Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
22.10.2019 02:04
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


2009-cu ilin ən etibarlı və etibarsız avtomobilləri
Ən etibarsız avtomobillərin əksəriyyəti Amerikanın istehsalıdır. Yaponiya və Koreya istehsalı olan maşınlar isə etibarlılığına görə siyahıda seçilirlər.  “İqtisadi forum” jurnalının məlumatına görə, Consumer Reports dərgisi 2009-cu il üzrə etibarlı və etibarsız avtomobillərin növbəti reytinqini tərtib edib.

Dərginin mütəxəssisləri hər il Amerika bazarında satılan avtomobillərin bütün modelləri üzrə serviz mərkəzinə edilən müraciətlərin statistikasını aparır. Bundan başqa ekspertlər hər bir modelin etibarlığı və yığılma keyfiyyəti barədə sürücülərin rəylərini qiymətləndirirlər. 2009-cu il üzrə siyahının tərtibi üçün mütəxəssislər 1,4 milyon sürücü arasında sorğu aparıblar.

Ən etibarsız avtomobillər siyahısında Amerika istehsalı üstünlük təşkil edir. Məsələn, General Motors şirkətinin istehsalı olan 48 modelin ancaq 1-i sınma halları üzrə orta statistik göstəriciyə həddinə uyğun gəlib. Qalanları orta göstəricidən aşağı nəticə göstəriblər.

Chrysler şirkəti nisbətən uğurlu nəticə göstərib. Ötən il şirkətin heç bir modelinin etibarlı avtomobillər siyahısında olmadığı halda bu il bir modeli - Dodge Ram 1500 markalı “cip”i siyahıya düşə bilib.

Ford avtomobilləri də yüksək etimad qazanıb. Cari ildə şirkətin reytinqdə iştirak edən 51 modelinin 46-sı orta səviyyədən yüksək nəticə göstərib.

Yeni Jaguar XF avtomobilinin “etibarsız”lar siyahısına düşməsi ən gözlənilməz hadisə olub.

Lüks avtomobil klassında sedan tipli maşınlar sınmaların sayına görə birinci yeri tutub. Digər gözlənilməz nəticəni Avropa ölkələrində Tiida adı ilə satılan Nissan Versa kompakt sedanı göstərib. Bu avtomobillər öz klassında ən etibarsız ada layiq görülüb. Sınmaların çoxluğuna görə digər gözlənilməz nəticəni lüks krossverlər klassında birinci yeri tutan alman “cip”i -Volkswagen Touareg göstərib.

Mercedes GL-class, BMW X5, Land Rover LR2 Audi Q7 kimi məşhur modellər də sahiblərinə əziyyət verməli olublar. Çünki bu modellərin sahibləri servisə tez-tez müraciət etmək məcburiyyətində qalıblar.

Yaponiya və Koreya istehsalı olan maşınlar isə etibarlı avtomobillər siyahısında mövqelərini qoruya biliblər. Yüksək qiymət almış 48 modelin 36-sı Asiya ölkələrinin payına düşüb. Bunların 18-i Toyota, 8-i Honda, 4-ü Nissan, 3-ü isə Hyundai şirkətinə məxsusdur. KİA və Subaru şirkətlərinin hər biri bir modellə təmsil olunublar.  

Ümumilikdə yaponlar digərlərindən yaxşı nəticə göstəriblər. HondaAcura avtomobillərinin hamısı orta və ya yüksək bal alıblar. Toyota şirkəti və onun LexusScion brendlərinə məxsus çoxsaylı avtomobil modellərindən yalnız 1-i - Lexus GS orta göstəricidən aşağı olub.
 
NissanInfiniti modellərinin bir neçəsi istisna olmaqla orta göstərici həddini keçə bilib. Subaru modelləri arasında Impreza WRX bu il pis nəticə göstərib. Hyundai şirkətinin Sedona, KİA-nın isə Sorento krossveri tez-tez sıradan çıxan arasında olub.

Bu ilki reytinq cədvəlində xeyli hibrid maşınları “etibar qazanıb”. Ailə avtomobili klassında iştirak edən 8 maşından 5-i hibrid olub. 2009-cu ilin debütantı Honda Insight kompakt avtomobil klassında liderlik edir. Mercedes-Benz GLK isə ABŞ bazarında iştirakının ilk ilində krossverlər araslnda ən etibarlı model olub.

Tarix: 02 Noyabr 2009  |  Baxış sayı: 1087




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV