rayonlar üzrə onların bölgüsü necədir? Bu torpaqların icarəyə verilməsindən hər il dövlət büdcəsinə nə qədər vəsait daxil olur? Niyə 10 minlərlə hektar torpaq ayrı-ayrı vətəndaşların yox, imtiyazlı məmurların, yaxud onların qohum-tanışlarının əbədi istifadəsində (99 illik icarə müqavilələri dəbdədir) olmalıdır? Niyə Azərbaycanda fermer təsərrüfatları yoxdur və kənd təsərrüfatı məhsullarının 97 faizi xırda ev təsərrüfatlarında istehsal olunur? Niyə fermer təsərrüfatları haqqında qanun qəbul edilmir? Axı həmin qanun kiçik ailə təsərrüfatlarının kooperasiyasını, büdcə-vergi-kredit mexanizmləri vasitəsilə ortaqlaşmasını stimullaşdıra bilər.

Aqrar sahənin tədqiqatçıları çox yaxşı bilir ki, böyük təsərrüfatlar (adətən 30 hektardan az olmayaraq torpaq mülkiyyəti olan) daha məhsuldar və səmərəli işləyə bilir. Azərbaycanda isə ailə təsərrüatlarının orta ölçüsü heç 2 hektar da deyil. Dünya Bankının tədqiqatçılarının ortaya qoyuduğu bir fakt Azərbaycanda kənd təsərrüfatının nə qədər səmərəsiz, sadəcə insanların fizioloji mövcudluğu naminə qoruyub saxladığı bir sahə olduğunu sübut edir: məşğul əhalinin üçdə ikisinin kənd təsərrüfatı ilə məşğul olduğu aqrar ölkələrdə ÜDM-in ən azı 30 faizi bu sektorda formalaşır. Bu yanaşmaya görə, Azərbaycanda ÜDM-in heç olmazsa 15 faizi kənd təsərrüfatının payına düşməli olduğu halda hazırda həmin göstərici təxminən 5 faizdir. Ən ümumiləşdirici göstərici budur ki, ərzaq ehtiyaclarımızın azı 50 faizini idxalla ödəyirik.  Bəlkə də xeyli yorucu görunən bu faktlar ölkəmizdə kənd təsərrüfatının bütün sahələrdən daha çox dövlət dəstəyinə ehtiyacını sübut etmək üçün idi.                  
                
Xeyli rəqəmlər sadaladım, onların real şəraiti nə dərəcədə təsvir etdiyi kənardan daha aydın görünür. Amma mənim dəqiq bildiyim bircə məqam var: idarəetmə islahatlarının aparılmadığı, iqtisadi inkişafın əsas mənbəyi kimi emal sənayesinin və aqrar sahənin prioritet elan olunmadığı, korrupsiya və inhisarçılıqla real mübarizənin hiss edilmədiyi, azad sahibkarlığa ən xırda maneələrin aradan qaldırılmadığı istənilən şərtlər daxilində heç bir xilas planı özünü doğrultmayacaq - onun dəyərinin 2,5, yoxsa 100 mlrd. dollar olmasına rəğmən.

Hələlik müşahidə etdiklərmiz heç də ürəkaçan deyil. Məsələn, ayrı-ayrı ölkələrdə sahibkarlara dəstək verilir ki, iqtisadiyyat dirçəlsin. Bizdə isə əksinə, sahibkarlardan qeyri-rəsmi ödənişlər toplanır ki, iqtisadiyyatımız yıxılmasın.

Yazı 03 mart 2009-cu il tarixində "Mediaforum" saytında dərc olunub

Rövşən AĞAYEV
İTY İB-nin sədr müavini
Tarix: 03 Aprel 2009  |  Baxış sayı: 1432




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV