Dünya maliyyə böhranının təsirindən sonra tədricən bərpa olunan Yaponiya iqtisadiyyatı daha üç il deflyasiya dövrünü yaşayacaq. Bu barədə “İqtisadi forum” jurnalı Yaponiyanın Mərkəzi Bankının hesabatına istinadən məlumat verir.
Analitiklərin hesablamalarına görə, ölkənin ÜDM-i martın 31-də bitəcək cari maliyyə ilində 3,2% azalacaq. Sonra növbəti 2 ildə ÜDM artımı müvafiq olaraq 1,2% və 2,1% olacaq. Mərkəzi Bankın proqnozuna görə, 2011-ci ildə istehlak mallarının qiyməti 2010-cu illə çüqayisədə 0,4% ucuzlaşacaq.